ƏBR

[fars.] сущ. клас. циф; // əbri-bahar гатфарин циф; əbri-siyah чӀулав цифер; əbri-neysan марф къурдай цифер.
ƏBNA
ƏBRƏŞ
OBASTAN VİKİ
Habil Əbrürrəhimli
Habil Qabil oğlu Əbdürrəhimli (26 sentyabr 1997; Sabirkənd, Şəmkir rayonu, Azərbaycan — 8 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 2003–2013-cü illərdə S. Rüstəmov adına Sabirkənd tam orta məktəbində təhsil alıb. 2014–2018-ci illərdə isə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb. == Hərbi xidməti == Habil Əbdürrəhimli 2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Habil Əbdürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbdürrəhimli noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbdürrəhimli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbdürrəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hafiz Əbru
Hafiz Əbru adı ilə tanınan, XIV–XV əsr tarixçi və coğrafiyaçısı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfi. Xorasanlı Hafiz Əbru həm də dövrünün mahir şahmatçılarından idi. == Hafiz Əbrunun həyatı == Hafiz Əbrunun həyatı və fəaliyyəti haqqında bir o qədər də çox məlumat sahibi deyilik. Onun həyatı və əsərləri haqqında V. V. Bartold, İ. Y. Kraçkovski, A. Krımski, E. Braunun, X. Elliotun, X. Bayani, M. Xərəvi, Ç. Stori, Z. Safa və bir çox başqa tədqiqatçıların əsərlərində göstərilən faktlar əsasında və müxtəlif orta əsr mənbələrindən götürülən məlumatlar əsasında məlumat alırıq. Onun doğulduğu yer Herat şəhəri hesab edilir. Təhsilini Həmədanda alıb. Əsərlərində özünü Abdullah ibn Lütfullah ibn ər-Rəşid Behdaddini adlandırır. Bartold öz tədqiqatlarında belə nəticəyə gəlmişdi ki, onun əsl adı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfidir. Hafiz Əbrunun təxəllüsü ilə bağlı müxtəlif fikirlər var. "Hafiz" sözünün 2 mənası var: ya bu şəxs Quranın mətninin əzbər bilir, ya da 100.000 hədis bilir (Məhəmməd peyğəmbərin əməlləri barədə hədslər və peyğəmbərimiz tərəfindən deyilən hədislər).
Əbrbakuh (Ərdəbil)
Əbrbakuh (fars. ابربكوه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 211 nəfər yaşayır (37 ailə).
Əbriq (Əhər)
Əbriq (fars. ابريق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 334 nəfər yaşayır (74 ailə).
Əbrişəm
Əbrişəm — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,406 nəfər və 5,324 ailədən ibarət idi.
Əbru
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Əbrəc Əlbeyt Qüllələri
Əbrəc Əlbeyt Qüllələri — Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir. == Tikintisi == 2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır. Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd.
Əbrəqunis
Əbrəqunus (əvvəlki adı: Əbrəqunis, digər qədim adı: Qarakilsə) — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunis kənd inzibati ərazi dairəsi tərkibindəki Əbrəqunis kəndi Əbrəqunus kəndi, Əbrəqunis kənd inzibati ərazi dairəsi Əbrəqunus kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kənd rayon mərkəzindən 25 km şimalda, İlandağın ətəyində, Əlincə çayının sağ sahilində yerləşir. == Tarix və etimologiyası == Əbrəqunus Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Arxeoloqların Əbrəqunusda aşkar etdiyi, Naxçıvan mədəniyyəti üçün xarakterik olan maddi-mədəniyyət nümunələri kəndin tarixinin qədim dövrlərə aid olduğunu sübut edir. Tədiqatlar zamanı Əbrəqunus ərazisindən qədim dövrə, o cümlədən orta əsrlərə aid edilən xeyli sayda abidələr aşkar edilmişdir ki, bu abidələr də, əsasən, qoç heykəlləri və qəbirüstü abidələrdir. Qeyd edilən abidələrin vaxtilə Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası və Qaraqoyunlu dövlətlərinə aid olduqları qeyd edilir. Qədim və orta əsrlərdə Əlincə qalası və ətraf ərazilərə gedən yol Əbrəqunusdan keçirdi. Əbrəqunus XIV əsrin 80-90-cı illərində Azərbaycan xalqının Əmir Teymura qarşı apardığı mübarizənin və digər tarixi hadisələrin şahidi olmuşdur. Kənd 1590-cı ildə elə həmin il yaradılan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibinə daxil edilmişdir.
Əbrəqunis nekropolları
Əbrəqunus nekropolları – Culfa rayonunun Əbrəqunus kəndi ərazisində yerləşən orta əsrlərə aid üç nekropol kompleksidir. Nekropollarda müxtəlif dövrlərdə xırda tədqiqat işləri aparılmışdır. == I Əbrəqunus nekropolu == Culfa rayonunun Əbrəqunus kəndinin qərbində, Ərəfsə - Naxçıvan yolunun sağında, uzunsov təpənin üzərində yerləşən və orta əsrlərə aid olan I Əbrəqunus nekropolu əkin sahələri ilə əhatə olunmuşdur. Nekropolun sahəsi 3200 m² – dir. 1990 – 1991 – ci illərdə abidədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol ərazisindəki qəbirlər müxtəlif dövrlərə aid olub müxtəli formalıdır. Şimal – qərb istiqamətində olan qəbirlərin başdaşıları dövrümüzə yaxşı vəziyyətdə çatmışdır. Daş – qutu qəbirlərin birindən aypara formalı tunc sırğalar tapılmışdır. Əksər sinə daşları dördüzlü prizma formasında olub, kobud hazırlanmışdır. Bəzi sinə daşları isə həndəsi və memarlıq ornamentləri ilə naxışlanmışdır.
Əbrəqunis rayonu
Əbrəqunis rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1930–1949-cu illər ərzində mövcud olmuş inzibati-ərazi vahididir. İnzibati mərkəzi Əbrəqunus kəndi olmuşdur. == Tarixi == Əbrəqunis rayonu 8 avqust 1930-cu ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının inzibati vahidi olaraq yaradılmışdır. Heyvandarlıq, arıçılıq, üzümçülük və əkinçilik rayonu olmuşdur. Əbrəqunis rayonu 5 yanvar 1949-cu il tarixində ləğv edilmiş, ərazisi isə Culfa rayonuna birləşdirilmişdir. == Əhali == 1939-cu il siyahıyalınması üzrə rayon əhalisi 9.413 nəfər olmuşdur. Onlardan 87,3%-i azərbaycanlı, 11,8%-i isə erməni olmuşdur. == Mətbuat == Rayon ərazisində 1932–1948-ci illərdə "Zərbəçi heyvandar" qəzeti nəşr edilmişdir.
Əbrəqunus
Əbrəqunus (əvvəlki adı: Əbrəqunis, digər qədim adı: Qarakilsə) — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunis kənd inzibati ərazi dairəsi tərkibindəki Əbrəqunis kəndi Əbrəqunus kəndi, Əbrəqunis kənd inzibati ərazi dairəsi Əbrəqunus kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kənd rayon mərkəzindən 25 km şimalda, İlandağın ətəyində, Əlincə çayının sağ sahilində yerləşir. == Tarix və etimologiyası == Əbrəqunus Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Arxeoloqların Əbrəqunusda aşkar etdiyi, Naxçıvan mədəniyyəti üçün xarakterik olan maddi-mədəniyyət nümunələri kəndin tarixinin qədim dövrlərə aid olduğunu sübut edir. Tədiqatlar zamanı Əbrəqunus ərazisindən qədim dövrə, o cümlədən orta əsrlərə aid edilən xeyli sayda abidələr aşkar edilmişdir ki, bu abidələr də, əsasən, qoç heykəlləri və qəbirüstü abidələrdir. Qeyd edilən abidələrin vaxtilə Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası və Qaraqoyunlu dövlətlərinə aid olduqları qeyd edilir. Qədim və orta əsrlərdə Əlincə qalası və ətraf ərazilərə gedən yol Əbrəqunusdan keçirdi. Əbrəqunus XIV əsrin 80-90-cı illərində Azərbaycan xalqının Əmir Teymura qarşı apardığı mübarizənin və digər tarixi hadisələrin şahidi olmuşdur. Kənd 1590-cı ildə elə həmin il yaradılan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibinə daxil edilmişdir.
Əbrəqunus nekropolları
Əbrəqunus nekropolları – Culfa rayonunun Əbrəqunus kəndi ərazisində yerləşən orta əsrlərə aid üç nekropol kompleksidir. Nekropollarda müxtəlif dövrlərdə xırda tədqiqat işləri aparılmışdır. == I Əbrəqunus nekropolu == Culfa rayonunun Əbrəqunus kəndinin qərbində, Ərəfsə - Naxçıvan yolunun sağında, uzunsov təpənin üzərində yerləşən və orta əsrlərə aid olan I Əbrəqunus nekropolu əkin sahələri ilə əhatə olunmuşdur. Nekropolun sahəsi 3200 m² – dir. 1990 – 1991 – ci illərdə abidədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol ərazisindəki qəbirlər müxtəlif dövrlərə aid olub müxtəli formalıdır. Şimal – qərb istiqamətində olan qəbirlərin başdaşıları dövrümüzə yaxşı vəziyyətdə çatmışdır. Daş – qutu qəbirlərin birindən aypara formalı tunc sırğalar tapılmışdır. Əksər sinə daşları dördüzlü prizma formasında olub, kobud hazırlanmışdır. Bəzi sinə daşları isə həndəsi və memarlıq ornamentləri ilə naxışlanmışdır.

Digər lüğətlərdə