Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Pircahan
Pircahan — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. Qədim pir olan yerdə salındığına görə Pircahan adlandırılmışdır. Bu ərazidə XI əsrə aid "Gavur qalası" adlanan tarixi abidə var. Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pircahançay üzərindəki Məşədi Mehralı tağbənd körpüsü kəndin 4–5 km-də yerləşir, Həkəri çayının yuxarı hövzəsindədir. Pircahanlı Behbudalıyev Məşədi Mehralı Məşədi Mərdan oğlu bu körpünü öz şəxsi vəsaiti hesabına tikdirmişdir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmiş, Pircahan kəndi isə qəza mərkəzi elan edilmişdir. Sonradan Abdallar kəndinə köçürülmüşdür. Kürdüstan qəzası ləğv edildikdən sonra Pircahan Laçın rayonunun tərkibinə daxil edilmişdir. Pircahan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndin əhalisi daha sonra kəndi tərk etmək məcburiyyətində qalmış, bura etnik ermənilər köçürülmüşdür.
Piran
Gəzgəsək (Piran)
Gəzgəsək (fars. گزگسك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı, Piran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 915 nəfər yaşayır (155 ailə).
Piran eli
Piran eli (kürd. پیران) — Kürd ellərindəndir ki İran (Qərbi Azərbaycan) və İraqda yaşayırlar. Piranlar kürd dilinin soran ləhcəsində danışırlar və sünni müsəlmandırlar. Piran eli, Məməş və Məngur elləri ilə birlikdə böyük Balbas elini təşkil edirlər, Balbas eli Qərbi Azərbaycana köçmədən öncə Ərbilin şərqində yaşayırdı Piran eli ki İraqda sakinidirlər, 14-cü (Hicri şəmsi) əsrdən başlayaraq İrana köçüblər və Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanında sakinləşiblər.
Piran qrupu
Piran qrupu- altıtaqımlı birheteroatomlu tsiklik birləşmələrinin azot və oksigen heteroatomlu ən sadə nümayəndələridir. Piranlar sərbəst halda məlum deyildir. α-piran (2H-piran;) və γ-piran (4H-piran,). α-piran törəmələri üçün sis –dienonlarla tez və dönən tarazlıq xarakterikdir: γ-piran rəngsiz mayedir. Etanolda, dietil efirində , benzolda yaxşı həll olur. Davamsızdır. Otaq temperaturunda hava təsiri ilə parçalanır. α-piranların törəmələri maqnezium üzvi birləşmələrlə α-piranların qarşılıqlı təsirindən alınır. γ-piran 350oC-də 2-asetoksi-3.4-dihidropirandan pirolizlə alınır. Eləcə də qatı HCl mühitində aldehidin tsiklik hidratlaşması ilə alınır.
Piran (Azərbaycan)
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
Piran körfəzi
Piran (sloven. Piranski zaliv xorv. Piranski zaljev və ya xorv. Savudrijska vala, it. Baia di Pirano) — Adriatik dənizinin şimalında körfəz. Piran körfəzi həm də Triest körfəzinin cənub hissəsi hesab olunur. Körfəz Sloveniyanın Piran şəhərinin adını daşıyır. Körfəz sahilləri Xorvatiya və Sloveniyaya məxsudur. Sahəsi 19 km² olan körfəz cənubdan Savudri, şimaldan isə Madonı burunularını birləşdirən xətt ilə Triest körfəzindən ayrılır. 1990-cı ildən Xorvatiyada körfəz Savudriya adlanır.
Mirzə Sadıq Piran
Mirzə Sadıq İmanxan oğlu Piran 1822, Şuşa – 1893, Şuşa — şair, xanəndə. Mirzə Sadıq İmanxan oğlu 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Dizaq mahalının Rəfəddinli kəndindəndir. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Gözəl səsi vardı. Arabir toylarda oxuyurdu. Mirzə Sadıq 1893-cü ildə vəfat edib. Mirzə Sadıq şair idi.
Qışlaq (Piran, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Qışlaq kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Piran kəndi mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Bədinabad-i Piran (Piranşəhr)
Bədinabad-i Piran (fars. بادين ابادپيران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (84 ailə).
The Pirate Bay
The Pirate Bay (bəzən TPB kimi qısaldılır) — əyləncə mediası və proqram təminatının onlayn rəqəmsal məzmun indeksidir. 2003-cü ildə İsveçin Piratbyrån araşdırma mərkəzi tərəfindən qurulan Pirate Bay ziyarətçilərə BitTorrent protokolu istifadəçiləri arasında peer-to-peer fayl mübadiləsini asanlaşdıran maqnit bağlantıları və torrent faylları arasında axtarma, endirmə və töhfə vermə imkanları yaradır. Pirate Bay fayl paylaşımı, müəllif hüquqları və vətəndaş azadlıqlarının hüquqi aspektləri ilə bağlı mübahisələrə səbəb oldu və müəyyən edilmiş əqli mülkiyyət qanunlarına qarşı siyasi təşəbbüslər platformasına və müəllif hüquqları əleyhinə hərəkatın mərkəzi fiquruna çevrildi. Veb sayt fəaliyyətini davam etdirmək üçün bir sıra yeni veb ünvanlarına keçərək bir neçə dəfə bağlanma və domenlərin müsadirə olunması halları ilə üzləşdi. 2009-cu ilin aprelində saytın təsisçiləri (Piter Sunde, Fredrik Neyc və Qotfrid Svartholm) İsveçdə Pirate Bay işində müəllif hüquqlarının pozulmasına kömək etməkdə təqsirli bilinərək bir il həbs və cərimə cəzasına məhkum edildilər. Bəzi ölkələrdə internet provayderlərinə (ISP) vebsayta girişi bloklamaq tapşırılıb. Daha sonra proksi saytlar vasitəsi ilə bu saytla giriş əldə olundu. Təsisçilər Svartholm, Neyc və Sunde qısamüddətli cəza çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxıldı.
Age of Pirates: Captain Blood
Age of Pirates: Captain Blood (azərb. Quldurlar Dövrü: Kapitan Qanı‎) — "THQ" tərəfindən hazırlanan, "MTV Games" tərəfindən nəşr edilən və döyüş-macəra janrında olan ləğv edilmiş videooyunu. Oyun Rafael Sabatininin "Kapitan Bladanın odisseyası" romanına əsaslanmışdı. Oyunçu bir 1685-ci ildə Amerikanın İspaniya sahillərində yaşamış bir gəmi kapitanını idarə edəcəkdi. == Geympley == "Captain Blood" dəniz qulduru-mövzulu missiya-əsaslı strukturu olan bir hack and slash döyüş oyunu olacaqdı. Oyunçular həm quruda, həm də dənizdə çoxlu düşmənlərlə, gəmilərlə döyüşəcəkdi. Oyunda əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj etmək xüsusiyyəti olacaqdı. Oyunçular düşmənləri məğlub edərək xüsusi ballar toplaya, bu ballarla yeni silahlar və döyüş yolları əldə edə biləcəkdi. Oyun 2006-cı ildə orijinal Xbox konsolu üçün satışa çıxarılacaqdı, ancaq 2005-ci ildə 7-ci nəsil videooyun konsolları üçün hazırlanmağa başlandı.
Pirates of the Caribbean: Armada of the Damned
Pirates of the Caribbean: Armada of the Damned (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası‎) — "Propaganda Games" tərəfindən hazırlanan və "Disney Interactive Studios" tərəfindən nəşr olunan ləğv edilmiş döyüş-macəra rol videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun "Karib dənizinin quldurları" film franşizası əsaslı ilk açıq-dünya videooyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur. "Qara mirvarinin lənəti" filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol videooyunu elementlərinə sahib idi. "2009 Electronic Entertainment Expo"da elan olunmasından sonra oyun jurnalistlərdən müsbət rəylər almışdır. "IGN" işçisi Demon Hetfild oyunun "ümidverən bir ekşen rol oyunu olacağını" düşünürdü, "GamesRadar" isə oyunun geympleyini "Assassin's Creed" ilə müqayisə edərək tərifləmişdir.