ƏRAF

cənnətlə cəhənnəm arasında olan bir yerdir (Quran, 7: 46-47). O yer insanların axirətdə öz aqibətlərinin necə olacağını gözləyəcəyi bir məkandır. Onların dünyadakı yaxşı işlərinin çəkisi, pis işlərinə bərabər olacaqdır. Buna görə də onlar, cənnət və cəhənnəm arasında Allahın onlara qarşı rəhmli olmalarını gözləməli olacaqlar. Bu kimsələr cənnətdə olanlara salam deyib, onların sıralarında olmaq istəyəcəklər. Bundan başqa onlar cəhənnəm əzablarını görərək Allahın onları bağışlamalarını diləyəcəklər. Sonda Allah onları bağışlayıb cənnətə daxil edəcəyi güman edilir.
ƏNSARLAR
ƏRƏFAT
OBASTAN VİKİ
Əraf
7-ci surə
Əraf surəsi
7-ci surə
Əlirza Ərafi
Ayətillah Əlirza Ərafi (fars. علیرضا اعرافی‎; ) — İslam alimi, müctəhid. Əlirza Ərafi Yəzd vilayətinin Maybod şəhərində anadan olub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub. İran İnqilabından illər əvvəl o, İranda cümə namazı qılır və silahla moizə oxuyurdu. Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olmuşdur. Ayətullah Ərafi: Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır Nüfuzlu din xadimi Ayətullah Əlirza Ərafi 07.10.2020 tarixində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Dağlıq Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib.

Digər lüğətlərdə