ƏSASLANDIRMAQ

f.
1. Təməlini atmaq, bünövrəsini (özülünü) qoymaq, möhkəm təməl üzərində qurmaq.
2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirmək, təsdiqləndirmək, inandırıcı sübutlar, dəlillər göstərmək (gətirmək). Müddəalarını nəzəri dəlillərlə əsaslandırmaq. Öz görüşlərini əsaslandırmaq.
– …Dikbığ Dadaş Lələşov öz sözünü əsaslandırmağa çalışdı. S.Rəhimov.
[Cuma] lazım gələrsə, qatardan qalmasını əsaslandırmağa inandırıcı bəhanə də hazırlamışdı. Ə.Əbülhəsən.

ƏSASLANDIRMA
ƏSASLANMA

Значение слова в других словарях