Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Erməni Həvari Kilsəsi
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Həvari Andrey
Andrey (q.yun. Ἀνδρέας Andréas) — İsanın on iki həvarisindən biri. Simonun qardaşı, Cəliləli balıqçı. X şəklindəki çarmıxda ölmüşdür. Şotlandiya və Rusiyanın baş əzizi. 30 noyabr Əziz Andrey günüdür.
Həvari Andrey monastırı
Apostola Andreya monastırı (yun. Απόστολος Ανδρέας ; türk. Apostolos Andreas Manastırı) ― Karpaz yarımadasındakı Dipkarpaz şəhərində, Kipr adasının ən şimal-şərq nöqtəsi olan Zəfər burnunun cənubunda yerləşən monastır. Monastır Həvari Andreyə həsr olunmuşdur və Kipr Pravoslav Kilsəsi üçün vacib yerdir. Həm yunan, həm də türk icmaları monastırı müqəddəs yer hesab edirlər. == Tarix == Monastırın inşasının ənənəvi hekayəsində deyilir ki, Həvari Andreyi daşıyan gəmi Müqəddəs torpaqlara səyahət edərkən yoldan çıxaraq buradakı qayalara dəyir. Sahilə çıxan Andrey və heyət qayalara toxunmuş və bir anda oradan bulaq qaynayır. Sular bir gözü kor olan gəmi kapitanının görmə qabiliyyətini bərpa edərək şəfa gücünə sahib olduğunu sübut edir. Bundan sonra ərazi ziyarət yerinə çevrilir. 12-ci əsrdə burada İsaak Komninin Şirürəkli I Riçarda təslim olması barədə danışıqlar apardığı, istehkamla əhatə olunmuş monastır mövcud idi.
Həvari Barnaba
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Həvari Bartalmay
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Həvari Filipp
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Həvari Foma
Həvari Foma (yun. Θωμάς Thōmás) — xristianlıqda on iki həvaridən biri.
Həvari Matfey
Həvari Matfey (yun. Ματθαίος Matthaíos) — xristianlıqda on iki həvaridən biri.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Həvari Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Həvari Varfolomey
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Yuhənna
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari Yuhənna bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Həvari İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İohann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İohann bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Həvarilər
Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) — xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir. == 12 həvari == On iki həvari (apostol, yunanca səfir) — xristianlıqda İsa Məsih ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki adam təyin etdi ki, onunla bərabər olsunlar və onları təbliğ etməyə göndərsin, onların xəstələri sağaltmağa və cinləri qovmağa səlahiyyətləri olsun. İudanın satqınlığı və intiharından sonra onun yerinə püşk vasitəsilə Matfiy seçilmişdir. Həvarilər erkən xristian icmasının nüvəsi olmuş, xristianlığın yayılmasını onların fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı, həvari Pavel da olmuşdur. Əhdi Cədiddə Həvarilər Əməlləri kitabı var. İncildə sıralanan on iki həvarilər bunlardır: Andrey İoann Filipp Pyotr (Simon) Zevedey oğlu İakov Varfolomey Matfey Foma Alfey oğlu İakov Faddey Kənanlı Simon İuda İskariot İuda İskariot İsa Məsihə etdiyi xəyanətə və sonra intihar etdiyinə görə, onun yerinə İsanın şagirdi Mattiya seçildi. Həvarilərin İşləri Kitabında bu əhvalat belə təsvir olunmuşdur: Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: "Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
Həvarilər kilsəsi
Həvarilər Kilsəsi — Türkiyəinin Qars ilinin Ani şəhər xarabalığında yerləşən qədim erməni kilsəsi. == Tarixi == Pahlavuni sülaləsi dövründə inşa etdirilmiş bu abidənin elə həmin dövrdə Ani patriarxları tərəfindən mərkəz kimi istifadə edildiyi güman edilir. Abidənin divarlarında nə zaman inşa olunması haqqında bir qeyd yoxdur. Kilsə divarlarındakı ən qədim yazı 1031-ci il tarixinə aiddir və Abuğamir Pahlavuninin kilsəyə torpaq bağışlamasından bəhs edir. Akademik N. Y. Marr Həvarilər kilsəsi və ona bitişik olan bidələr ərazisində arxeoloji qazıntıları 1909-cu ildə tamlamışdır və 1912-ci ildə kilsənin ən zəif hissələri və cənub narteks müəyyən qədər bərpa edilmişdir. Həvarilər kilsəsi ərazisində XX əsrin əvvəllərində aparılan qazıntılar zamanı əldə edilən nəticələrdən dövrümüzə bir şey çatmamışdır. Belə ki, baxımsızlıq üzündən bütün tapıntılar itirilmiş və ya məhv olmuşdur. Kilsənin zəmin planı memarlıqda "inscribed quatrefoil with corner chambers" olaraq bilinən tərzdə inşa edilmişdir. Başqa sözlə, düzbucaqlı planın içinə oturdulmuş dörd apisli iç quruluşun künclərdə əmələ gətirdiyi boşluqlar dörd şapellə doldurulub. Bu erməni abidələrində VII əsrdən sonra meydana gələn bir layihələşdirmə növüdür, lakin bu binada istifadə edilmiş naxışlar binanı XI əsrin ilk otuz ilinə aid etməyə imkan verir.
Linneyin həvariləri
Linneyin həvariləri — böyük İsveç alimi Karl Linneyin dünyanın müxtəlif yerlərinə səyahətlər edən və bitkilərin toxumlarını, zooloji nümunələr yığan şagirdlərinə verilən addır. Bu səyahətlərin bəzilərinin planı Linneyin özü tərəfindən və ya onun iştirakıyla hazırlanmışdır. == Linney və onun şagirdləri == Yaxşı təşkilatçılıq bacarıqlarına və İsveç yüksək təbəqəsində geniş əlaqələrə sahib olan Karl Linney dünyanın müxtəlif hissələrində araşdırmaların aparılmasıyla bağlı olan müxtəlif layihələrin gerçəkləşdirilməsinə vəsaitin ayrılmasına nail olurdu. Sponsor qismində İsveç Ost-Hind şirkəti və kral ailəsi iştirak edirdi. Onun şagirdlərindən bir neçəsi Ost-Hind şirkətinin gəmilərində həkim və ya keşiş qismində ərqi Hindistana, Çinə yollanmışdılar. O zamanlar səyahətlər təhlükəli keçirdi, belə ki həvarilərdən yeddisi, o cümlədən, Linneyin ilk şagirdi olan Kristofer Ternström də səyahətlərdə vəfat etmişdilər. Ternströmün ölümündən sonra onun dul qalmış həyat yoldaşı Linneyi onun uşaqlarını atasız qoymaqda günahlandırmağa başladı. Bundan sonra Linney səyahətlərə yalnız subay şagirdlərini göndərməyə başladı. Səyahətlər zamanı həvarilərin yığdıqları kolleksiyalar Linneyə göndərilirdi. Smirnada vəfat etmiş Fredrik Hasselkvistin kolleksiyalarına borc səbəbindən həbs qoyulmuşdu.
Müqəddəs Həvarilər kilsəsi
Havariyyun Kilsəsi (Müasir Yunanca: Άγιοι Απόστολοι; Rom: Agioi Apostoloi, azərb. Müqəddəs Həvarilər‎) İstanbulda 550-ci ildə inşa edilmiş bir xristian bazilikasıdır. Həm də imperiya polandriyası olaraq da tanınır. Dördüncü təpənin zirvəsindən Konstantin divarlarına 400 metr məsafədə inşa edilmişdir. Konstantinopol Osmanlı tərəfindən zəbt edildikdən sonra qısa müddət Yunan Ortodoks Patriarxlığı olaraq istifadə edilmişdir. 1461-ci ildə dağıdılmış və sonra onun yerində Fateh məscidi tikilmişdir. Əli Saim Ülgen, Halim Baki Kunter ilə hazırladığı Fatih Məscidi adlı məqaləsində məscidin kilsə üzərində inşa edilmədiyini bildirmişdir. İmperatorlara və müqəddəs şəxslərə məxsus sarkofaqlar İstanbul Arxeologiya Muzeyində saxlanılır. Antakya və Qarsda da Həvarilər Kilsəsi mövcuddur. Qarsdakı bina bu gün məscid kimi istifadə olunur.
On iki həvari
Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) — xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir. On iki həvari (apostol, yunanca səfir) — xristianlıqda İsa Məsih ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki adam təyin etdi ki, onunla bərabər olsunlar və onları təbliğ etməyə göndərsin, onların xəstələri sağaltmağa və cinləri qovmağa səlahiyyətləri olsun. İudanın satqınlığı və intiharından sonra onun yerinə püşk vasitəsilə Matfiy seçilmişdir. Həvarilər erkən xristian icmasının nüvəsi olmuş, xristianlığın yayılmasını onların fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı, həvari Pavel da olmuşdur. Əhdi Cədiddə Həvarilər Əməlləri kitabı var. İncildə sıralanan on iki həvarilər bunlardır: Andrey İoann Filipp Pyotr (Simon) Zevedey oğlu İakov Varfolomey Matfey Foma Alfey oğlu İakov Faddey Kənanlı Simon İuda İskariot İuda İskariot İsa Məsihə etdiyi xəyanətə və sonra intihar etdiyinə görə, onun yerinə İsanın şagirdi Mattiya seçildi. Həvarilərin İşləri Kitabında bu əhvalat belə təsvir olunmuşdur: Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: "Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
Həvari Yəhya
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari Yəhya bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Həvazin
Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu Səid və Bənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu Səqif və Bənu Əmir alt qəbilələrindən ibarət idi. Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi. Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Həma
Həma (ərəb. حماة‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 55.981 ailədə 162.838 nəfəri kişilər və 150.156 nəfəri qadınlar olmaqla cəmi 312.994 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Həvva
Həvva (e.ə. 3760, Ədən bağı – bilinmir) — ilk qadın, Adəm peyğəmbərin zövcəsi. == Mifologiyada mənşəyi == Həvva adının Kiş Şumer krallığında 3-cü sülalənin 1-ci kraliçası olan "Xabu"dan götürüldüyü ehtimal edilir. Het günəş ilahəsi Hepat, Yunan gənclik ilahəsi Hebe və sevgi ilahəsi Hera Həvva mifinin digər mümkün mənbələridir. Şumer mifologiyasında ilahə Ninti (qabırğa sümüyünün qadını, həyat verən qadın) Həvvanın yaradılış mifindəki "Adəmin qabırğa sümüyü" obrazının mənbəyi hesab edilir. Eva (Həvva, Həvva) ilə oxşar deyimi olan Ea, Adapa əfsanəsindəki Tövratın Həvva fiquruna bənzər şəkildə Adapanı istiqamətləndirir. Həvva Amarna məktublarında, Tunc dövründə Yerusəlimdə sitayiş edilən tanrı kimi anlaşılan hurrilərin ilahəsi Hebatla da əlaqələndirilir. Hepa het yazılarında Hepat və ya Hepatu adlanır və ona 'sidr ağacları diyarı'nda sitayiş edildiyi bildirilir. Sidr ağaclarının ölkəsi Livan, Fələstindir. Sonrakı dövrlərdə Hepatın başqa mədəniyyətlərdə meydana çıxan düşüncələri də onun "Ana" kimliyi çərçivəsində idi.
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Hava-hava raketi
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar. == Tarixi inkişaf == Bu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi.
Ekstremal hava
Ekstremal havaya gözlənilməyən, qeyri-adi, kəskin və ya qeyri-mövsümi hava daxildir.Ekstremal hadisələr tez-tez qeyd olunan hava tarixçəsinə və ən qeyri-adi on faizə əsaslandırılır. Antropogen təsirlərin yaratdığı iqlim dəyişikliyinin bəzi ekstremal hava hadisələrinin intensivliyi və periodikliyini artırdığını göstərən sübutlar var. Ekstremal hava və digər hadisələrin antropogen iqlim dəyişikliyi ilə əlaqələndirilməsinə olan inam həddən artıq yağıntılara və quraqlıq intensivliyindəki artışlara bir miqdar inam ilə birlikdə, ifrat isti və soyuq hadisələrin sıxlığında və böyüklüyündəki dəyişikliklərdə ən yüksək səviyyədədir. Ekstremal havanın təbi ekosistemlərlə yanaşaı, insan cəmiyyəti üzərində də təsirlər var. Misal üçün, qlobal sığortaçı Münix Re təbii fəlakətlərin 2015-ci ildə bir başa itkilər üzərində 90 milyard dollardan daha böyük rəqəmə çatdığını təxmin edir. == Ekstremal havanın təsirləri == Ekstremal havanın təsirlərinə daxildir: İfrat yağan yağışlar daşqınlara və torpaq sürüşmələrinə Həddən artıq istilər və yağışın olmaması, meşə yanğınlarına və quraqlığa Tornado və fırtınalar kimi güclü küləklər insan infrastrukturunun dağılmasına Həddən artıq yağan qar qar uçqunlarına səbəb olur. == Həmçinin bax == İqlim dəyişikliyi == İstinadlar == == Ədəbiyyat == National Academies of Sciences, Engineering, and Medicine. Attribution of Extreme Weather Events in the Context of Climate Change (Hesabat). Washington, DC: The National Academies Press. 2016.
Hava Baronları
Hava Baronları (ing. Air Barons) ABŞ Hərbi Donanmasına məxsus olmuş aerobatika eskadronudur. 1958–1971-ci illərdə fəaliyyət göstərmişdir. Mavi Mələklərdən sonra ABŞ Hərbi Donanmasının ikinci aerobatika komandası olmuşdur.Əvvəllər uçuşlar üçün Grumman F-9 Cougar təyyarələri istifadə olunurdu. Sonra bu təyyarələr Douglas A-4 Skyhawk ilə əvəz olundu. == Tarixi == Mavi Mələklərdən fərqli olaraq Hava Baronları bütün uçuşlar zamanı qanadları altında əlavə yanacağ çəni daşıyırdı. Hava Baronları aerobatika komandasından başqa həm də əməliyyat eskadronu idi. Aerobatika komandası mövcud olduğu müddətdə 66 rəsmi uçuş nümayişi keçirmişdir.
Hava Köçəriləri
Hava Köçəriləri — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. Od milləti tərəfdən başlayan Yüz illik müharibə başlayanda Aanqdan başqa bütün Hava Köçəriləri Od Lordu Sozin tərəfdən məhv edilmişdilər. == Görünüşü == Millətin görünüşü Tibet rahiblərinin görünüşü əsasında yaradılmışdır. Əsasən qara saçlı (kişilər rəhib ilduğuna görə keçəldilər), palıdılı gözlər, bədənlərinə (körpə yox,) uşaq yaşında bədənlərdə ox tatusu yazdırırlar. == Mədəniyyət == Hava Köçəriləri rəhibləridilər, məişəti çox asan və pasifistikdir. Onlar tamamilə vegeteriandılar (ətlərdən təkcə yumurtanı yeyirdilər). Uşaqlar aerobol kimi Hava magiyanı istifadə edə oyunlar oynayırdılar. Geyimləri əsasən sarı və palıdı rənglərdəidilər.
Hava axını
Hava gəmisi
Uçan gəmi — yerin və ya suyun səthində əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla, hava ilə qarşılıqlı təsir yolu ilə atmosferdə dəstəklənən uçan aparat. == Xüsusi çəkisinə görə uçan gəmilərin təsnifatı == Xüsusi çəkisinə görə təyyarələri şərti olaraq iki qrupa bölmək olar — havadan yüngül təyyarələr (aerostatlar) və havadan ağır olan təyyarələr (aerodinlər). İkisinin fərqi ondan ibarətdir ki, havadan daha yüngül olan təyyarələr, havadan daha ağır olan təyyarələrdən fərqli olaraq əlavə elektrik stansiyasının köməyi olmadan müstəqil şəkildə havaya qalxa bilirlər. Bu təsnifat rəsmi deyil və mümkün və tez-tez istifadə olunanlardan biri kimi verilir. Havadan yüngül olan təyyarələr, Arximed qanununa əsaslanaraq, havaya qalxmaq üçün aerostatik qüvvələrdən istifadə etmələri ilə fərqlənirlər ki, bu qanuna əsasən, daha az sıxlığa malik olan cisim daha yüksək sıxlıqlı mühitdə üzməyə başlayana qədər üzəcək. Atmosferin sıxlığı yer səthindən uzaqlaşdıqca azaldığından belə bir təyyarənin qalxması da qalxdıqca azalır.
Hava kütlələri
Hava kütlələri — fiziki xassələrinə görə aşağıdakı coğrafi tiplərə ayrılır: == Hava kütlələrinin növləri == Ekvatorial hava (Eh)ekvatorial qurşaq üzərində formalaşaraq,yüksək temperatur və çox rütubətliliyi ilə səciyyələnir.Ekvatorial qurşaqda quru səthinin ifrat rütubətli olması ilə əlaqədar,həm okean,həm də quru üzərində formalaşan Eh eyni fiziki xassəyə malik olur.Buna görə də ekvatorial hava kütləsi dəniz və kontinaental növlərə bölünmür.Eh hakim olan ərazilərdə bol,leysan tipli yağıntılar baş verir. Tropik hava (Th) dəniz(DTh)və kontinental tropik hava(Kth)yarım tiplərinə bölünür.Dəniz tropik havası (DTh)tropik və subtropik qurşaqların okean səthləri üzərində-Azor və Havay maksimumlarında əmələ gələrək,yüksək temperaturu və rütubət tutumu,lakin alçaq nisbi rütubətliyi ilə səciyyələnir. Kontinental tropik hava (KTh) kütlələri tropik enliklərin quru səthləri üzərində,xüsusilə tropik barik maksimumlarında-Böyük Səhra,Ərəbistan,Tar,Kalaxari üzərində,yayda isə subtropiklərdə və mülayim qurşağın cənubunda(şm.yarımkürəsində)-Şimali Çində,Qazaxıstanda,Orta Asiyada,Kolarado yaylası üzərində əmələ gəlir.Yüksək temperaturu,qururluğu və tozluluğu ilə başqa hava kütlələrindən fərqlənir.Tropik hava kütlələri passatların tərkibində ekvatora,yayda isə mülayim enliklərə,o cümlədən Azərbaycan ərazisinə daxil olur. Mülayim enliklər havası (Mh) dəniz(DMh) və kontinental(Kmh) yarım tiplərinə bölünür. Dəniz mülayim enlikləri havası (DMh)hər iki yarımkürənin mülayim qurşaqların okean səthi üzərində formalaşır.Qışda materik üzərinə gəldikdə şaxtaları yumşaldır,qara,bəzən dumanlı yağışlı tutqun havalara səbəb olur.Yayda bu hava kütləsi istiliyi azaldır,rütubətliyi artırır,özü ilə bəzən gur yağışlar gətirir.DMh,adətən,qərb küləkləri və siklonlar sistemində hərəkət edərək,materiklər üzərinə gəlir. Kontinental mülayim enliklər havası (KMh)ancaq şimal yarımkürəsinin quru səthi üzərində öz səciyyəvi xassəsini alaraq,qışda çox soyuq,quru,şaxtalı və açıq şəffaf olur.Sibirdə bu hava qışda Arktika havasından da soyuq olduğundan,Sibirin bəzi rayonlarında havanın temperaturu -70 °C-dək aşağı düşür.Yayda geniş quru səthi üzərində formalaşan KMh bərk qızır,qalxan hava cərəyanları əmələ gətirərək,leysan yağışların yağmasına və hətta tufanların baş verməsinə səbəb olur.Azərbaycan ərazisində iqlimin formalaşmasında mülayim enliklər hava kütlələrinin hər iki yarım tipinin (KMh və DMh)rolu olduqca böyükdür.Belə ki,yayda respublika ərazisinə daxil olan hava kütlələrinin 50%-dən çoxunu Mh tipi təşkil edir. Arktik hava kütlələri (Ah) kontinental Arktika havası(KAh) və dəniz Arktika havası (DAh) yarımtiplərinə bölünür. Kontinental Arktika havası (KAh) Arktikanın buz səthi üzərində,qışda isə həm də Taymır,Kolıma hövzəsi,Çukot və Şimali Kanada üzərində yaranır.Alçaq temperaturu,az rütubətliliyi və yüksək şəffaflığı ilə xarakterizə olunur.KAh-nin mülayim enliklərə daxil olması qışda kəskin şaxtaların,yazda və payızda isə ayazların yaranmasına səbəb olur.Cənub yarımkürəsində KAh-nin analoqu Antraktidanın buz örüyü üzərində formalaşan,lakin daha kəskin şaxtalı,küləkli Antarktika hava kütləsidir.(KAh). Dəniz Arktika havası (DAh)Avropa Arktikasında okeanın buzlardan azad olan hissəsi üzərində əmələ gəldiyindən KAh-a nisbətən rütubətli və temperaturu bir qədər yüksək olur.Qışda DAh-ın materikin üzərinə hərəkət etməsi qısamüddətli istiləşməyə səbəb ola bilər.Azərbaycan ərazisinə bu hava kütlələrinin daxil olması temperaturun kəskin aşağı düşməsinə,buludluluğun artmasın və cəbhə boyu yağıntı düşməsinə gətirib çıxardır.Cənub yarımkürəsində Antarktika hava kütləsinin (Ah)dəniz yarımtipi yoxdur.
Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır. == Tipləri == Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar: Ekvatorial hava kütləsi Tropik hava kütləsi Mülayim enlik (və ya qütb) hava kütləsi Arktik və ya Antarktik hava kütləsi Rütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər. Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi) Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi) Stabilliyinə hava kütləsinin adlandırılması: İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir. Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur. Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
Hava limanı
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. == Azərbaycanda == Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Hava miqrantları
Hava müalicəsi
Aeroterapiya (q.yun. ἀέριος – "hava" + θεραπεία – "müalicə") və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal.
Hava nəqliyyatı
Hava nəqliyyatı-Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. == Tarixi == Hava nəqliyyatı - Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Aviasiya vasitəsilə sərnişinlərin və yüklərin daşınmasına yalnız I Dünya müharibəsindən sonra başlanmışdır. Əgər 1937-ci ildə dünyada hava nəqliyyatı ilə 4 mln. nəfər səmişin daşınmışsa, XXI əsrin əwələrində bu göstərici 2,2 mlrd. nəfər təşkil etmişdir. == Ümumi məlumat == Sərnişinlərin və xüsusi dəyərli yüklərin lazım olan məntəqəyə qısa müddətə çatdırılması hava nəqliyyatının üstün cəhətlərini müəyyən edir. İstifadə edilən təyyarələrin fərqli texniki xüsusiyyətləri hava məkanında müxtəlif hündürlüklərdə hava xətləri şəbəkəsinin yaradılmasına imkan vermişdir. Müasir dövrdə belə hava xətləri şəbəkəsinin ümumi uzunluğu 10 mln. km təşkil edir.
Hava proqnozu
Hava proqnozu– İri miqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir. Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən ərazi (vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir. Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan təhlükəli hava hadisələri (siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s.) də xüsusi hava proqnozularına daxildir. Hava proqnozu sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunur. == Çoxillik hava proqnozları == 48 saatdan artıq müddətə tərtib edilən proqnozlara uzunmüddətli proqnozlar deyilir. Praktiki olaraq 3 gündən bir neçə ay müddətinə qədər tərtib edilən proqnozlar bura aid edilir. Bəzən atmosfer sirkulyasiyasının ümumi xüsusiyyətlərini və hava şəraitinin bir il, bir neçə il və yaxud bir- neçə onilliklər qabaqcadan müəyyənləşdirməyə cəhd edilir. Belə proqnozlar daha uzunmüddətli və yaxud ultrauzunmüddətli proqnozlar adlanır.
Hava rejimi
Hava sinifləri
Kompleks iqlimşünaslığın bir tədqiqat üsulu kimi bütün dünyada mövcud olan müxtəlif hava şəraiti 16 hava sinifinə bölünür . Bu siniflərə tropiklər və ya səhralarda müşahidə olunan kəskin istilərdən tutmuş Antarktidanın dözülməz şaxtalarınadək bütün havalar daxildir. Hava siniflərinə aşağıdakılar aid edilir: Günəşli çox isti və çox quru hava (I hava sinifi) — yüksək termik şəraiti, quraqlığı, aydın və ya azbuludlu vəziyyəti ilə səciyyələnir. Günəşli isti və quru hava (II hava sinifi) — düzənlik ərazilərin yay mövsümü üçün səciyyəvidir, dağlarda yüksəklik artdıqca tədricən yox olur. Azbuludlu hava (III hava sinifi) — dənizsahili ərazilərdə ən çox yaz, payız və qış aylarında, dağlarda isə yayda müşahidə olunur. Gündüz buludlu hava (IV hava sinifi) — III hava sinifindən az fərqlənməklə bütün il boyu müşahidə edilir. Gecə buludlu hava (V hava sinifi) — isə ən çox Böyük Qafqazın cənub ətəkləri üçün səciyyəvidir. Tutqun (VI hava sinifi) və yağışlı (VII hava sinifi) havalar — yay aylarında düzənlik ərazilərdə seyrək hallarda qeyd edilsə də, dağlarda daha çox müşahidə olunur. Çox isti və çox rütubətli hava (XVI hava sinifi) — sahilboyu sahil zonasında müşahidə olunur. Temperaturu 0°-dən keçən gündüz buludlu (VIII hava sinifi) və temperaturu 0°-dən keçən gündüz aydın (IX hava sinifi) havalar — düzən və dənizsahili ərazilərində daha çox qış aylarında, yüksək dağlıq zonada isə yaz və payız aylarında müşahidə olunur.
Hava sürəti
Hava sürəti, havadakı istənilən aviavasitənin sürəti. Aviasiyada fərqli məqsədlər üçün istifadə olunan bir çox fərqli hava sürəti olduğundan hava sürətinə ümumi bir tərif vermək düzgün olmazdı. Hava sürəti termini ilə əsasən aviavasitənin əsas sürət saatından oxunan və təyyarənin ətrafındakı hava kütləsinə görə, nisbi sürəti verən alət hava sürəti və ya göstərilmiş hava sürəti (göstərici sürət) nəzərdə tutulur.
Hava xətti
Aviatrassa, aviasiya xətti və ya hava xətti — nəqliyyat təyyarələrinin müntəzəm uçması üçün təsdiq olunmuş marşrut. Aviatrassa təyyarələrin təhlükəsiz qalxıb-enməsi üçün aerodromlar və zəruri yerüstü avadanlıq (aviamayak, tanınma nişanları və s.) ilə təchiz edilir. Rusiyada ilk aviatrassa 15 iyul 1923-cü ildə Moskva ilə Nijni Novqorod arasında açılmışdır, uzunluğu 420 kilometr olmuşdur. 1975-ci ildə SSRİ hava xətlərinin ümumi uzunluğu 800 min kilometrdən çox olmuşdur. 1975-ci ildə SSRİ ilə 70-dən ölkənin paytaxt və ya iri şəhəri arasında hava rabitələri var idi. 1970-ci illərdə Azərbaycanda 20-dən artıq aviatrassa var idi. Məsələn, Bakı–Gəncə–Naxçıvan, Bakı–Xankəndi, Bakı–Şəki–Balakən, Bakı–Ağdam, Bakı–Yevlax, Bakı–Lənkəran və s. == İstinadlar == == Xarici keçidlər == FAA Order JO 7400.2L, Procedures for Handling Airspace Matters, effective 2017-10-12 (with changes), accessed 2017-12-04 FAA Aeronautical Information Manual, Chapter 1 Cold War Berlin air corridor disagreement.
Hava şarı
Hava şarı və ya aerostat — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi. == Tarixi == Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur. İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu. Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.
Həma mühafazası
Həma mühafəzası — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 8.883 km², inzibati mərkəzi Həma şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.938 milyon nəfərdir .
Həma mühafazlığı
Həma mühafəzası — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 8.883 km², inzibati mərkəzi Həma şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.938 milyon nəfərdir .
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Heba
Heba (q.yun. Ἥβη q.yun. Ἥβη Ἥβη və Hebe) — in Yunan mifologiyası gənclik ilahəsi, Zevs və Heranın qızı. Heba Olimpdə tanrıların ruhanisi olaraq xidmət etmiş, daha sonra isə Hanimed onu əvəz etmişdir . Herakl ölümsüzlüyü əldə etdikdən sonra Hera ilə barışıq əlaməti olaraq ona ərə verilir. . Hera Heraklə övladlığa götürür və Hebanı ona ərə verir . Heba və Heraklın evliliyinin sübutu olan təsvir Mycenae yaxınlığındakı Gereionda yerləşirdi . Alexiaz və Aniket övladları idi. . Sərv gənc ilahənin müqəddəs ağacı hesab olunurdu. Heba məbədinə daxil olan qul azadlıq əldə edirdi. .
Heca
Heca — tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissələrinə deyilir. Sözlər bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona görə də sözdə neçə sait hərf varsa, bir o qədər də heca olur. Söz ortasında işlənən qoşa samitlərdən biri əvvələ, ikinci samit isə sonrakı hecaya düşür. Samit səs özündən sonra gələn sait səsin yaratdığı hecaya tabe olur.Elə sözlərdə var ki,tək hecalı olur və hecada sadəcə sait olur. Məsələn:a-ləm,ə-lək və s. Üç samitin yanaşı işləndiyi sözlərdə daha çox ilk iki samit əvvəlki saitə, üçüncü samit isə sonrakı saitə tabe olur. Məsələn: gənc-lik, xalq-lar və s. Sözün hecaya bölünməsi həmin sözün yazılışı üzrə aparılır.
Hera
Hera (q.yun. Ἥρα) – Yunan mifologiyasında ilahə. Evlilik və doğum ilahəsidir. Atributları inək, zanbaq, tovuz quşudur. Hera Kronun qızı, baş tanrı Zevsin bacısı və həm də arvadıdır. Samos adasında, İmbrasa çayının sahilindəki söyüd ağacının altında dünyaya gəlmişdir. Onun başındakı diademlə (tacla) təsvir edilməsi onun baş ilahə olmasına işarədir. == Zevs və Hera == Zevs Hera hələ gənc qız ikən ona vurulmuş və onun kölnünü almaq məqsədilə Hera tənha dağa çıxarkən, tufan qopararaq kukuk quşu cildinə girərək, titrəyərək qorunmaq məqsədilə onun dizlərinə dolaşır. İlahə Hera ona rəhm edərək paltarının ətəyi ilə qoruyarkən, Zevs Heraya qovuşmaq üçün əsil cildinə dönür. Əvvəlcə anası Reyin qınağından qorxaraq Hera Zevsdən çəkinir, lakin Zevs ona evlənmək təklifi etdikdən sonra razılaşır.
Heyva
Heyva (lat. Cydonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təsviri == Kiçik ağac və ya koldur, hündürlüyü 1,5-5 m-dir. Yarpaqları yumurtavari-oval və ya oval, tam kənarlı, üst tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm uzunluğunda, (2) 3-5 (11) sm enində, qısa saplaqlıdır. Kasayarpaqları oval, sıx tükcüklüdür. Çiçəkləri iri, tək, diametri 5 sm-ə qədərdir. Ləçəkləri çəhrayı, və ya demək olar ki, ağ rəngli, tərsyumurtavari, uzunluğu 2-3 sm-dir. Yetişməmiş meyvələri sıx keçə tükcüklü, yetişmiş meyvələr çılpaq, sarı rəngli, ətirli, armudvari və ya yumurtavari-şarvaridir. == Tarixi == Meyvə onu "supurgillu" adlandıran akkadlılara məlum idi. Heyva almanın yetişmədiyi Mesopotamiya düzənliyində çiçəkləyir, Aralıq dənizi ətrafında qədim dövrlərdən becərilirdi.
Neva
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
HESA Azarakhsh
HESA Azarakhsh (fars. آذرخش‎ Âzarakhš, "Şimşək") İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən istehsal edildiyi bildirilən reaktiv təyyarə. Əsasən ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcılarının modernləşdirilmiş və yenidən adlandırılmış olan versiyası kimi qəbul edilir. İranın rəsmi nümayəndələri isə bu təyyarənin ölkədə istehsal edilmiş olan ilk yerli təyyarə olduğunu iddia edirlər. Azarakhsh İsfahanda İran Silahlı Qüvvələri, İran Müdafiə Nazirliyi və İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən yaradılmışdır. == İnkişafı == 1997-ci ildə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini postunu tutan iranlı briqadir Arasteh, İranın ilk təyyarəsini uğurla konstruksiya etdiyini, inşa etdiyini və test etdiyini bildirmişdir. 1997-ci ilin sonlarında isə İranın təyyarənin kütləvi şəkildə istehsalına başlaması haqqında xəbərlər yayılmışdır və 2000-ci ilin ortalarına kimi dörd təyyarənin operativ testlərdə iştirak etdiyi, istehsalın isə ildə təxmini olaraq on təyyarə olacağı bildirilmişdir. 17 may 2000-ci ildə İran HHQ komandiri Azarakhsh reaktiv qırıcılarının artıq kütləvi istehsal mərhələsinə çatdığını bildirmişdir. 5 avqust 2007-ci ildə Azarakhsh uğurlu bir test uçuşunu reallaşdırmağı bacarmışdır. 6 avqust 2007-ci ildə Müdafiə Nazirliyindən Mostafa Mohammad-Najjar, "Azarakhsh indi sənaye istehsalı mərhələsindədir və tezliklə kütləvi istehsalına başlanılacaqdır" dedi.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
HESA Saeqeh
HESA Saeqeh (fars. : صاعق‎ azərb. : “ildırım”‎), həmçinin Sa'eqeh; Saegheh, və ya Saeqeh-80, adı ilə də tanınır. ABŞ istehsalı olan təkoturacaqlı Northrop F-5 reaktiv qırıcı hərbi təyyarəsinin İran versiyasıdır. Təyyarə İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və İran Müdafiə Nazirliyinin ortaq məhsulu olub, HESA Azarakhsh qırıcısının ikinci nəsilidir. Saeqeh 20 sentyabr 2007-ci ildə İranda uğurla sınaqdan keçirilmişdir. == İnkişaf == Reaktiv təyyarənin ilk prototipinin sınaq uçuşunun görüntüləri 2004-cü ilin iyul ayında nümayiş etdirilmişdir. İran İslam Respublikasının Xəbərlər Şəbəkəsində verilmiş bir məlumatın mərkəzi Vaşinqton şəhərində yerləşən Yaxın Şərq üzrə Media Tədqiqatları Mərkəzinin etdiyi tərcüməyə görə, Saeqeh 6 sentyabr 2006-cı ildə İranda təşkil edilmiş olan “Zülfüqarın zərbəsi” adlı hərbi xarakterli oyunlarda iştirak edərkən fəaliyyətə başlamışdır. 19 avqust 2006-cı ildə başlayan bu təlimdə, yeni qırıcı “virtual düşmən hədəflərini bombalama missiyası” və “saxta bombalama missiyası” olaraq xarakterizə edilən vəzifələri həyata keçirmişdir. Daha əvvəl nümayiş etdirilənlərdən fərqli görünən iki prototip 20 sentyabr 2007-ci ildə Tehranın Mehrabad hava limanında uçuş keçirmişdir.
HESA Əbabil
İranın HESA şirkətinin istehsal etdiyi "Ababil" PUA-ları tək mühərrikli çoxməqsədli taktiki pilotsuz uçuş aparatıdır. "Ababil" PUA-ları əsasən "Ababil-2" və "Ababil-3" versiyalarında istehsal edilir. "Ababil-2"-nin özü isə bir neçə variantda buraxılır. Bu PUA-lar uzunmənzilli və aşağı texnologiyaya malik pilotsuz vasitə sayılır. . "Ababil" proqramı İran-İraq müharibəsi zamanı başlayıb. 1990-cı illərdə inkişaf etdirilən "Ababil-2" adi müşahidə imkanlarına malikdir və yüngül döyüş sursatı kimi də tətbiq edilə bilər, lakin daha çox HHM sistemləri üçün pilotsuz hədəf olaraq istifadə olunur. 2000-ci illərdə təqdim edilən daha böyük və daha geniş qabiliyyətli "Ababil-3" kəşfiyyat və müşahidə məqsədilə hazırlanıb və bunun üçün imkanlarını da inkişaf etdirib. Ümumilikdə, "Ababil" olduqca sadə, ucuz və istifadəsi asan bir sistemdir. "Ababil-2" və "Ababil-3" Orta Şərq və digər ölkələrin hökumət qüvvələrinə və qeyri-dövlət iştirakçılarına geniş şəkildə ixrac edilib.
Hela (komiks)
Hela – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li və Cek Körbidir. Hela Asqardda Ölüm ilahəsi kimi tanınır. Personaj German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Komikslərin Gümüş dövründə debüt edən Hela ilk dəfə "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) görünmüşdür. Hela personajı Marvel Kinematoqrafiya Kainatında Keyt Blanşett tərəfindən canlandırılmışdır: "Tor: Raqnarök" (2017). == Nəşrolunma tarixi == Hela personajı German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Yaradıcıları Sten Li və Cek Körbidir. "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) debüt etmişdir. == Bioqrafiya == Hela buz nəhənglərinin ölkəsi olan Yotunhaymda Anqrboda və Lokinin qızı kimi anadan olur (buradakı Loki Torun qardaşı olan Loki deyil, onun başqa bir reinkarnasiyasıdır).
Hema Malini
Hema Malini (ing. Hema Malini, tam. ஹேமமாலினி, hind. हेमा मालिनी; 16 oktyabr 1948) — Hind aktrisası, rejissor və prodüseri. == Həyatı == Hema Malini 16 oktyabr 1948-ci ildə Mədrəsdə doğulub. Öyrədilmiş Bharat Natyam rəqqası, 1968-ci ildə Rac Kapurun "Sapnon Ka Saudagarı" ilə film ilə debüt edib. Aktrisa Zita və Gita filmində əkiz bacıları oynadığına görə "Ən yaxşı aktrisa mükafatını" aldı. Hema Malini Hindistan kinosuna töhfəsinə görə 1999-cu ildə Padma Bhushan Mükafatı ilə təltif edildi. Hal-hazırda isə Dharmendra ilə evlidir və iki qızı var.
Hera Hjartardóttir
Hera Hjartardóttir (isl. Hera Hjartardóttir) — İslandiya əsilli Yeni Zelandiya müğənnisi və bəstəkarı. == İstinadlar == == Diskoqrafiya == === Studio albomları === Homemade (1999) Not So Sweet (2001) Not Your Type!
Hera oyunları
Hera oyunları və ya Herayi (q.yun. Ηραία) — Hera ilahəsinin şərəfinə keçirilən qədim yunan bayramı və qızlar arasında qaçış yarışması. Olimpiya oyunlarından bir ay sonra, hər 4 ildən bir keçirilirdi.
Heyva dolması
Heyva dolması - Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti - 108q heyva - 400q, ərimiş yağ - 25q, şabalıd - 25q, şüyüd - 12q, şəkər - 5q, duz. == Hazırlanma qaydası == Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır.
Heyva parabüzəni
Heyva parabüzəni (lat. Epilachna chrysomelima Fabr.) — Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır == Biologiyası == Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır, böcəklər adətən may ayının ikinci yarısından başlayaraq oktyabr ayının sonuna qədər aktiv fəaliyyətdə olur. Uzunluğu 3-4 mm, üzərində sarı fonda 22-24 qara ləkələri var. İl ərzində iki nəsil verir. Kütləvi surətdə iyulun ortalarından sentyabr ayının sonuna qədər müşahidə olunur, sonra tədricən say dinamikası aşağı düşür. Yağıntıların başlaması ilə əlaqədar olaraq, tədricən qış sığınacaqlarına çəkilirlər. Qışlama dövrünü də qidalandıqları sahələrdə quru ot və xəzəllərin altında, bəzən də, bükülmüş xəzəllərin içərisində keçirirlər. Ümumiyyətlə, rütubətli sahələrə meyillidirlər.
Heyva povidlosu
Heyva povidlosu - heyva püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Heyva sukatı
Heyva sukatı - Heyva dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə heyva, şəkər tozu, vanil daxildir. Heyva sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.