BAB

is. [ ər. ] köhn.
1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür).
Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül; Xəttireyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.

2. tənt. Qapı, girəcək; böyük qapı.
Məktəb nə demək? Ümmətə bir babi-səadət. M.Hadi.

3. Yerlik halında:
…babda (…babında) köhn. – …barədə, …xüsusunda, …cəhətdən.
Gəl Nəbatinin sidqi-kizbini; Sən bu babdə eylə imtahan. Nəbati.
Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. M.F.Axundzadə.

Синонимы

  • BAB I 1. bab bax fəsil 2 2. bab bax qapı 1 II bab bax tay 1 III bab bax babi 1
  • BAB tay — cur — bərabər

Омонимы

  • BAB BAB I is. [ ər. ] köhn. Fəsil, bölmə (əsərdə). Gər şərh edərsəm ayəti hüsnün kitabini; Hər bab içində fəslinə yüz bin füsul ola (İ

Этимология

  • BAB Ərəbcədir, “tay” deməkdir (“tay-tuş” deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BA
BAB₂

Значение слова в других словарях