Siyasi sistem
Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir. Kilsələr, yaxud vətəndaş cəmiyyətin digər ünsürləri, ictimai birliklər kimi, bunları da siyasi sistemin bir parcasıdır.
Siyasi sistem bütövlükdə ictimai sistemin mühüm hissələrindən, ünsürlərindən biridir. O, siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətləri ehtiva edir və ictimai sistemin digər hissələri ilə – sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir.
Konkret cəmiyyətin siyasi sistemi bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar.
Müasir politologiyada və sosiologiyada cəmiyyətin siyasi sisteminin öyrənilməsi mühüm yer tutur. Bu sahədə D. İston, Q. Almund, K. Doytç, D. Trumen, Q. Pauell, M. Kaplan, T. Parsnos, St.