ƏYYAŞ

ƏYYAŞ (vaxtını eyş-işrətlə, sərxoşluqla keçirən adam) [Nailə:] Hələ əmmamədə qumarbazlar, əyyaşlar barəsində də tədbirlər nəzərdə tutulur (A.Şaiq); BADƏPƏRƏST (köhn.) Aydın: Nə gördü badədə bilməm ki, oldu badəpərəst; Ləbin gülabına mötad gördüyün könlüm... (C.Cabbarlı); XƏRABATİ (arx.) Şikəstə Abbasam xərabatiyəm; Könül, heç görmədim abadan səni (“Abbas və Gülgəz”); İÇKİ/ARAQ DÜŞKÜNÜ Sən əməlli-başlı bir adam içki düşkününə çevrilə bilərsən (C.Bağır); İÇKİÇİ Böyük, uzun məclislər qurmaq, gədə-güdənin şit-şor danışıqları, möhtəris içkiçilər yaxın gəlməsin (B.Bayramov); İÇKİPƏRƏST Xalıqov özü o qədər də içkipərəst deyildi... (B.Bayramov); MEYPƏRƏST (köhn.) Vahid, deyirlər təzədən meypərəst olub; Xəlqə nişan verim özüm, aya, nələr kimi? (Ə.Vahid); ŞƏRAB DÜŞKÜNÜ Nə qədər şərab düşkünü orada-burada sülənir (H.Abbaszadə); ŞƏRABXOR ...bu ehtiraslı şərabxor, xanıma bağlanmışdır (S.Rəhimov); ALKOQOLİK, ALKOQOLÇU, BADƏNUŞ (köhn.)

ƏYYARLIQ
ƏYYAŞLIQ

Значение слова в других словарях

бумера́нг маркси́ст носи́лки просва́тываться ско́бка судострои́тельный убикви́ст улеле́ять чужеро́дный длиннофо́кусный каким о́бразом? подтопи́ть поту́питься сажённый af- beta body English crandall darkly erectopatent fireback spirit of hartshorn Passion-tide накрывать шагать