Anarxo-kapitalizm
Anarxo-kapitalizm — sərbəst(azad) bazar şəraitində fərdi suverenliyin lehinə dövlətin və digər məcburi sosial qurumların ləğv edilməsini müdafiə edən bir siyasi ideologiyadır. Bu ideologiyanın əsas prinsipi təcavüzkarlıq prinsipidir. Bu ideologiya əsasən, bütün sosial problemlər və ehtiyaclar bazar tərəfindən həll edilməlidir. Anarxo-kapitalizm dövlət institutunun və vergi yolu ilə onun maliyyələşdirilməsinin əleyhinə çıxır. Ideologiyanın tərəfdarları, fəaliyyətlərini mənfəət motivi üzərində quran fərdi sahibkarların və təşkilatların köməyi ilə dövlətin iştirakı olmadan şəxsi azadlıqların və özəl mülkiyyətin qorunmasının təmin edilməsi üçün çalışırlar.
İlk dəfə "Anarxo-kapitalizm" termini, altmışıncı illərdə Avstriya İqtisadiyyat Məktəbinin, klassik liberalizmin və XIX əsr Amerika fərdi anarxist Lisandre Spuner və Benjamin Takerin müddəalarını sintez edən Mürrey Rotbard tərəfindən 1940-cı illərdə istifadə edilib. Anarxo-kapitalizm ideologiyası Molinari, Frederik Bastia və Robert Nozik kimi bazar tərəfdarı nəzəriyyəçilərdən, Benjamin Taker və Lysander Spuner kimi amerikalı fərdiyyətçi nəzəriyyəçilərdən təsirləndi.
Anarxo-kapitalizm, minarxizmlə yanaşı, libertarianizmin bir qoludur, yəni ideoloji bir istinaddır, minarxizm isə dövlət İnstitutunun mövcudluğu kontekstində libertarianizm təcrübəsidi.
Fəlsəfə
Anarxo-kapitalizm, şəxsi azadlığı və firavanlığı maksimum dərəcədə artırarkən münaqişələri minimuma endirmək məqsədi ilə xüsusi mülkiyyət və xidmətlərin könüllü ticarətinə (ümumiyyətlə, təhdid və ya zorakılığın səbəb olmadığı bütün münasibətlər, o cümlədən pul, istehlak malları, torpaq və kapital malları mübadiləsi) əsaslanan bir cəmiyyətin tərəfdarıdır. Bununla birlikdə, anarxo-kapitalistlər xeyriyyəçilik və icma tədbirlərini könüllü etikanın bir hissəsi kimi tanıyırlar.