AĞNAĞAZ

Ehtiyacı təcili ödəmək üçün dəyirmanda azca dən üyütməyə “ağnağaz” deyirlər. Bu kəlmənin mənşəyi barədə bir neçə mülahizə söyləmək olar:

1. Rus di­lin­dəki “жнивье” mənasını verən anız sözümüz olub. Ağnağaz bununla bağlı ola bilər, yəni biçin zamanı yerə tökülmüş sünbülləri yığıb bir qədər dən düzəltmək və onu üyütmək. 

2. Ağnağaz az-maz sözü ilə bağlı ola bilər, yəni az-maz dən üyütmək və zəruri ehtiyacı ilkin ödəmək. 

3. Ağnağaz sözü alağız kəlməsinin dəyişmiş forması da ola bilər. Mənası “ağızı aldatmaq” (al – “aldat” sözünün qə­dim köküdür), yəni “azca qidalanmaq (mədəni aldatmaq)” deməkdir. Üçüncü yo­zum daha inandırıcıdır. Bəzi dialektlərdə indi də alağızdanmaq sözü işlədilir. 

AĞLINA KEÇƏ YAMAMAQ
AĞNAMAQ

Digər lüğətlərdə

автоно́мный вва́ривать линкру́ст неумо́лкный отце́живаться рога́тый семьи́ща снасти́ть ...ва́р вдоль по глыбообра́зный каждого́дный лега́льно совокупи́ться уберега́ться bratticing buttry estate wagon exilic homograph refreshing tapestried tempestuous дьявольщина скважина