Əbrəqunis nekropolları

Əbrəqunus nekropollarıCulfa rayonunun Əbrəqunus kəndi ərazisində yerləşən orta əsrlərə aid üç nekropol kompleksidir.[1] Nekropollarda müxtəlif dövrlərdə xırda tədqiqat işləri aparılmışdır.[2]

Əbrəqunus nekropolları
III Əbrəqunus nekropolu ərazisində yerləşən Əbrəqunus (Müqəddəs Faddey) monastrı
Xəritə
39°08′13″ şm. e. 45°38′00″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Culfa
Yerləşir Əbrəqunus
Tikilmə tarixi Orta əsrlər
Vəziyyəti Fəaliyyət göstərmir
İstinad nöm.6071, 1882, 1883
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Əbrəqunus nekropolları (Azərbaycan)
Əbrəqunus nekropolları

I Əbrəqunus nekropolu

[redaktə | mənbəni redaktə et]

Culfa rayonunun Əbrəqunus kəndinin qərbində, Ərəfsə - Naxçıvan yolunun sağında, uzunsov təpənin üzərində yerləşən və orta əsrlərə aid olan I Əbrəqunus nekropolu əkin sahələri ilə əhatə olunmuşdur. Nekropolun sahəsi 3200 m² – dir. 19901991 – ci illərdə abidədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır.

Nekropol[şablonu yığışdır] ərazisindəki qəbirlər müxtəlif dövrlərə aid olub müxtəli formalıdır. Şimal – qərb istiqamətində olan qəbirlərin başdaşıları dövrümüzə yaxşı vəziyyətdə çatmışdır. Daş – qutu qəbirlərin birindən aypara formalı tunc sırğalar tapılmışdır. Əksər sinə daşları dördüzlü prizma formasında olub, kobud hazırlanmışdır. Bəzi sinə daşları isə həndəsi və memarlıq ornamentləri ilə naxışlanmışdır. Onlardan birinin üzərində skematik quş, ucları dəyirmiləşdirilmiş həndəsi xəttlər, insan və ağac rəsmlərindən ibarət oyma naxışla haşiyələnmiş süjet həkk olunmuşdur.

Abidədən forma verməyən, çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz qab qırıqları aşkar olunmuşdur. Nekropolun XIV – XVII əsrlərə aid olduğu güman edilir.[2]

II Əbrəqunus nekropolu

[redaktə | mənbəni redaktə et]

Culfa rayonunun Əbrəqunus kəndinin qərbində, Ərəfsə - Naxçıvan yolunun sağında, I Əbrəqunus nekropolundan bir qədər aralıda, nalşəkilli kiçik təpə üzərində yerləşən II Əbrəqunus nekropolu orta əsrlərə aid arxeoloji abidədir. Nekropolun sahəsi 5600 m² – dir. Abidədə 1991 – ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır.

Nekropoldakı qəbirlər qiblə istiqamətindədir. Qəbirlərin əksəriyyətinin başdaşıları saxlanmışdır. Düzbucaqlı prizma formalı sinə daşları kobud hazırlanmış, birinin üst hissəsi tağvari tamamlanmışdır. Digərinin üstündə isə insan təsviri vardır. Nekropolda bütün Azərbaycan ərazisində geniş yayılmış qəbirüstü qoç daşları da vardır. Lakin onların əksəri pis saxlanmışdır.

Nekropoldan son orta əsrlərə aid şirli və şirsiz saxsı, yüksək keyfiyyətli fayans qab sınıqlarıdan ibarət yerüstü materiallar aşkar olunmuşdur. Nekropol tədqiqatçılar tərəfindən XIV – XVII əsrlərə aid edilir.[2]

III Əbrəqunus nekropolu

[redaktə | mənbəni redaktə et]

Culfa rayonunun Əbrəqunus kəndinin cənub - qərbində, Əbrəqunus çayının sol sahilində yerləşən III Əbrəqunus nekropolu orta əsrlərə aid arxeoloji abidədir. Nekropolun sahəsi 1800 m² –dir. Abidə yaşayış binaları ilə əhatə olunmuşdur. Nekropol ərazisində 1991 – ci ildə kləşfiyyat xarakterli tədqiqatlaraparılmışdır.

Nekropol ərazisindəki qəbirlərin başdaşıları ya saxlanmamış, ya da yararsız halda dövrümüzə çatmışdır. Əksəriyyəti qiblə istiqamətində olan qəbirlərin sinə daşları kobud şəkildə hazırlanmışdır. Bəzi qəbirlərin üstünə isə yonulmamış dördkünc daşlar qoyulmuşdur. Sinə daşlarına baxış keçirilən zaman heç bir yazıya və ya işarəyə rast gəlinməmiş, yalnız bir neçə qəbir daşında kiçik həndəsi naxışlar aşkarlanmışdır. Nekropolun yaxınlığında böyük alban–xristian monastırı olan Əbrəqunus monastırı (Müqəddəs Faddey monastırı) vardır. Tədqiqatçılar III Əbrəqunus nekropolunu XVI – XVIII əsrlərə aid edirlər.[2]

  1. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı". 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.
  2. 1 2 3 4 AMEA, Naxçıvan Ensiklopediyası, Bakı, 2006