PAŞA

"baş ağa" birləşməsinin ixtisar forması (Bəzi müsəlman ölkələrində yüksək hərbi və mülki vəzifə sahiblərinə verilən ad).
PASİBAN
PAŞABALA
OBASTAN VİKİ
Abaza paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Akif Paşa
Akif Paşa (türk. Bozoklu Akif Paşa; 25 dekabr 1787, Yozqat – 1845, İsgəndəriyyə) — Osmanlı dövlət adamı, şair və yazıçı. == Həyatı == Akif Paşa 1787-ci ildə Yozğadda anadan olmuşdur. Atası Ayıntabizadə Müdərris Mehmet Əfəndidir. İlk dəfə əmək fəaliyyətinə Divani humadunda başlayıb. Siyasət aləminə düşdükdən sonra bu sahədəki rəqibi Ədhəm Paşa imiş və ömrünün sonuna qədər onunla çarpışmışdır. Fəqət Akif Paşa bu mübarizədə məğlub olmuşdur. Akif Paşa 1845-ci ildə vəfat etmişdir.
Arif Paşa
Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir. == Həyatı == Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. == Həbsi == 1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. == Sözün mənşəyi == Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Aşiq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. == Həyatı == Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Aşıq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. == Həyatı == Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Barbaros paşa
Xeyrəddin Barbarossa (Barbaros Xeyrəddin Paşa və ya Xızır Xeyrəddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Xızır Rəis; 1478 və ya 1484 – 4 iyul 1546, Konstantinopol) — Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Sultan Süleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar. Xızır ve Oruc qardaşları 1516-cı ildə ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq Yavuz Sultan Səlim də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516–1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518-ci ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər.
Bayram Paşa
Ladikli Bayram Paşa (ö. 26 avqust 1638, İstanbul) — IV Murad dönəmində 2 fevral 1637 - 26 avqust 1638 tarixlərində ümumilikdə 1 il 6 ay 24 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda İstanbulun Bayrampaşa səmti də məhz Bayram Paşanın adı ilə bağlıdır. Sədrəzəmliyi dövründə haqqında həcv yazan Nefinin edamında günahlandırılır. == Həyatı == Əslən Samsunun Ladik bölgəsindən olan Qurd ağanın oğlu olaraq İstanbulda dünyaya gəlmişdir. Yeniçəri ocağına alınaraq burada yetişdirildi və 1622-ci ildə durnaçıbaşı, 1623-cü ildə zağarçıbaşı oldu və Rumelidə Yeniçəri ocağı üçün uşaq dəvşirməklə vəzifələndirildi. Ardından həmin il yeniçəri kəndxudası və yeniçəri ağalığına gətirildi. Yeniçəri kəndxudası ikən I Əhmədin qızı Xanzadə Sultanla evləndi. Ancaq Yeniçəri ocağında yaranan qarışıqlıq səbəbilə bu vəzifəsindən azad edildi və qübbə vəzirliyinə gətirildi. 1625-ci ildə Misir hakimliyinə yüksəldi və 3 ildən sonra yenidən qübbə vəziri olaraq paytaxta geri çağırıldı.
Camal Paşa
Camal Paşa (əsl adı Əhməd Camal) (6 may 1872[…], Mitilini – 21 iyul 1922[…], Tiflis) — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. == Həyatı == 1913 ildə İstanbulun hərbi qubernatoru, 1914-18 illərdə dəniz naziri olmuşdur. Ənvər paşa və Tələt paşa ilə birlikdə hakim triumviratrın (üçlüyün) üzvü olmuşdur. 1914-17 illərdə Suriya və Fələstindəki türk ordularına komandanlıq etmişdir. 1918-22 illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olmuşdur. "Daşnaksutyun" partiyası uydurma "erməni soyqırımı"na görə, Tələt paşa kimi onun da qətlə yetirilməsi barədə hökm çıxarmışdı. Əfqanıstandakı səfirlikdə müşavir olan Camal paşa geri qayıdarkən Tiflisdə "Daşnaksutyun" partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi. == Əsərləri == Plevne Müdafaası (1898) Alte Denkmaeler aus Syrien,Palastina und West Arabien (1918) (Suriye, Filistin ve Batı Arabistan'daki Eski Anıtlar) Cemal Paşa Hatırası 1913-1922 (1923) Birinci Dünya Harbi'nde Suriye Hatıraları (2003) — Ali Fuad Erden == Mənbə == Залесский К.А. Кто был кто в Первой мировой войне. — М.: АСТ, 2003.
Davud Paşa
Davud paşa (Qarabağ)
Dilavər Paşa
Dilavər Paşa (XVI əsr – 1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi.
Fuad Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564, 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Maqsud Paşa
Maqsud Paşa (ö. sentyabr 1644) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Sipahi ocağında yetişərək dəftərdar Ömər Əfəndinin xidmətinə alındı. Ardından Ömər Əfəndinin kəndxudası və saray miraxuru oldu. 1640-cı ildə vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin edilsə də, bir il sonra vəzifədən alındı. 3 oktyabr 1642-ci ildə Misir bəylərbəyi oldu. Ancaq burada yerli əyanlarla və orduyla problemlər yaşadı. Nəhayət, ordu qarşısındakı acizliyi bəhanə göstərilərək 21 aprel 1644-cü ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Gələr-gəlməz Yeddiqüllə zindanlarına həbs edilən Maqsud Paşa mal-mülkü müsadirə edildikdən sonra həmin ilin sentyabrında edam edildi.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Rağıp Paşa
Qoca Mehmet Rağıp Paşa, (1698, İstanbul - 1763, İstanbul) - Osmanlı dövlət adamı, diplomat, şair, kitabxanaçı, tərcüməçi. III.Osman və III.Mustafa 11 yanvar 1757 və 8 aprel 1763, altı ay, iki ay iyirmi səkkiz gün arasında hakimiyyətdə Sədrəzəmlik edən bir dövlət adamıdır. O şair şəxsiyyəti ilə tanınır.
Rüstəm Paşa
Kürəkən Rüstəm Paşa (20 may 1500, Skradin[d], Osmanlı imperiyası – 10 iyul 1561, Konstantinopol) — Sultan I Süleyman dönəmində 2 dəfə — ümumilikdə 14 il 7 ay 19 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == === İlk illəri === Rüstəm Paşa təqribən 1500-cü ildə xorvat əsilli xristian bir ailədə Sarayevo yaxınlığındakı Butomir kəndində dünyaya gəlmişdir. Atasının Mustafa bəy olduğu, Sənan adlı qardaşı və Nəfisə adlı bir bacısı olduğu bilinməkdədir. === Siyasi fəaliyyəti === Gənc yaşda İstanbula gətirilərək dəvşirilən Rüstəm Paşa Əndərunda təhsil aldı. Riqab ağalığı ilə saraydan ayrıldı. 1526 tarixli Moxac Müharibəsinə silahdar olaraq qatıldı. Səfərdən döndükdən sonra birinci miraxur olaraq vəzifələndirildi. Əvvəlcə 1533-cü ildə Təkə sancaqbəyi, ardından Diyarbəkir bəylərbəyi, daha sonra isə Anadolu Bəylərbəyi təyin olundu. 1539-cu ildə vəzir-i salis (üçüncü vəzir) olaraq divana daxil oldu. Bu vəzifədə ikən 4 dekabr 1539 tarixində Şahzadə Cahangir və Şahzadə Bəyazidin sünnət mərasimində Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanla evləndi.
Rüştü Paşa
Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi.
Rəcəb Paşa
Kürəkən Rəcəb Paşa (ö. 1726) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən alban olub, saraydakı qohumları vasitəsilə Əndəruna alınmışdır. Ardından saray xəzinədarı olaraq xidmət etdikdən sonra 1707-ci ilin sentyabrında vəzirliklə Diyarbəkir, 1710-cu ildə Van, 1711-ci ildə Sivas, 1712-ci ildə Trabzon valisi təyin edildi. Bu vəzifədə ikən 1712-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1713-cü ildə Təkə, 1714-cü ildə Qüds, 1716-cı ildə Şam, 1717-ci ilin iyulunda Vidin, 1719-cu ilin fevralında Hələb, 1720-ci ildə Misir bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı və çox keçmədən yenidən Hələbə təyin olundu. Daha sonra 1724-cü ilin martında Tiflis, 1725-ci ilin mayında Diyarbəkir, 1726-cı ildə İrəvan bəylərbəyi oldu. Ancaq həmin il vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani IV cild, səh.
Sinan Paşa
Sinan Paşa və ya Sinanüddin Yusuf Paşa (ö. 21 dekabr 1553), I Süleyman dönəmində, 1550–1553-cü illərdə Osmanlı Donanmasının Kaptan-ı dəryası olmuşdur. == Həyatı == Osmanlı Xanədanı ilə qohumluq əlaqəsi olan Sinan Paşa I Süleymanın qızı Mehrimah Sultanın əri sədrəzəm Kürəkən Rüstəm Paşanın qardaşı idi. Xorvat əsilli xristian bir ailənin övladı olaraq Sarayevo yaxınlarında yerləşən Butomir kəndində dünyaya gəlmişdir. Böpyük qardaşı Kürəkən Rüstəm Paşa və Nəfisə adlı bacısının olduğu bilinir. == Saraya gəlişi == Sinan Paşa Əndərunda yetişdirilmişdir. Sokullu Mehmed Paşanın kaptan-ı dəryalığından sonra 1550 tarixində kaptan-ı dərya olaraq təyin olunmuşdur. 1551-ci ildə Malta ilə gedən Trablus Mühasirəsi və Fransaya yardım üçün aparılan Aralıq dənizi səfərlərində Osmanlı Donanmasına rəhbərlik etmişdir. Ancaq bütün bu uğurlar onun yox, o dövrdə gənc bir dənizçi olan Turqut rəisin uğuru idi. Turqut rəis, əsasən də Sinan Paşa ilə birlikdə qatıldıqları Şimali Afrika səfərindən sonra, sultanın və bütün Osmanlı dənizçilərinin gözündə Sinan Paşadan daha yüksək tutulmuş, buna baxmayaraq 1553 tarixinə qədər Sinan Paşa öz vəzifəsində qalmışdır.
Süleyman paşa
Süleyman paşa - Mesxetiya valisidir. İbrahim paşanın oğlu idi. Paşa, vəzifəyə başlayan kimi Dağıstan, Azərbaycan və Buxara xanlarına və Şimal Qafqaz əmirlərinə məktublar göndərərək onları, Ruslara qarşı ittifaqa çağırdı. Dağıstan və Azərbaycan xanları Osmanlı Dövlətinə bağlı qalacaqlarına dair söz verdilər. Lakin öz aralarındakı mübarizələr, Osmanlı siyasətinə də zərər verdi. Paşa 1770-ci ildə Aspinca döyüşündə II İrakliyə məğlub olmuşdu.
Abaza Həsən Paşa
Abaza Həsən Paşa (osman. ابازه حسن پاشا), həmçinin Qara Həsən Paşa və ya Cəlalı Həsən Paşa —XVII əsrin ortalarında Osmanlı bəylərbəyi və cəlali üsyançısı. O, Osmanlı hökumətinə qarşı iki üsyan qaldırmış, ikincisi və ən böyüyü 16 fevral 1659-cu ildə onun Hələbdə sui-qəsdə uğraması ilə başa çatmışdır. Abaza Həsən Paşa sədrəzəm Köprülü Mehmed Paşanı devirməyə məcbur etməyə cəhd göstərmiş, lakin uğursuz olmuşdur. Böyük cəlali üsyançılarının sonuncusu olan Abaza Həsənin məğlubiyyəti Anadoluda uzun sürən qeyri-sabitlik dövrünün sona çatmasına səbəb olmuşdur. Vilayət 1622-ci ildə Abaza Mehmed Paşanın üsyanından sonra bəylərbəylər tərəfindən qaldırılmış üsyanlardan əziyyət çəkirdi.
Abaza Mehmed Paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Abdulla Paşa Canızadə
Kərbəlayı Abdulla Canı oğlu (1782, Şuşa – 1840, Şuşa) — şair, kimyagər. == Həyatı == Kərbəlayı Abdulla Canı oğlu 1782-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mədrəsə yoldaşlarından Mirzə Əzizin adı bəllidir. Şair idi. Öz adıyla rəvan təbli şeirlər yazırdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Abdulla Canı oğludur və Qarabağın Şuşa qalasında sakin idi. Kəsbkarlıq da edərdi.
Abdulla Paşayev
Abdulla Sultan oğlu Paşayev (24 iyul 1998, Gəncə – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Paşayev 1998-ci il iyulun 24-də Gəncə şəhərində anadan olub. 2004–2015-ci illərdə Gəncə şəhərində 42 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017–2019-cu illərdə isə Gəncə Dövlət Universitetinin (GDU) nəzdində Regional Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Abdulla Paşayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Abdulla Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Paşayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Abdullah Paşa (Məmlük sülaləsi)
Abdullah Paşa (ərəb. عبد الله باشا‎, osman. عبد الله پاشا; v. 1777, Bağdad, Bağdad əyaləti[d]) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1776–1777). == Həyatı == Abdullah Paşa tayfa olaraq bir Məmlüküydü. 1776-cı ilə qədər Diyarbəkir valisi vəzifəsindəydi. 1776-cı ildə Osmanlı sultanı I Əbdülhəmid Abdullah Paşaya, eləcə də Mosul valisi Süleyman Paşa və Ər-Rəqqə valisi Mustafa Paşaya Bağdad valisi Ömər Paşanı vəzifəsindən atılması üçün əmr etdi. Osmanlı qoşunları Bağdadı mühasirəyə aldılar və Ömər Paşa Bağdaddan qaçanda öldü. Bundan sonra Mustafa Paşa Bağdadın Paşalığına təyin oldu. O uzun müddət bu vəzifədə qala bilmədi.
Abxaz Mehmed Paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Akif Paşa Gərayzadə
Akif Paşa oğlu Gərayzadə (17 oktyabr 1938, Quba) — alim. == Avtobioqrafiya == 17 oktyabr 1938-ci ildə Azərbaycan Respublikasının Quba şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə bitirmişdir. SSRİ AAK tərəfindən aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. == Kadr hazırlığı == Fəlsəfə doktorlarının sayı — 12 Elmi doktorlarının sayı — 1 == Əsas elmi nailiyyətləri == Torpaqda istilik, elektrik, optik və su-fiziki xassələri arasındakı asılılıqların riyazi modelləri; Dielektrik nüfuzu əsasında torpaq səthinin sahəsi və optik xassələri torpaqların rənginin təyini üsulları; Elektrik keçirmə əmsalları əsasında torpaq nəmliyi və duzlaşması dərəcəsənin təyini üsulları; Aerokosmik informasiya əsasında torpaqların duzlaşması və nəmliyi göstəricilərinin təyini; Bitkilərin enerjidən faydalı istifadəsi əmsalının təyini; Torpaqların istilik keçirməsi xassələrinin sxem-xəritələrinin tərtibi; Torpaq-bitki-hava sistemində enerjinin paylanması modelinin tərtibi. == Elmi əsərlərinin adları == Azərbaycanın bəzi biosenozlarının bitki maddəsində akkumulyasiya olunmuş enerjinin kalometrik təyini və günəş enerjisinin istifadə dərəcəsinin hesablanması (rus.d.) "Bioloji məhsuldarlığın ümumi nəzəri problemləri" adlı kitabda, Leninqrad, "Nauka", 1969, 115–118 s. və Soviet Geoqrafi. New York, 1972, 63–67 s. Torpaq sistemlərində istilik və nəmlik keçirmələri. Bakı, "Elm", 1982, s.157 (rus.d.) Torpaq-bitki-atmosfer sistemində enerjinin dəyişmələri, Bakı, "Elm", 1989, s.160, (rus.d.) Torpaqəmələgəlmə və antropogenez: struktur funksional aspektlər, (müştərək müəl.), Novosibirsk, "Nauka", 1991, s.188 (rus.d.) Torpaqların optik xassələri və onların kənd təsərrüfatında istifadəsi.
Ali Osman Paşa (mirliva)
Əli Osman Paşa (d. 1858, İstanbul, Osmanlı dövləti - ö. 16 sentyabr 1890, Kuşimoto, Yaponiya) Türk hərbçisi. Ərtoğrul freqatası kapitanı. Krım müharibəsi vaxtı Sinop döyüşündə Osmanlı donanmasının əsir düşmüş komandanı Osman Paşanın nəvəsidi. Atası Miralay Əhməd bəydir. == Hərbi karyerası == 1870-ci ildə, on iki yaşında "Mekteb-i Fünunu Bahriyei Şahaneyə" daxil oldu. 1874-cü ildə məktəbin hərbi şöbəsinə keçdi. 1877-ci ildə Hərbi Akademiyadan kurs ikincisi olaraq leytenant rütbəsində məzun oldu. 1879-cu ildə kapitan rütbəsinə yüksəldi və atası Miralay Əhməd bəy ilə Bəsrəyə getdi.
Alim Paşa Salavatov
Alim Paşa Salavatov (rus. Алимпаша Салаватов;29 oktyabr 1901, Yaxsay, Xasavyurd rayonu – 1942, Sevastopol, SSRİ) — kumuk şairi və dramaturqu, Kumuk dramaturgiyasının banisi, SSRİ Yazıçılar İttifaqının üzvü (1936) == Həyatı == Alim Paşa Qanpolad oğlu Salavatov 29 oktyabr 1901-ci ildə Rusiyanın Dağıstan vilayətinin Aksay kəndində anadan olmuşdur. Milliyyətcə kumuk türküdür. Altı yaşında valideynlərini itirmiş, özgə insanların himayəsində yaşamağa məcbur olmuşdur. Orta məktəbi Teymuxanşurada bitirmiş, sonra Kazanda pedaqoji məktəbdə oxumuşdur. 1924-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. İnstitutu bitirdikdən sonra Buynaksk Pedaqoji Məktəbində dərs demişdir. Daha sonra Mahaçqalada Rusiya Elmlər Akademiyasının H. Sadasa adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda elmi tədqiqiatçı kimi çalışmışdır. Eyni zamanda, Şərq Xalqları İnstitutunun aspiranturasına daxil olmuşdur. 1936-cı ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
Allahşükür Paşazadə
Allahşükür Hümmət oğlu Paşazadə (26 avqust 1949, Cil, Lənkəran rayonu) — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir), Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. == Həyatı == Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.
Almalı (Paşalı)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir. Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
Almas Mehmed Paşa
Almas Mehmed Paşa (1661 – 11 sentyabr 1697) — II Mustafa dövründə ümumilikdə 1 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Təxminən 1661-ci ildə Kastamonuda dünyaya gəlmişdir. Atası Savruq adından dənizçi idi. Rəvayətə görə, üzü həddindən çox parlaq olduğu üçün Almas ləqəbi ilə anılmışdır. Kiçik yaşda saray tərbiyə alaraq Divrikli Mehmed ağanın möhürdarı oldu. Mehmed ağanın Trablusşam əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi. Dövrün padşahı IV Mehmed tərəfindən İstanbula çağırılaraq Əndəruna alındı (1678). Daha sonra sarayda çuxadar, ardından riqabdar ağa oldu. Qısa zamanda yüksələrək Sultan Süleymanın cülusunun ardından silahdarlığa, miraləmliyə, ardından isə xəzinədar kəndxudalığına gətirildi. Nəhayət 1689-cu ildə Rumeli bəylərbəyiliyi ilə nişançı paşa elan edildi.
Aləmdar Mustafa Paşa
Aləmdar Mustafa Paşa (türk. Alemdar Mustafa Paşa; 1755, Xotin – 15 noyabr 1808, Konstantinopol) — 1808-ci ildə üç ay on səkkiz gün sədrəzəmlik eləmiş Osmanlı dövlət adamı. == Həyatı == 1755-ci ildə Hotində doğulub. 14 noyabr 1808-ci ildə İstanbulda vəfat edib. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.11–12.
Amasyalı Bəyazid Paşa
Amasyalı Bəyazid Paşa (XIV əsr, Amasya – iyul 1421) — Osmanlı sultanlığının Fetrət dövründə (hökümdarsızlıq dövrü), 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm olmuşdur. Dövləti toplama prosesi içində yanında olmuş və sonra da II Murad dövründə Mustafa Çələbiyə Sazlıdərdə məğlub olaraq təslim olub və onun əmrilə öldürüldüyü iyul 1421-ci ilə qədər baş vəzirlik etmiş bir Osmanlı dövlət xadimidir. == Həyatı == Amasiya Yahşi Beyin oğludur. Amasiyada anadan olduğu üçün ləqəbi Amasiyalı olmuşdur. Sarayda yetişib və I Bəyazidin dövründə bəzi hərbi vəzifələrə qoymuşdur. Çələbi Mehmetin Amasiyada sancaq bəyliyi dövrdə onun baş müşavirlərindən biri olmuşdur. İldırım Bəyazidin Teymura əsir düşdüyü 1402-ci il Ankara müharibəsində, 15 yasında olan gənc Şahzadə Mehmeti Teymurun mühasirəyə almasından xilas edərək Amasyaya gətirməyi bacarmışdır. Bəyazid Paşa, Mehmet Çələbinin Amasiyada Osmanlı birliyini yenidən qurmağa çalışdığı, özləri də sultan kimi müxtəlif mərkəzlərdə öhdələrinə götürmüş qardaşlarına qarşı mübarizə apardığı dövrdə onun xidmətində olmuşdur. Mehmet Çələbinin 1412-ci ildə Bursaya girərək I Mehmed adı ilə Osmanlı hökmdarı olmasından sonra da baş vəzir olmuş və Karamanoğulları bəyliyinə edilən yürüşdə əhəmiyyətli xidmətlərinə qarşılıq olaraq habelə Rumeli bəylərbəyi təyin olunmuş, ölümünə qədər bu iki vəzifəni çalışmışdır. Bəyazid Paşa səyləri ilə Şeyx Bedrettin üsyanını basmış olan dövlət xadimidir.
Aqil Paşayev
Aqil Paşayev (d. 1 may 1947 – d. 15 aprel 2005) — Azərbaycanlı idman xadimi; "Neftçi" PFK-nın 2-ci prezidenti (1997–2001). == Fəaliyyəti == 1960-cı illərdə idmanın güləş növündə peşəkar səviyyədə məşğul olmuşdur. 1997-ci ildən Bakının "Neftçi" komandasının prezidenti vəzifəsində çalışmışdır. Onun fəaliyyəti dövründə klub ciddi uğurlar qazana bilməsə də, bölünmə ərəfəsində olan klubu faktiki olaraq, iflasdan xilas etmişdir. 2001-ci ildə bu postu tərk etmişdir.
Arif Paşayev
Arif Paşayev (15 fevral 1934, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, akademik (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2005), Milli Aviasiya Akademiyasının rektoru. == Həyatı == Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir. Görkəmli alim 1960–1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. == Elmi fəaliyyəti == Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır.
Arif Paşayev (siyasətçi)
Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir. == Həyatı == Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. == Həbsi == 1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.
Arif Əhməd Paşa
Arif Əhməd Paşa — İrəvan bəylərbəyi. Arif Əhməd Paşa Diyarbəkir vilayətini (1720-1724) və İrəvan vilayətini (1724-1726) idarə etmişdir.
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Axtarma-Paşalı palçıq vulkanı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Ayas Məhməd Paşa
Ayaz Mehmed Paşa (ö. 13 iyul 1539, İstanbul) — I Süleyman dönəmində 15 mart 1536–13 iyul 1539 tarixlərində ümumilikdə 3 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Vlyora yaxınlığındakı Himera qəsəbəsində dünyaya gəlmişdir. Məzar daşının üzərindəki yazıya görə, atasının adı Mehmeddir. Əndərunda yetişdikdən sonra ağa rütbəsilə saraydan ayrılmışdır. Yeniçəri ağası olaraq Yavuz Sultan Səlimin səfərlərində iştirak etmişdir. 1519-cu ildən sonra öncə sancaqbəyi, daha sonra bəylərbəyi olaraq fəaliyyət göstərdi. Canbərdi Qəzainin başlatdığı üsyanın yatırılmasında Anadolu bəylərbəyi olaraq iştirak etdi. Üsyanın yatırılmasından sonra 1521-ci ildə Şam bəylərbəyi seçildi. 1522-ci ildə Rumeli bəylərbəyi olaraq Rodos səfərinə qatıldı, ardından ikinci vəzir olaraq Misirə Xain Əhməd Paşanın üzərinə göndərildi.
Ayaşlı Nişançı İsmayıl Paşa
Ayaşlı Nişançı İsmayıl Paşa (ö. may 1690) — II Süleyman dövründə ümumilikdə 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1621-ci ildə Ankaranın Ayaş qəzasında dünyaya gəlmişdir. Nişançı vəzir olduğu üçün Nişançı ləqəbi ilə anılmışdır. Ailəsi və saraya necə alındığı barədə məlumat yoxdur. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə xidmət etdi. Çuxadar vəzifəsində ikən 25 may 1668-ci ildə Rumeli bəylərbəyi olan İsmayıl Paşa 15 mart 1678-ci ildə Nişançı Abdi Paşanın yerinə nişançı vəzir təyin edildi və illərlə bu vəzifədə qaldı. 1687-ci ilin oktyabrında bir həftəliyinə İstanbul naibi oldu. Bunun ardından Sultan Mehmedin taxtdan endirilişi və II Süleymanın cülusu hadisələrində iştirak etdi. 1687-ci ilin noyabrında beşinci vəzirliyə gətirildi.

Значение слова в других словарях