Ülviyyə Əlili
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası.
Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir.
2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır.
Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir.
İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir.
Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə)
Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli)
Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli)
Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev)
Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov)
Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov)
İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət)
Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər)
Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin)
Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar)
Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev)
Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə)
İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva)
Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli)
Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov)
Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.