Ağ qovaq
Ağ qovaq — Təbii halda Şimali Afrika, Avropa, Asiyada, mədəni halda Avropa, Asiya, Şimali Amerikada rast gəlinir.
== Botaniki təsviri ==
Hündürlüyü 30–35 m, gövdəsinin diametri 2 m-dək olan, çadırvari, enli çətirli, kök boğazından budaqlanan ağacdır. Tez böyüyür, 30–40 yaşında 20–25 m hündürlüyə çatır, gövdəsinin diametri 0,5 m-dək olur. İri budaqlarda gövdənin qabığı boz-yaşıl, hamar; cavan zoğlarda ağ keçəli; yaşlılarda qabığı dərin yarıqlı, tünd boz və ya qaradır. Tumurcuqları xırda, uzunluğu 0,5 sm-dək, parlaq, yapışqanlı deyildir. Yarpaqları möhkəm, üstü tünd yaşıl, parlaq, gümüşü, yumurtavari yumru və ya üçkünc, alt tərəfi tükcüklü, ağ keçəvaridir. Yarpaqları uzun zoğlarda 3–5 barmaqvari-ələkvari, uzunluğu 4–12 sm, eni 2,5–10 sm-dir. Qısa zoğlarda yerləşən yarpaqlar yumru barmaqvari və ya 3–5 künclüdür. Saplaqları silindrik, tükcüklü, çox vaxt 2–3 dəfə yarpaq ayasından qısadır. Payızda yarpaqların əksər hissəsi yaşıl halda, az hissəsi limonlu-sarı rəngə boyanaraq tökülür.