Əkin anaqllis
Hündürlüyü 6–20 (30) sm, gövdəsi çoxsaylı budaqlanan, əyilib qalxan və ya uzanmış şəkildə, dördtilli olan birillik çılpaq ot bitkisidir.
== Yarpaq ==
Yarpaqları qarşı-qarşıya düzülmüşdür, oturaqdır, yumurtaşəkilli, uzunsovyumurtaşəkilli, kütdür, açıq-yaşıl rəngdədir.
== Çiçək ==
Çiçəkləri təkdir, qoltuq çiçəkləridir, uzunluğuna görə yarpağa bərabər və ya ondan 1,5–2 dəfə uzun olan saplaq üzərindədir. Tac narıncı və ya kərpici-qırmızı rəngdədir, çarxşəkillidir, beş bölümlüdür;dilimləri oval-yumurtaşəkillidir, kütdür, kənarları nazik vəzili-kirpiklidir.
== Meyvə ==
Qutucuq şarşəkilli, çoxtoxumludur, eninə çatlayandır. Toxumları xırda, yumurtaşəkilli, künclü, xırda qabarıq-nöqtəli, tünd-qəhvəyi, demək olar ki, qaradır, uzunluğu 1–1,3 mm-dir.
== Çiçəkləməsi ==
Aprel
== Meyvə verməsi ==
Aprel-Avqust
== Azərbaycanda yayılması ==
Samur-Şabran oval., Abşeron, Qobustan, Alazan-Əyriçay, BQ qərb, Lənk. oval., Lənk.-Muğ., Kür-Araz oval., Kür düz., Nax. düz., KQ cənub. Orta dağ qurşağına qədər.