Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məsud ibn Namdar
Məsud ibn Namdar (XI əsr, Beyləqan – XII əsr) – XI əsr şairi. Əəsərlərini ərəb, fars və türk dillərində yazmışdır. Mənşəcə Azərbaycan türklərindən olmuşdur. == Həyatı == Ədəbiyyatşünaslar öz əsərlərində əslən beyləqanlı olan Məsud ibn Namdarın və başqalarının adlarını çəkirlər. Bunlardan "Şirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra epizodunu o dövr ərəb abidələri üçün ən ənəvi olan təmtərlaqılı ədəbi formada təsvir edən", Məsud ibn Namdar Azərbaycan mədəniyyəti tarixində özünə məxsus yer tutmuşdur. Onun həyat və yaradıcılığının ən yaxşı və son tədqiqatçısı olan V.M Beylis Məsudun orta əsrin hər hansısa bir elm sahəsində mütəxəssis olan alim deyil, ədəbi cəhətdən savadlı tipik ədib olduğunu müəyyənləşdirir. Məsudun dövrümüzə çatan əlyazması üç hissədən – hekayətlərdən, məktublardan və şeirlərdən ibarətdir. Həmin şeirlər, həyatını Beyləqən, Gəncə və Şirvanda, o dövrün bir çox şairləri kimi rəsmi dövlət vəzəfələrində keçirən bu ziyalı şəxsiyyətin bizə yetişmiş toplusunun üçdə birindən çoxunu təşkil edir. Əsasən mövzulara həsr olunmuş bu şeirlər Məsudun iş fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq şeirlərin qruplaşdırılmasında da özünü göstərir: əl-Xənziyyət (Gəncə dövrü şeirləri), əl-Beyləqanəyyət (Beyləqan dövrü şeirləri), əl-Əmniyyət (Gəncə mustavfisis Əmin əm–Mülkün adı ilə), əl-İxvaniyyət ("Dostluq"), "Köhnə şeirlər, və b.
Abdullah Nimar Dərviş
Şeyx Abdullah Nimar Dərviş (1948, Kafr-Qasim[d], Mərkəz dairəsi – 14 may 2017) — İsraildə İslam hərəkatının banisi. == Həyatı == Dərviş 1948-ci ildə Kafr Qasimdə anadan olub. Nablusda dini təhsilini başa vurduqdan sonra Kafr Qasimə qayıdır və İslama və İslam ənənələrinə qayıtmağı təbliğ etməyə başlayır. Ardınca 1971-ci ildə İsraildə İslam hərəkatını qurur. 1979-cu ildə Dərviş Üsrət əl-Cihad ("Cihad ailəsi") adlı yeraltı təşkilat qurur. Məqsəd "Fələstində ərəb-islam dövləti" yaratmaq idi. İki il sonra bir neçə tərəfdaşı ilə birgə tutulur və terrorçu təşkilata üzvlükdə ittiham edilirlər. 1985-ci ilədək həbsdə qalan Dərviş İsrail və Fələstin Xalq Azadlıq Cəbhəsi Baş Komandanlığı arasında bağlanmış Cibril Sazişinə əsasən azadlığa buraxılır. == Mövqeyi == 1985-ci ildə azad edildikdən sonra Şeyx Dərviş ictimai fəal olmağa və zorakı fəaliyyətdə iştirak edən İsrail ərəblərinə qarşı çıxmağa başladı. 1992-ci ildə üç İsrail əsgərinin bir qrup İsrail ərəbləri tərəfindən öldürülməsini açıq şəkildə qınadı.Sonrakı illərdə fəaliyyətinə İsraildəki İslam hərəkatının Cənub şöbəsinin mənəvi lideri olaraq davam etdi.
Nimvər
Nimvər — İranın Mərkəzi ostanının Məhəllat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,731 nəfər və 1,580 ailədən ibarət idi.
Pindar
Pindar (q.yun. Πίνδαρος; e.ə. 517 – e.ə. 437, ehtimal ki, Аrqоs, Peloponnes, Qərbi Yunanıstan və İon adaları) — qədim yunan şairi. Ədəbi irsindən epinikiyalardan (ümumyunan idman yarışlarının qaliblərini mədh edən odalar) ibarət 4 kitab qalmışdır. Yarışda qalib çıxan gənclərin şücaətini və fiziki gözəlliklərini tərənnüm edən Pindar bu keyfiyyətlərin fitri istedad və zəhmətlə vəhdətdə qazanıldığını göstərirdi. Odaları üslub gözəlliyi, bədii təsvir vasitələrinin zənginliyi ilə seçilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bowra C M. Pindar. Oxford: Clarendon Press, 1964 (и мн. репринты).
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi.XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Abbasabad (Qiydar)
Abbasabad - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Bəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 55 km cənubdadır.
Ağbulaq (Qiydar)
Ağbulaq (fars. اقبلاغ سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (144 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 21 km qərbdə, dağlıq ərazidədir.
Donrovın Namdaq
Donrovın Namdaq (monq. Донровын Намдаг, rus. Донровын Намдаг; 16 dekabr 1911 -11 mart 1984) - Monqolustanlı dramaturq, rejissor, yazıçı və şair. Müasir Monqolustan dramının banilərindən biri. Monqolustanın əməkdar artisti. == Həyatı == O, 1911-ci il 16 dekabrda Monqolustanın Sayn-Noyon-Xanski aymagında anadan olmuşdur. Uşaq yaşlarından yazmağı öyrənən Donrovın, 1920-ci ildə orta məktəbə daxil oldu. 1925-ci ildə isə Ulan-Batora köçür. 1926-1927-ci illərdə Almaniyada alman dilində təhsil aldı. 1927-1929-cu illərdə Badarçem, Batsux, Qombo, Xaalay, Namxayserenom, Nasardorjem, Sədəd, Sərəxand, Paqmadulam və Şevenom ilə birlikdə Almaniyada Vixersdofda oxudu.
Elimdar Səfərov
Elimdar Səlimxan oğlu Səfərov (26 iyul 1992; Yardımlı, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elimdar Səfərov 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində anadan olub. Elimdar Səfərov 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçdü. == Hərbi xidməti == Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Elmidar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Səfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Himyar dövləti
Himyar dövləti (Ərəbcə مملكة حِمير), Ərəbistan yarımadasının cənubunda, bizim eradan əvvəl 110-cu il civarında tarix səhnəsinə çıxan, yunanlılar və Romalılara görə Homeritə krallığı olaraq adlandırılan antik krallıq. Qonşu krallıqlardan Səba b.e.ə. 25-ci il, Kataban 200 və Həzrəmövt 300-cü il civarında bu krallıq tərəfindən fəth edildi. Krallığın siyasi qədəri, Səba krallığının tam olaraq fəth edildiyi 280-ci ilə qədər bu krallıqla yaxından əlaqəsi olmuşdur. 525-ci ilə qədər bölgəsindən təsirli gücə malik olan krallığın iqtisadiyyatı taxılçılığa bağlı idi. Ən önemli ixraç məhsulu Mir ağacı və ondan əldə edilən tüstüdür. Şimali Afrika ilə yaxınlığı səbəbi ilə Roma imperiyasının Fil dişi ehtiyacının bir qismi buradan gedirdi.
Maryan Vidmar
Maryan Vidmar (d. 1 iyul 1960) — Yuqoslaviyalı biatlonçu. Maryan Vidmar Yuqoslaviyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maryan Vidmar birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Vidmar 37:08.1 saniyəlik nəticəsi ilə 64 atlet arasında 54-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Nardar Bayramov
Nardar Bayramov (azərb. Nardar Məmməd oğlu Bayramov‎; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib. === Təhsili === Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib. == Fəaliyyəti == Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir. == Təltifləri == Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Teruo Nimura
Teruo Nimura (d. 2 may 1943) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Tizdar dağı
Tizdar — Krasnodar diyarında, Azov dənizi sahilində yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 74,7 metr (1979-cu ilin məlumatı) olan dağ Temryuk rayonunun Za Rodinu qəsəbəsindən 1,5 km şimal-qərbdə yerləşir. Dağ Golubitskaya silsiləsinin ən yüksək zirvəsidir. Bölgə sönmüş palçıq vulkanların olduğu ərazi kimi diqqəti cəlb edir. == Etimologiyası == A.V.Tverdıy dağın adını türk mənşəli hesab edir. Ehtimal ki, ad çoxlu dərələr, uçurumlar mənasını verir. Bu da ərazinin relyefinə uyğundur. Ölkəşünas V.A.Valiyeva görə də söz türk mənşəli olub «rəhbər, başçı» deməkdir. Ümumən dağın əlavə iki adı da var: Sinaya Balka və Azov sopkası. Niyə Azov deyil, Tizdar vulkanı?
Yazıcık, Niksar
Yazıcıq — Tokat ilində qəsəbə.
Yazıcık (Niksar)
Yazıcıq — Tokat ilində qəsəbə.
Zeynep Dizdar
Zeynep Dizdar (14 iyul 1976, İstanbul), Türk pop musiqiçisi, söz yazarı.
Ece Dizdar
Ece Dizdar(13 may 1979 və ya 23 noyabr 1981, İstanbul) — O, Türk aktrisa və tərcüməçidir. == Həyatı == 23 noyabr 1981-ci ildə İstanbulda anadan olub. Atasının sualtı qayıqlarda işləməsi səbəbindən uşaqlıq illərində Türkiyənin bir çox şəhərlərində və Pakistan, Belçika, İngiltərə kimi ölkələrdə yaşayıb. O, ümumiyyətlə getdiyi yerlərdə DoDDS Amerika məktəblərində oxuyub. O, 12 yaşında Belçikada məktəb klubu musiqilərində oynayaraq aktyorluğa başlayıb. Orta məktəb illərində musiqili aktyorluq, səs və rəqs ixtisasları üzrə təhsil alıb, uşaq konservatoriyasının tərkibində 2 il səhnəyə çıxıb. Marmara Universitetinin Ünsiyyət fakültəsini bitirdikdən sonra Londona köçən aktrisa ARTSED aktyorluq akademiyasında təqaüdlə aktyorluq təhsilini tamamlayıb və peşəkar aktyorluq karyerasına qədəm qoyub. O, 2002-ci ildə "En Son Babalar Duyar" serialında adını açıqlayıb. İstanbulda "Esir Şehrin İnsanları", "Karakol", "Al Yazmalım", "Şubat", "Güneşi Beklerken" kimi bir çox televiziya layihələrində iştirak edib. Daha sonra rejissorluğu və ssenarisini Onur Ünlü olan "Beş Kardeş" serialında "Taverna şarkıcısı Şevval" obrazını canlandırıb.
Merve Dizdar
Merve Dizdar (25 iyun 1986, İzmir) — Türk Aktrisa. Cannes Film Festivalının Ən Yaxşı Aktrisa Mükafatı və Qızıl Portağal Ən Yaxşı Aktrisa Mükafatı da daxil olmaqla müxtəlif mükafatlara malikdir. == Həyatı == === Kariyera həyatı === Merve Dizdar 25 iyun 1986-cı ildə İzmirdə anadan olub. Çanaqqala Onsekiz Mart Universitetinin Aktyorluq Fakültəsini bitirib. Kadir Has Universitetində yüksək səviyyəli aktyorluq proqramı üzrə magistr təhsilini tamamlayıb. Teatr karyerasına Semaver Kumpanya ilə başlayıb və Craft Theatr-da davam edir. İlk uzun metrajlı filmi olan "Bir Ses Böler Geceyi" filmində Cem Davranla birlikdə rol aldı. "Kavak Yelleri", "Geniş Aile", "Bir Yastıkta", "Doksanlar" və "Çılgın Dersane Üniversitede", "Masumlar Apartmanı" kimi seriallarda çəkilib. === Şəxsi həyatı === 2018-ci ildə ailə qurduğu aktrisa 2021-ci ildə həyat yoldaşı Gürhan Altundaşardan boşanıb.
Nida
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir == Nida haqqında == Nidaların müxtəlif məna növləri var:Sevinc, heyranlıq, təəccüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey,Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz. Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey.
Aretusa (nimfa)
Gökhan Kırdar
Gökxan Kırdar (2 iyun 1970, Aydın) — türk musiqiçisi və film musiqisi bəstəkarıdır. O, İraq türkmənlərindəndir. == Filmoqrafiya == 1994. Gece, Melek ve Bizim Çocuklar 1998. Namaste 2001. Tekfur Sarayı ve İstanbul 2003. Kurtlar Vadisi 2003. Ölümsüz Aşk 2003. Hayalet 2003. Fırsat/Crude 2004.
Gözdə Kırdar
Gözde Kırdar – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının ən təcrübəli oyunçularından biri. Milli komandanın digər bir üzvü Özge Kırdar Çembercinin əkiz bacısıdır. == Karyerası == Voleybola 1999-cu ildə Günəş Sığortanın B komandasında başlayan voleybolçu bu komandanın Vakıfbankla birləşməsindən sonra karyerasına Vakıfbank Günəş Sığortada davam etmişdir. 2003-cü ildə ilk dəfə Türkiyə millisinə çağrılan voleybolçu ilk vaxtlar milli komanda da istədiyi oyunu göstər bilmir. Ancaq illər ötdükcə təcrübəsi də artan Gözde yavaş-yavaş milli komandanın əsas oyunçusuna çevrilməyə başlayır. Vakıfbankda da özünü yaxşı cəhətdən göstərən voleybolçu 2012-ci ilə qədər komandası ilə birlikdə sırası ilə CEV Çağırış Kuboku, Top Komandalar Kuboku, Çempionlar Liqası və Kulublar arası Dünya Çempionatının qızıl medallarını qazanmışdır. Türkiyədə də, kubok və superkubok qalibiyyətlərinin yanında ölkə çempionluğu da yaşayır. 2012-ci ildə voleybolçu üçün iki əlamətdar hadisə baş verir. Bunlardan biri milli komanda ilə Dünya Qranpirisində yaşanan üçüncülük olur, digəri isə təbii ki, 2012 Yay Olimpiya Oyunlarıdır.
Özgə Kırdar
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. == Karyerası == Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.