BABA

is.
1. Atanın, ya ananın atası; nəvəsi olan kişi.
2. Bəzi yerlərdə ataya deyilir.
3. Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət.
Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. S.Vurğun.

// Çox qoca kişi mənasında.
4. Bəzən xitab yerində işlənir.
Baba, məndən nə istəyirsən? – Uşaq mənimdir, baba! Dəxli nədir sizlərə? M.Ə.Sabir.

5. Sadə, adi, fağır mənasında (adətən təvazö üçün peşə, sənət bildirən sözlərə qoşulur). [Yusif Sərrac:] Mən bir fağır sərrac babayam.
Mən hara, taxtü tac hara?! M.F.Axundzadə.
Cütçü babasan, buğdanı ver, darı yeyərsən; Su olmasa, qışda əridib qarı yeyərsən. M.Ə.Sabir.
[Mirzə:] Mən yoxsul bir müəllim babayam. Ə.Haqverdiyev.

6. Yalnız cəm şəklində: babalar – əcdad.
[Alan padşahlarının] babalarından biri Abbasilər xilafətinin birinci əsrində Nəsara (xristian) dinini qəbul etdi. A.Bakıxanov.
Seyrə vardıqda o heçlikləri mən; Deyirəm: torpağa dönmüş babalar… S.Vurğun.

□ Ulu baba – nəslin banisi, ilk ağsaqqalı.

Омонимы

  • BABA BABA I is. Atanın, ya da ananın atası. O qoca babası saç-saqqalı ağ; Səlimi özünə sanırdı dayaq (A.İldırım)
BAB₃
BABACAN

Значение слова в других словарях