Hacı Rəhim Əfəndi məscidi
"Hacı Rəhim Əfəndi məscidi — Azərbaycanın Göyçay rayonunun Qaraman kəndində məscid
== Tarixi ==
Məscid tikintisinə 1898-ci ildə başlanılmış, 1900-cü ildə tamamlanmışdır. Məscidin tikilmə tarixçəsi belədir: Əslən Göyçayın Alhoud kəndindən olan Hacı Rəhim Əfəndi səfər edir. O, buradakı möhtəşəm məscidləri, ibadət evlərini görüb, öz doğma yurdunda məscid tikdirmək qərarına gəlir. O, vətənə qayıdır və kənd camaatının köməkliyi ilə Qaraman kəndində məscidin tikintisinə başlayır. Nəhayət kənd camaatı və şəxsən onun iştirakı ilə məscidin təntənəli açılışı olur. Məscidin açılmasında onun əsas məqsədi müsəlmanlar üçün ibadət evi yaratmaq, habelə uşaqlara ilahiyyatdan və ümumiyyətlə, islam elmlərindən bilik vermək idi.
Lakin çox təəssüf ki, Hacı Rəhim Əfəndinin tikdirdiyi və öz memarlıq üslubu ilə Göyçay qəzasında yeganə olan bu məscid sovetlər dövründə bərbad hala salınıb. Belə ki, o, anbar kimi istifadə olunaraq uzun müddət baxımsız vəziyyətdə qalıb. Yalnız möhkəm memarlıq keyfiyyətinə görə məscid tamamilə uçub-dağılmamış, bu günə gəlib çatmışdır.
Məscidin 16 metr hündürlüyü olan minarəsi də var.