AMİL

1
прил. хим. амиловый. Amil efiri амиловый эфир, amil spirti амиловый спирт
2
сущ.
1. фактор, причина. Amillərdən biri один из факторов, zaman amilini nəzərə almaq учитывать фактор времени, mühüm amil важный фактор, hansı amildənsə по какой-то причине, вследствие чего-то, o amildən irəli gəlir ки, … происходит по той причине, что …, başqa amillər другие причины, həlledici amil решающий фактор
2. стимул. Mənəvi amillərin rolu роль моральных стимулов
3
сущ. устар. уполномоченный представитель, торговый агент
AMİQDALİN
AMİLENLƏR
OBASTAN VİKİ
Amil
Amil — Azərbaycanlı kişi adı. Amil Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Amil Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Amil Qasımov — Azərbaycanlı samboçu.
Amil (məmur)
Amil — Ərəb xilafəti dövründə vergi məmuru. Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən və mülki hakim hesab edilən amil adlanan məmur çalışırdı. Əsas funksiyası əhalidən vergi və töycülərin yığılması və onların xilafətin xəzinəsinə göndərilməsi olan amil çox zaman "vergi toplayan" adlandırılırdı. Öz funksiyalarını müstəqil olaraq həyata keçirmələrinə baxmayaraq, amillər adətən əmirin tabeliyində olan şəxslər hesab edilirdilər. Əmirlərin və amillərin öz müavinləri və köməkçiləri vardı ki, onların da vasitəsilə idarəçiliyi həyata keçirirdilər.
Amil Avey
Amil Avey(tam ad:Amil Yusif oğlu Məmmədov, 28 yanvar 1953, Qazaxbəyli, Qazax rayonu – 23 noyabr 2020, Almaniya Federativ Respublikası) — Azərbaycan şairi, yazıçısı və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009) == Həyatı == Amil Avey 28 yanvar 1953-cü ildə Azərbaycanın Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Qazax şəhər 1 saylı orta məktəbdə bitirmişdir (1970). Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin axşam bölməsini bitirmişdir (1980). Əmək fəaliyyətinə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində fəhləliklə başlamışdır (1974). Bir müddət fəhlə yataqxanasında tərbiyəçi (1975-1978), N.Nərimanov adına mədəniyyət sarayında dərnək rəhbəri (1978-1979), “Kimyaçı” qəzetində müxbir (1980-1981), Azərbaycanfilm kinostudiyasında inzibatçı (1981-1982), “Müxbir” dərgisində redaktor (1982-1989), “Açıq söz” dərgisində redactor (1990-1991), “Türk dünyası” dərgisində məsul katib (1991-1992), “Azərbaycan dünyası” dərgisində baş redaktor (1992-1993) vəzifəsində çalışmışdır. Daha sonra “Müxalifət” qəzetində şöbə redaktoru işləmişdir. 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. Ailəsi ilə birlikdə Almaniyaya müalicəyə getmiş və yaradıcılığını orda davam etdirmişdir.. === Vəfatı === 2020-ci ilin noyabrın 23-də Almaniyada vəfat etmişdir. == Yaradıcılığı == Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdır.
Amil Hüseynov
Amil Həmzəyev
Amil Həmzəyev (25 iyun 1990, Gəncə) — Azərbaycanı təmsil edən basketbolçu Amil Həmzəyev, Azərbaycan Milli yığma komandasının kapitanı, 4 qat Respublika Çempionu, İdman ustası, Prezident mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, "Fenerbahçe Azərbaycan Spor Okulları"-nın təsisçisi (2016-h.h.). "Xəzri" komandasının kapitanıdır. == Karyerası == Amil Həmzəyev, 2004-cü ildə Gəncə şəhərində Telekom basketbol klubunda basketbol kariyerasına başlayıb, 2005-ci ildə yeniyetmələrdən ibarət Milli komandaya və Azəri klubuna seçilərək Bakı şəhərinə dəvət alan Amil ümumilikdə Gənclər arasında 4 qat Respublika Çempionu olub. 2006-cı ildə əsas Milli komandaya seçilən Amil ən gənc yaşda Milli komandaya seçilmiş oyunçu kimi basketbol tariximizə adını yazdırıb və eyni ildə Rimas Kurtinaytesin rəhbərliyi altında Albaniyanın Dusess şəhərində Avropa Çempionatı C Divizyonunda qızıl medal qazanmışdır. 2007-ci ildə yeniyetmələrdən ibarət milli komanda ilə U18 Avropa Çempionatı C Divizyonunun (Uels) və 1-ci Qaradəniz Oyunlarının (Trabzon) iştirakçısı olub. 2008-ci ildə gənclərdən ibarət milli komandanın tərkibində U20 Avropa Çempionatı B Divizyonunda (Ruminya) iştirak edib və eyni ildə Azərbaycan Milli komandası ilə Avropa Çempionatı C Divizyonunda (Şotlandiya) ikinci dəfə qızıl medala yiyələnib. 2006–2010 cu illər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almış və eyni illərdə keçirilən Spartakiadalarda 4 dəfə Respublika Çempionu titulunu yiyələnmişdir. 2010-2011-2012-2013-2014–2015-ci illərdə Qırğızıstanın Bişkek şəhərində keçirilən Novruz Beynalxalq turnirində 5 dəfə qızıl 1 dəfə gümüş medala yiyələnib. 2011–2012 ci illərdə Novruz Beynalxalq Turnirinin ən yaxşı oyunçusu adına layiq görülüb. 2011–2012 ci illərdə Milli komanda ilə Avropa Çempionatının seçmə mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb.
Amil Həsənoğlu
Amil Məhərrəmov
Amil Məhərrəmov — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. == Həyatı == Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü il dekabr ayının 24-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Bakı şəhəri 54 saylı orta məktəbində oxumuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsini iqtisadi-nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1996–2000-ci illərdə 08.00.01. – "İqtisadi nəzəriyyə" ixtisası üzrə aspiranturada oxumuşdur. 1995-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamıışdır. 1999-cu ildən "Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə" kafedrasında saathesabı müəllim, 2000-ci ildən 0,5 ştat əvəzçilik yolu ilə müəllim və 2002-ci ildən tam ştat baş müəllim vəzifəsinə keçirilmişdir. 2002-ci ildən A.M.Məhərrəmov "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən dosent elmi adını almış və həmin ildən yeni yaradılmış "Gömrük işinin təşkili və idarəetmə" kafedrasında müdir əvəzi, dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə yeni yaradılmış "İqtisadiyyat və idarəetmə" kafedrsının müdiri vəzifəsinə seçilmişdir.
Amil Qasımov
Amil Famil oğlu Qasımov (8 fevral 1986, Kirovabad) — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2016-cı ildə Kazanda baş tutan Avropa Çempionatının qızıl medalçısıdır. == Həyatı == Amil Qasımov 8 fevral 1986-cı ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. == Karyerası == Amil Qasımov 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Gürcüstanlı Kaxa Mamulaşvili ilə üz-üzə gəldi. Kaxa Mamulaşvili ilə qarşılaşmadan Amil Qasımov 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Bolqarıstanlı samboçu idi.
Amil Rüstəmov
Amil Səfərli
Amil Xəlil
Amil Xəlil (tam adı: Amil Bəhlul oğlu Xəlil; 13 noyabr 1991; Bakı, Azərbaycan) — azərbaycanlı araşdırmaçı jurnalist və aparıcı. == Həyatı == Amil Bəhlul oğlu Xəlil 13 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Lakin sənədlərdə doğum tarixi 18 yanvar 1992-ci il qeyd edilib. 1998-ci ildə Biləcəridə yerləşən 284 saylı məktəbdə orta təhsil almağa başlayıb. Bir il sonra orta təhsilini həmin qəsəbədə yerləşən 45 saylı orta məktəbdə davam etdirib. Orta məktəb illərindən tarixə həvəsi olub. İrəvan və Kərkük xəritələrinin yeni versiyalarının hazırlanmasında iştirak edib. Hələ uşaq yaşlarından həvəskar şəkildə virtual olaraq aparıcılıq və müxbirlik edib. Sinif yoldaşlarından müsahibələr alıb məktəb jurnallarında çap etdirib. Taxtadan hazırladığı mikrafonlar hələ də qalmaqdadır.
Amil Yunanov
Amil Əzim oğlu Yunanov (6 yanvar 1993, Tovuz) — Albaniyanın "Bilis" klubunda çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == Yunanov 2024-cü il sentyabrın 17-də Albaniyanın "Bilis" klubuna transfer edilib. == Beynəlxalq karyerası == Azərbaycan millisinin heyətindəki debütünü 2016-cı il mayın 26-da Andorra ilə yoldaşlıq oyununda etmişdir.
Amil spirti
Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. == Izomerləri == === Amil spirtinin izomerləri === == Xassələri == === Fiziki xassələri === Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur. === Kimyəvi xassələri === Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir: qələvi metallarla alkoqalyatlar əmələ gətiri qeyri -üzvi və üzvi turşularla efirlər əmələ gətiri 1 -pentanol pentanala, sonra valerian turşusuna oksidləşir, ikili amil spirtləri — müvafiq ketonlara, üçlü amil spirtləri — C -C rabitəsinin qırılması nəticəsində sulfat turşusu ilə alkenlərə və ya sadə efirlərə qədər dehidratlaşır və s. == Alınması == Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır. == İzoamil spirti == Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir — (CH3)2CHCH2CH2OH .
Cəbəl Amil
Cəbəl Amil — (ərəb. جبل عامل‎‎) 1920-ci ildə müasir Livanın yaradılmasından əvvəl Livanın cənubundakı dağlıq bölgənin tarixi adı. Adı 6-cı əsrdə Marib bəndinin dağıdılmasından sonra Yəməndən Livana köçən Amil bin Səbaanın adından gəlir. == Haqqında == Cəbəl Əməl Livanın cənubunda bir bölgədir. Bu bölgə keçmişdə Suriyanın on iki imamçı bölgəsi kimi çox əhəmiyyətli olub. == Cağrafiyası == Cəbəl Amil Cənubi Livanın sahil və dağlıq ərazilərini əhatə edir. Cəbəl Amilin sərhədləri dəqiq məlum deyil. Bu ərazi təxminən şimaldan Sidonun şimalında Əvəli çayına (köhnə adı: Faradis), cənubdan Nəhariyyə şəhərinin şimalında Qarn çayına (köhnə adı: Əbu Fətras və ya Nəhr Fitrə) qədərdir. Şərqdən Fələstinlə, Hovla gölünə (Kiçik İordaniya kimi tanınır) və Hasbia çayına qədər və qərbdən Aralıq dənizi ilə həmsərhəddir.
Amil Səlimov
Amil Səlimov (latış. Amils Saļimovs‎; 14 oktyabr 1985, Marupe vilayəti[d]) — Latviya Seyminin azərbaycanlı millət vəkili. Latviya azərbaycanlılarıdan olan dövlət və siyasi xadim. 2024-cü ilin fevral ayında Latviya Seymində təmsil olunan millət vəkili Qloriya Qrevtsovanın mandantına xitam verildiyi üçün Səlimov partiya siyahısından seçilərək onu əvəzləyib. Amil Səlimov uzun müddət Latviya azərbaycanlıları arasında diaspora fəalı kimi fəaliyyət göstərib, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq koordinatoru kimi çalışıb. == Həyatı == Hər iki valideyni azərbaycanlı olan Amil Səlimov 1985-ci ilin 14 oktyabr tarixində Latviya Sovet Sosialist Respublikasının paytaxtı Riqa şəhərində anadan olub. Amilin validenyləri Azərbaycan Sovet Sosialist Respublikasında andan olublar və 80-ci illərdə işləri ilə əlaqədar olaraq Latviya Sovet Sosialist Respublikasına köçərək burada yaşamağa və işləməyə başlayıblar. Orta təhsilini Riqada tamamladıqdan sonra ali təhsil almaq üçün Riqa şəhərində yerləşən Nəqliyyat və Rabitə İnstitutuna (latış. Transporta un sakaru institūts‎) daxil olan Səlimov 2007-ci ildə həmin institutun biznesin idarəedilməsi ixtisasını bitirib. Latviya Seyminə seçilməmişdən əvvəl o, bir sıra şirkətlərin idarə heyətinin üzvü, həmçinin "AZƏRİ" Gənclər Mərkəzi assosiasiyasının idarə heyətinin sədri vəzifələrində çalışıb.
İşıq şüalanması (zərərverici amil)
Nüvə partlayışının işıqlanma sahəsi – işıq şüasının mənbəyi adlanır. Onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıqlanma sahəsində havanın işıqlanma müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq bir saniyədən bir neçə on saniyəyə qədər davam edir. İşıq şüasının əsas məhvedici təsiri ona əsaslanır ki, müxtəlif örtüklər və bədən quruluşları işıq enerjisini udmağa və qızmağa qadirdirlər. Buna görə işıq şüalarının təsiri nəticəsində müxtəlif sahələrin səthində alışma, yanma, kömürləşmə, ərimə və buxarlanma halları baş verir. İşıq şüalanması — nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər kv. sm-nə, şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur və KC/m² ölçülür. İşıq şüalanması yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə müxtəlif dərəcəli yanıqlar əmələ gətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar 4 növ yanıqlar ala bilər: – birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir; – ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir; – üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir; – dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüklərin yanması baş verir.
Abiotik amillər
Abiotik amillər (yun. a- inkar, bios- həyat) — cansız təbiət amilləri. == Ümumi məlumat == Abiotik amillər canlı orqanizmlərə təsir göstərən qeyri-üzvi mühit şəraitinin məcmusu kimi başa düşülür. Bu amillər kimyəvi (atmosferin, dəniz sularının, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim (temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, külək, kosmik radiasiya, günəş radiasiyası və s.) amillərə bölünür. Abiotik amillərin canlı orqanizmlərin həyatında rolu çox böyükdür və bu təsiri ekologiya elmi öyrənir. Bu termin, əsasən, ekologiyada işlənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş abiotik amillərini nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
Amilaza
Amilaza — Amilaza (/ˈæmɪleɪz/) nişastanın (Latın amylum) şəkərə hidrolizini kataliz edən ferment. Amilaza insanların və bəzi digər məməlilərin tüpürcəklərində olur, burada həzm kimyəvi prosesinə başlayır. Tərkibində çox miqdarda nişasta, lakin az şəkər olan qidalar, məsələn, düyü və kartof, çeynəndikcə bir az şirin dad əldə edə bilər, çünki amilaza onların nişastasının bir hissəsini şəkərə parçalayır. Mədəaltı vəzi və tüpürcək vəzi amilazanı (alfa amilaza) qida nişastasını digər fermentlər tərəfindən bədəni enerji ilə təmin etmək üçün qlükoza çevirən disakaridlərə və trisaxaridlərə hidroliz edir. Bitkilər və bəzi bakteriyalar da amilaza istehsal edir. Xüsusi amilaza zülalları müxtəlif yunan hərfləri ilə təyin olunur. Bütün amilazalar qlikozid hidrolazalardır və α-1,4-qlikozid bağları üzərində hərəkət edirlər. == İstifadə edilir == === Fermentasiya === α- və β-amilazlar nişastadan əldə edilən şəkərlərdən hazırlanmış pivə və içkilərin hazırlanmasında vacibdir. Fermentasiya zamanı maya şəkərləri qəbul edir və etanolu ifraz edir. Pivə və bəzi içkilərdə fermentasiyanın başlanğıcında mövcud olan şəkərlər taxılların və ya digər nişasta mənbələrinin (məsələn, kartofun) "əzilməsi" ilə istehsal olunur.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Amiliya (dairə)
Amiliya (ing. Amelia County) — ABŞ-nin Virciniya ştatında yerləşən dairə. 2010-cu ildə əhalinin sayı 12 690 nəfər təşkil edirdi. 1735-ci ildə quruldu, adını britaniya şahzadəsi Ameliya şərəfinə almışdır. == Coğrafiyası == Birləşmiş Ştatların siyahıyaalma bürosunun məlumatına görə, dairənin ümumi sahəsi 930 km²-dir, onlardan 920 km² quru, 8,5 km² və ya 0,9 % su obyektləridir. === Qonşu dairələr === Pouxeten (Virciniya) — şimal Çesterfild (Virciniya) — şimal-şərq Dinuiddi (Virciniya) — cənub-şərq Nottovey (Virciniya) — cənub Prins-Eduard (Virciniya) — cənub-qərb Kamberlend (Virciniya) — qərb == Demoqrafiyası == 2000-ci il siyahıyaalınmasına əsasən, dairənin 4.440 ev və 3.175 ailədən ibarət 11.400 sakini var. Əhalinin sıxlığı km2-ə 12 nəfərdir. Rayonda bina sıxlığı km per-ə 5 bina olan 4 609 yaşayış binası var. Əhalinin irqi tərkibi: ağlar - 70,57%, Afrika Amerikalıları - 28,05%, Yerli Amerikalılar (Hindistanlılar) - 0,28%, Asiyalılar - 0,17%, Havaylar - 0,02%, digər irqlərin nümayəndələri - 0,25 %, iki və ya daha çox yarışın nümayəndələri - 0,67%. İspan və Latino, irqindən asılı olmayaraq əhalinin 0.80% -ni təşkil etdi.
Amilkar Kabral
Amilkar Kabral (12 sentyabr 1924[…], Bafata, Portuqaliya Qvineyası[d] – 20 yanvar 1973[…], Konakri) — Qvineya-Bisau xalqının milli qəhrəmanı, PAİQK partiyasının baş katibi. 1973-cü ildə müstəmləkəçilər tərəfindən öldürülmüşdür. Qvineya-Bisau Dövlət Şurasının sədri olmuş Luis Kabralın böyük qardaşıdır. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 16-17.
Geomorfoloji amillər
Istehsal amilləri
İstehsal amilləri: əmtəə və xidmətlər istehsal etmək üçün istifadə olunan amillərdir. İstehsal amilləri bunlardır: — əmək, torpaq, kapital, mənfəət.
Limitləyici amillər qanunu
Limitləyici (məhdudlaşdırıcı) amillər qanunu — ekologiyanın fundamental qanunlarından biri. == Qanunun kəşfi == Üzvi kimyaçı, aqrokimyanın banilərindən biri Y.Libix (1803–1873) bitkilərin 1840-cı ildə mineral qidalanma nəzəriyyəsini irəli sürmüşdür. O, müəyyən etmişdir ki, bitkilərin inkişafı kifayət qədər olan kimyəvi element və maddələrdən (amillərdən) başqa,eyni zamanda çatışmayan element və maddələrdən də asılıdır. Öz tədqiqatları nəticəsində Libix "minimum" qanununu formalaşdırmışdır. == Qanunun əhəmiyyəti == Qanuna görə, optimal kəmiyyətindən daha çox kənara çıxan amil orqanizm üçün daha əhəmiyyətlidir. Ona görə də, ekoloji şəraiti proqnozlaşdırarkən və ya ekspertiza həyata keçirilərkən, orqanizmin həyatındakı ən zəif həlqəni müəyyən etmək çox əhəmiyyətlidir. Verilmiş konkret anda orqanizmin yaşaması məhz minimal (və ya maksimal) səviyyədəki amildən asılıdır. Başqa zaman kəsiyində digər amillər də məhdudlaşdırıcı ola bilər. Öz həyatı ərzində canlı orqanizmlər onların həyat fəaliyyətinə təsir göstərən ən müxtəlif limitləyici amillərə məruz qalır. == Qanunun tətbiqi == Qanun kənd təsərrüfatı praktikasında daim nəzərə alınır.
Mühitin antropogen amilləri
Zaman amili nəzərə alınmaqla pulun dəyəri
Zaman amili nəzərə alınmaqla pulun dəyəri (pulun zaman dəyəri, pulun zaman dəyəri nəzəriyyəsi, ing. time value of money) — bugünkü pul gəlirinin (xərcinin) eyni məbləğə sabahdan daha dəyərli olması anlayışı. Pulun zaman dəyəri haqqında ifadə maliyyə riyaziyyatının əsas müddəalarından biridir. Dəyər fərqi ona görədir ki, pul yatırıla bilər və gəlir əldə edə bilər. Buna görə də pulun sahibi itirdiyi gəlirə görə kompensasiya tələb edə bilər. İtirilmiş gəlir fürsət dəyəri kimi çıxış edir. İstehlakçı davranışı və seçimi nəzəriyyəsində də oxşar problem yaranır. İstehlakçı cari gəlirinin nə qədərini bu gün istehlak edəcəyi ilə sabah istehlak üçün nə qədər qənaət edəcəyi arasında seçim etməlidir. İstehlakçının optimal seçimi dövrlərarası seçim nəzəriyyəsində nəzərdən keçirilir. Pulun dəyəri ilə gözləmə müddəti arasındakı əlaqə artıq orta əsrlərdə özünü büruzə verirdi.

Значение слова в других словарях