ƏŞ

сущ. устар.
1. подобный, равный
2. друг, товарищ
ƏSTƏĞFÜRULLAH
ƏŞAR
OBASTAN VİKİ
Kəfr əş-Şeyx
Kəfr əş-Şeyx (ərəb. كفر الشيخ‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 147.393 nəfərdir (2006).
Məhəmməd əş-Şəvkani
Muhamməd bin Əli bin Muhamməd bin Abdullah bin əl-Həsən bin Muhamməd ibn Saləh bin İbrahim bin Muhamməd əl-Afif ibn Muhamməd bin Razəq[1] əş-Şəvkani (1759-1834)—İslam alimi. Məhəmməd əş-Şəvkani 1759-cu ildə Yəməndə, Səna yaxınlığında, Şəvkan kəndində anadan olmuşdur. (İmam əş-Şəvkani – rahiməhullah təalə - hicri 1173-cü ildə zul-qadə ayının iyirmi səkkizi, bazar ertəsi günü Hucrətu Şəvkan bölgəsində dünyaya gəlmişdir.) “əş-Şəvkani” adı “Şəvkan”a aid olduğunu göstərir və o, əs-Səhamiyə’yə aid bir kənddir. əs-Səhamiyə isə Xavlən qəbilələrindən biridir, onunla Sanə’a şəhəri arasında bir gündən az bir məsafə vardır. İmam əş-Şəvkani “əl-Bədr ət-Tali” kitabında (1/481) atasının tərcümeyi-halında deyir: “Tərcümeyi-halın sahibinin “Şəvkan”a aid edilməsi həqiqi deyildir, çünki onun vətəni və əcdadlarının, qohumlarının vətəni “Şəvkan”ın qərbində yerləşən bir yerdir, bu ikisinin arasında böyük və uzun bir dağ vardır, ona “Hucratu Şəvkan” deyirlər. Bu yerə görə onun ailəsi “Şəvkan”a nisbət edilmişdir.” əş-Şəvkani özü öz tərcümeyi-halında atasının əlyazmasından nəql edərək deyir: “Atasının öz xətti ilə yazdığı yazısında görüldüyü kimi hicri 1173-cü ildə zul-qadə ayının iyirmi səkkizi bazar ertəsi günü gündüz vaxtı doğulmuşdur. Doğulduğu yerin adı daha əvvəl atasının tərcümeyi-halında qeyd olunduğu kimi Hucrətu Şəvkandır.” Buradan onun doğum tarixi haqqında söylənilmiş digər tarixlərin xəta olduğunu anlayırıq. Buna misal: əz-Zirikli “əl-Əaləm” əsərinin (6/298) hamişində, “Əbcəd əl-Ulum”əd-Durari əl-Mudyiətu” kitabının girişində[2] onun doğum tarixinin 1177-ci il olmasını nəql etmişdir. kitabından (səh: 877) nəql edərək, “ əz-Zirikli özü bunu tənqid edərək deyir: “Deyirəm: Müəllif özü atasının xəttindən nəql edərək “əl-Bədr ət-Tali” kitabında öz doğum tarixinin hicri 1173-cü il olduğunu qeyd etdikdən sonra bu barədə ixtilaf etməyə heç bir yer qalmamışdır” əz-Zirikli onun tərcümeyi-halının əvvəlində hicri 1173-cü ildə, miladi 1760-cı ildə doğulduğunu zikr etmişdir, doğru olan da budur. Buradan da anlayırıq ki, “əl-Muncid fil-Ədəb val-Ulum” kitabında qeyd olunan tarix xətadır, beləki həmin kitabda onun miladi 1758-ci ildə[3] doğulduğu deyilir.
Hənzələ ibn Əsəd əş-Şibami
Hənzələ ibn Əsəd əl-Şibami (ərəb. حَنْظَلَة بن أسعَد الشِبامی‎) və ya əl-Şami (الشامی) — Kərbəla döyüşü zamanı şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Adı ilə bağlı fikir ayrılığı == Onun adı mənbələrdə bəzi fərqliliklərlə çəkilmişdir. Əş-Şeyx ət-Tusi Hüseyn ibn Əlinin səhabələri siyahısında onu Hənzələ ibn Əsəd əl-Şibami kimi qeyd edir. Digər mətnlərdə isə atasının adı Səd kimi qeyd olunur. İbn Şəhrəşub “Səd ibn Hənzələ” adlı bir şəxsi Kərbəla Şəhidləri kimi qeyd edir. Bununla belə, ət-Tustari onun adının Hənzələ ibn Əsəd əş-Şibami olduğuna inanır. == Aşura günü == Hənzələ Hüseyn ibn Əlidən Quranin Mumin surəsi"nin 30-33-cü ayələrini Kufə ordusuna oxumaq üçün icazə istədi: "Ey qövmüm! Həqiqətən, mən sizin üçün firqələrin günü kimi (bir gündən) qorxuram. Nuh qövmü, Ad və Səmud qövmləri və onlardan sonra gələnlər və Allah (Öz qullarına) zülm etmək istəməz.
Əş-Şam
Əş-Şam (ərəb. جبل شمس‎) — Oman sultanlığının ən hündür nöqtəsi. Əl-Əxdar silsiləsinin ən hündür nöqtəsi. Zirvənin hündürlüyü 3018 metrdir. Dağ Baxla şəhərindən 30 km şimalda yerləşir. Zirvədə radiolakasiya stansiyası yerləşdiyindən qapalı zomnadır. Zirvəyə torpaq yol çəkilmişdir. dağın qarşı tərəfində müşahidə meydançası vardır. Bura yaxın ərazidə turistik baza yerləşir.
Əş-Şəbab
əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali. Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır. əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar.
Əş-Şəhid
Əş-Şəhid (ər. الشهيد) — Allahın adlarından biri.
Əş-Şəkur
Əş-Şəkur (ər. الشكور) — Allahın adlarından biri.
Bilad əş-Şam
Bilad əş-Şam (ərəb. بِلَاد الشَّام‎) — Raşidi, Əməvi, Abbasi və Fatimi xilafətlərində vilayət. Vilayət 634–647-ci illərdə müsəlmanlar tərəfindən fəth edilən Bizansın Şərq diosezinin ərazisinə uyğun gəlirdi. Əməvilər dövründə (661–750) Bilad əş-Şam xilafətin paytaxt vilayəti olmuş və vilayətin müxtəlif yerləri Əməvi xəlifələri və şahzadələri üçün iqamətgahı olmuşdur. == Toponim == Bilad əş-Şam adı ərəb dilində "sol tərəfdəki bölgə" kimi tərcümə olunur. Vilayət özlərini doğan günəşə tərəf baxan hesab edən Hicaz (Qərbi Ərəbistan) sakinlərinin baxış bucağından belə adlandırılmışdır. Odur ki, onlar özlərinin sol tərəfində Suriya bölgəsi, sağ tərəfində isə Yəmən bölgəsini ("sağ tərəfdəki bölgə") yerləşdirmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Gil, Moshe. A History of Palestine, 634-1099. Cambridge University Press.
Tərabülüs əş-Şam
Tərabülüs əş-Şam (ərəb. طرابلس الشام‎, q.yun. Τρίπολις) - Livanın əş-Şimal mühafəzəsində mərkəzi və ikinci böyük şəhəri. Paytaxt Beyrutdən 85 km şimalda yerləşən şəhərin əhalisi 850 minə yaxındır. Əhalisinin 80%-i Sünni müsəlman, qalan hissəsi isə xristian və ələvilərdir. Tripolis şəhərinin adı yunan dilindən gəlir. Finikiya şəhəri olan Tərabülüs əş-Şam E.ə. VI əsrdə Əhəmənilər İmperiyasının, E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin, E.ə. 64-cü ildə Romalıların hakimiyyəti altına keçdi.
Şarm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Şərm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Əhrar əş-Şam
Hərəkat Əhrar əş-Şam Əl İslami (ərəb. حركة أحرار الشام الإسلامية ‎; Şamın Azad İnsanlarının İslami Hərəkatı) — Suriya vətəndaş müharibəsində Bəşşar əl-Əsəda qarşı vuruşan əsas silahlı qruplaşmalardan biri. 2013-cü il iyun ayı məlumatlarına görə qruplaşmanın tərkibində 10 mindən 20 minədək döyüşçü var.
Müsnəd əş-Şafii
Müsnəd əş-Şafii (ərəb. مسند الشافعي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair hədislər toplusu İmam Şafiinin özü tərəfindən deyil, onun şagirdləri tərəfindən tərtib edilmişdi. "Müsnəd əş-Şafii" məcmuəsinin tərtibçisi bu hədisləri öz müəllimi ər-Rəbi ibn Süleymandan (ərəb. الربيع بن سلي‎) götürmüş Əbul-Abbas əl-Əsammdır (ərəb. أبو العباس الأصم‎). ər-Rəbi ibn Süleyman da öz növbəsində İmam Şafiinin tələbəsi idi. Məcmuədə Şafiinin "əl-Umm" kitabında və digər əsərlərində istinad etdiyi hədislər var. Müsnədin dörd hədisdən başqa bütün hədisləri ər-Rəbi ibn Süleyman tərəfindən birbaşa Şafiidən qəbul edilmişdir. Bu dörd hədis isə Şafiinin başqa bir tələbəsi Yusif ibn Yəhya əl-Bəvitidən nəöql ediləndir. Şafiinin "Müsnəd"i nizamsız təqdimat və eyni hədislərin dəfələrlə təkrarlanması ilə səciyyələnir ki, bu da onların sırasının Şafiinin kitablarındakı hədislərin sırası ilə bağlı olması ilə əlaqədar ola bilər.
Əhməd əş-Şuqeyri
Əhməd əş-Şuqeyri (ərəb. أحمد أسعد الشقيري‎), (1 yanvar 1908 və ya 1908 – 25 fevral 1980, 26 fevral 1980 və ya 1980, Amman) — O, Fələstinli siyasətçi və Fələstin Azadlıq Təşkilatının ilk prezidenti və onun yaradıcısıdır. O, həmçinin Fələstin Azadlıq Ordusu, Fələstin Araşdırma Mərkəzi və Fələstin Milli Fondu ilə əməkdaşlıq edib. Onun atası Əsəd əş-Şuqeyri şəriət hakimi və dördüncü Osmanlı ordusunun nümayəndələr şurasının üzvü və müftisi olmuşdur. Əhməd əş-Şuqeyri ərəb millətçi hərəkatı ilə əlaqələrinin gücləndiyi Beyrut Amerika Universitetinə daxil olur və əl-Ürvətul-Vüsqa klubunun fəal üzvü olur. Lakin sözügedən universitet onu gələn il Fransanın Livanda olmasına etiraz olaraq universitetdə böyük nümayişə rəhbərlik etdiyinə görə çıxartdı. Fransa hakimiyyəti 1927-ci ildə onu Livandan qovmaq qərarına gəldi. Əhməd əl-Şəqiri Qüdsdəki Hüquq İnstitutuna qayıtdı və eyni zamanda “Şərq güzgüsü” (مرآة الشرق) qəzetinin redaktoru vəzifəsində çalışıb.
Əbu İshaq əş-Şirazi
Əbu İshaq əş-Şirazi (1003 – 1088) — İslam din xadimi, fiqh alimi, Nizamiyyə mədrəsəsinin ilk rəhbəri. Əbu Həmid əl-Qəzali, əl-Kiyə əl-Hərrasi, Əbuttayyib ət-Təbəri kimi nəhəng din xadimləri ilə bərabər Əbu İshaq əş-Şirazinin (1003-1088) də azərbaycanlı ziyalıların elmli, bilikli fəqih kimi yetişməsində böyük əməyi olmuşdur. Şafii məzhəbi məktəblərindən birinin əsasını qoyan əşari Camaləddin Əbu İshaq İbrahim ibn Əli ibn Yusif Firuzabadi əş-Şirazi fiqhə aid bir çox əsərlərin müəllifidir. Səlcuqların baş vəziri Nizamülmülklə isti münasibətlərinə görə Bağdadda böyük təsirə malik idi. Əşərizmin mərkəzi olan Bağdad Nizamiyyə mədrəsəsində 17 ildən çox fiqh fənnini tədris etmişdir. Əbu İshaq Nizamiyyə mədrəsəsinin ilk müdiri kimi uzun müddət ona başçılıq etmişdir. Bağdada gəlmiş azərbaycanlılardan Əbülqasim Mahmud Yusif ibn Hüseyn əl-Bərzəndi ət-Tiflisi,Əbulvəfa Xəlil ibn Möhsün ibn Məhəmməd əl-Mərəndi, urməvilərdən Əbulqənaim Qanim ibn Hüseyn və Əbülfəzl Məhəmməd ibn Ömərə fiqhi o öyrətmişdi. Bağdadda qazı Əbuttayyib ət-Təbəridən fiqhi mənimsəmiş Qazı Əbülhəsən Əli ibn Həsən ibn Əli əl-Məyanəci ilə fiqhi birgə tədris etmişlər. Əs-Səmani onların münasibəti üçün səciyyəvi olan maraqlı bir fakt haqqında belə yazır: ”Şeyx Əbu İshaq əş Şirazinin qazı əl-Məyanəciyə göndərdiyi bir məktub gördüm. Sərlövhəsində yazılmışdı: “Fikirlərinə şərik olan, onunla fəxr edən və ona duaçı olan İbrahim ibn Əli əl- Firuzabadi”.
Xalid ibn Yezid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
Xalid ibn Yəzid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
İsa ibn Şeyx əş-Şeybani
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən. Şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq və ya Əhməd olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.
Əbis ibn Əbu Şəbib əş-Şakiri
Əbis ibn Əbu Şəbib əl-Şakiri (ərəb. عابس بن ابي شبيب الشاکري‎) — Siffeyn döyüşündə yaralanmış və Kərbəla şəhidlərindən biri. Əbis böyük Bəni-Həmdan qəbiləsinin Bəni-Şakir qolundan idi. Qəbiləsinin adamları döyüşdə cəsur idilər və buna görə də ərəblər onları “Sabahın cavanları” mənasını verən Fətayan əs-Sabah adlandırırdılar. Atası Şəbib, Həbib, Şibt və ya Leys kimi qeyd edilmişdir. Əbis öz qəbiləsinin yaxşı xüsusiyyətlərinə görə mükəmməl şəxs idi. O, şiə əyanlarından və onların başçılarından idi. Əbis Əhli-beyt aşiqlərindən və onu müstəsna olaraq sevən Əli ibn Əbu Talibin tərəfdarlarından idi. Əbis Siffeyn döyüşündə Əli ibn Əbu Talibə qoşulmuş və Siffeyn döyüşündə alnından yaralanmış, izi əbədi olaraq alnında qalmışdır. Müslim ibn Əqil Kufəyə daxil olduqdan sonra Muxtar ibn Əbu Ubeydin evinə getdi.
Elnur Əşrəfoğlu
Elnur Əşrəf oğlu Şükürov (19 iyun 1974, Bakı – 19 oktyabr 2021, Bakı), əsasən Elnur Əşrəfoğlu kimi qeyd olunur — Azərbaycan jurnalisti və televiziya aparıcısı. == Həyatı == === Erkən illəri === Uşaqlığı Zəngilan rayonunda keçib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib. === Jurnalist fəaliyyəti === 1992-ci ildə "525-ci qəzet"-də jurnalist kimi çalışıb. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasında 16 il işləyib. 1994-cü ildə AZTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb. O, müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" baş redaksiyasında böyük redaktor, İdman Proqramları Baş Redaksiyasında baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Televiziyasında efirə gedən "Zirvəyə doğru: Sidney-2000", "Afina-2004", "Pekin zəfərləri", "Milli Olimpiya Komitəsi-10 il", "Professor", "9 nömrəli oyunçu", "Böyük hokkey", "Sehrbaz" və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub. 1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb. 2011-ci ilin oktyabr ayında "Space TV" telekanalının idman departamentinə rəhbər təyin olunub.
Hamamlı (Əştərək)
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd. == Tarixi == Kənd 1728-ci ildən mə’lumdur. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir == Əhalisi == Əhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür.
Haxıs (Əştərək)
Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Kəndin adı Axiz, Axis formalarında göstərilir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əxis kimi, Qafqazın 5 verstlik xəritəsində Axis formasında qeyd edilmişdir. Toponim «çay ağzı, mənsəbi», «keçid» mənasında işlənən ağıs, axız (>aqis>haxis>haxıs) sözü əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi səsartımı hadisəsi nəticəsində sözə əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə «h» samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açarhaçar, elə-helə). Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.
Malik Əştər
Malik Əştər ibn Haris (585, Böyük Yəmən[d] – 658) — Həzrət Əlinin tərəfdarlarından biri. == Həyatı == Malik Əştər Nəxəi adı ilə tanınan Malik ibn Yəcus Nəxəi Yəmənin Məzhəc qəbiləsinin Nəxə nəslindəndir. Malik Əştər İmam Əlinin xüsusi köməkçilərindən və səhabələrindən biridir. O, böyük ordu sərkərdəsi və şücaətli şəxslərdən idi. Malik Əştərin Peyğəmbərin besətindən əvvəl dünyaya gəlməsi tarixi mənbələrdə qeyd olunur. Peyğəmbərin nümayəndələrinin Yəmənə gəlməsindən öncə Malikin həyatı barədə əldə heç bir məlumat yoxdur. Bəzi mənbələrdə Malik Əştər Peyğəmbərin ömrünün sonlarında İslam dinini qəbul etməsi və raşidi xəlifələrinin zamanında Şama hicrət etməsi qeyd olunub, lakin Onun tabein olduğu bildirilir. Malik qəsbkar xəlifələrin bidətlərilə daim mübarizə aparırdı. O, Qadisiyyə müharibəsindən sonra Kufədə məskunlaşdı. Orada nüfuzlu şəxslərdən olduğu üçün Osmanın xilafəti zamanında Əməvi hakimlərinin zülmünə qarşı çıxaraq, mücahidləri müdafiə edib.
Mir Əşrəf şah Xotəki
Mir Əşrəf şah Xotəki (1700, Qəndəhar vilayəti, Səfəvilər – 1730, Bəlucistan, Səfəvilər) — Hotaki sülaləsindən İranın ikinci şahı. Əşrəf şah Mir Əbdüləziz xan Xotəkinin oğludur. 1700-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. 1724-cü ildə Mahmud şah dəli oldu. Əfqanlar onun əmisi oğlu Əşrəf xanı taxta çıxardılar. Çünki Osmanlı sarayı həm Təhmasiblə, həm də Mahmudun əvəzinə taxta çıxmış Əşrəflə münasibətlərin birdəfəlik korlanmasını istəmirdi.Osmanlı sarayı müsbət cavab verilmədiyi halda Təhmasibin Rusiyaya yaxınlaşacağından da ehtiyat edirdi. Ona görə Osmanlı sarayı Rusiya tərəfini xəbərdar etməklə II Şah Təhmasibin yanına öz səfirini göndərdi. Amma bu səfirin apardığı müzakirələrin bir nəticəsi olmadı. Təhmasiblə bərabər, Əşrəf də Osmanlı dövləti ilə əlaqə yaratmağa çalışırdı. Çünki Əşrəf yaxşı anlayırdı ki, bölgənin güclü dövləti və qərbdən ölkənin həmsərhəd olduğu Osmanlı dövləti ilə anlaşma əldə edə bilməsə şahlığının ömrü də uzun olmayacaqdır.
Məhəmməd Əşrəfov
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Məlik Əşrəf Sulduz
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Nəcəfəli sultan Əşrəfi
Nəcəfəli sultan Əşrəfi (?-?)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi, diplomat. 1828-ci ildə Naxçıvanda yerləşən rus qoşunu iyulun 1-də Abbasabad qalasını mühasirəyə aldı. Bu qala xanlığın ən güclü qalalarından biri idi. Qalaya şahın kürəkəni Məhəmmədəmin xan Qovanlı-Qacar başçılıq edirdi. Onun köməkçiləri naxçıvanlı Əmin xan və təbrizli Rza xan idi. Qala qarnizonunda 3000–4000 nəfərə qədər əskər var idi. Qala müdafiəçiləri rus toplarının bombardımanına baxmayaraq, möhkəm dayanmışdılar. Onlar şahzadə Abbas Mirzədən kömək almaq ümidində idilər. Bu vaxt Abbas Mirzə danışıq aparmaq üçün Nəcəfəli Sultan Əşrəfi general-adyutant Paskeviçin yanına göndərmişdi. Abbas Mirzə Lənkəran xanlığını və İrəvan xanlığına məxsus Baş Abaranın Rusiyaya "güzəştə getmək" adı altında danışıqlar aparmaqla vaxt qazanmağa çalışırdı.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Qala Əntiq Əşyalar Muzeyi
Qala Əntiq Əşyalar Muzeyi - Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılıb. 2010-cu ilin iyununda muzeyin tikintisinə başlanıb və tikinti 2011-ci ildə başa çatıb. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il sentyabrın 7-də Muzeyin açılışında iştirak ediblər. Muzeydə 800 eksponat nümayiş etdirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif regionlarından yığılmış, Avstriya, ABŞ, Almaniya, İngiltərə, İran, Rusiya, Fransa, Belçika, Özbəkistan, Türkiyə, Polşa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. İnzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası, konfrans zalı, binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir. Muzeyin sahəsi 260 kv/m təşkil edir.
Qaracalar (Əştərək)
Qaracalar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Alagöz dağının cənubunda yerləşir. Erməni mənbələrində kəndin adı Qalaçilar kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaraçalar türk tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 104 nəfər, 1873-cü ildə 272 nəfər, 1886-cı ildə 279 nəfər, 1897-ci ildə 381 nəfər, 1908-ci ildə 360 nəfər, 1914-cü ildə 381 nəfər, 1916-cı ildə 526 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya 1918–1920-ci illərdə Türkiyədən köçürülmüşdür.
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.
Qoşabulaq (Əştərək)
Qoşabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «cüt, yanaşı, iki» mənasında işlənən «qoşa» sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 101 nəfər, 1886-cı ildə 152 nəfər, 1897-ci ildə 173 nəfər, 1908-ci ildə 211 nəfər, 1914 - cü ildə 214 nəfər, 1916-cı ildə 211 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kəndin əhalisi azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. Indi xaraba kənddir.
Qızılxaraba (Əştərək)
Qızılxaraba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Kəndin adı erməni mənbələrində Qızılabad, Tulunəbi kimi də göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızılviran, Qafqazın 5 verstlik xəritəsində Qızılxaraba kimi qeyd edilmişdir. Toponim torpağın rənginə bildirən qırmızı mənasında işlənən qızıl sözü ilə "dağıdılmış" mənasında işlənən xaraba sözündən əmələ gəlmişdir. Türklər xarabalıqlar yanında yeni yaşayış məntəqələri salarkən xaraba, viran, örən (hər üçü sinonim sözdür) sözlərinin əvvəlinə ya mənsub olduqları tayfanı, oymaq və ya obanın, ya da torpağın rənginə görə müvafiq şəkildə ağ, qara, qızıl (qırmızı mənasında) sifətlərini əlavə edirlər. Qızılxaraba kənd adı da həmin konstruksiya əsasında yaranmışdır. "Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yanındakı kənd" mənasını verir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.. 1918-ci ildə Azərbaycanın əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Qırmızı rəngli daşdan tikilmiş qala yaxud kilsə xarabalıqları nəzərdə tutulur.
Rəhman Əşrəfov
Seyid Əşrəf Ağa
Seyid Əşrəf Ağa (10 mart 1936, Qaryagin rayonu – 31 yanvar 1999, Bakı) — XX əsrdə seyid kimi tanınmış biri. Seyid Əşrəf Ağa 1936-cı il martın 10-u Qaryagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur. Əslən Şuşadan olan ağa Seyid Həşim Ağanın nəvəsidir. Seyidlik ona kökdən, Seyid Kazım ağadan gəlib. 7 yaşından ona seyidlik verilib. Seyid Əşrəf Ağa 1999-cu ildə vəfat edib. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyarətgah Xırdalan şəhərində yerləşir. 2001-ci ildə xeyriyyəçi tərəfindən inşa edilib. Bu ziyarətgahı bilənlər çoxdur.
Seyid Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist. Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.
Əşrəfoğulları bəyliyi
Əşrəfoğulları bəyliyi, XIII əsrdə qurulan Anadolu türk bəyliklərindən biri. Rum Səlcuqlular dövlətinin sınır bəylərindən Əşrəfoğlu Seyfəddin Süleyman bəy tərəfindən 1280-ci ilin əvvələrində Beyşehirdə quruldu. Əşrəfoğlu Süleyman bəy, Türkiyə Səlcuqlu sultanı III Qıyasəddin Keyxosrov dövründə (1264–1283) Səlcuklu xidmətində uc bəyi olaraq vəzifə tutmuşdu. Əşrəfoğlu Süleyman bəyin hansı tarixdə vəfat etdiyi məlum deyildir; fəqət vəfatının 701 H./1301 M. dən sonra olduğu Beyşehirdə tikdirmış olduğu türbə kitabəsindən anlaşılmaqdadır. Eşrefoğulları Beyliği, 1302-ci ildə atasının yerine keçən Mübarizəddin Məhəmməd bəy dönəmində genişləyərək, Bolvadin və Akşehir dolaylarını da içinə aldı. Mübarizəddin Məhəmməd bəyin Elxanlılara bağımlılığını bildirməsindən sonra (1314), Seyfəddin Süleyman bəyin nəvəsi Süleymanşahın elxanlı rum valisi Timurtaş bəy (ö. 1328) tərəfindən öldürülməsindən sonra bəylik ortadan qalxdı.
Əşrəfülmüluk Fəxrəddövlə
Əşrəfülmulük Fəxrəddövlə(1883–1955)-Qacar şahzadəsi, Müzəffərəddin şah Qacar və Sərvərəssəltənənin qızı və Məhəmməd Musaddıqın xalaqızısı.Tehranın ilk taksi şirkətinin banisidir.
Rəcəb Əşhəbəliyev
Rəcəb Əşhəbəliyev (10 sentyabr 1973, Bakı) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Rəcəb Əşhəbəliyev 1998-ci ildə Türkiyədə baş tutan Dünya Çempionatını, həmçinin 1999-cu ildə Macarıstanda baş tutan Avropa Çempionatını dördüncü pillədə başa vurdu. Rəcəb Əşhəbəliyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. 130 Kq. turnirində çıxış edən Rəcəb Əşhəbəliyev qrup mərhələsinin birinci görüşündə Ukrayna nümayəndəsi Merab Vəliyev ilə üz-üzə gəldi. Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Keri Koy oldu. Həm Əşhəbəliyev, həm də Koy qrup mərhələsində bir dəfə qələbə qazanmaışdı və bu görüş həlledici idi. Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibinə 0:10 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı. Ümumi nəticədə Rəcəb Əşhəbəliyev olimpiadanı doqquzuncu pillədə başa vurdu.

Значение слова в других словарях