…AŞIRI

составная часть сложных слов, имеющая значение:
1. за. Dənizaşırı заморский, çayaşırı заречный, okeanaşırı заокеанский
2. через. Günaşırı через день, vaxtaşırı через каждое определённое время, временами, периодически (о повторяющихся событиях)
AŞINTI
AŞIRILMA
OBASTAN VİKİ
Gədik aşırımı
Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Həzrəməscid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı. == Nəqliyyat == Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
Mamison aşırımı
Mamison aşırımı (oset. Мамысоны æфцæг; gürc. მამისონის უღელტეხილი) — Böyük Qafqazın qərb hissəsindəki Baş Qafqaz silsiləsindən keçən hündürlüyü 2911 m (digər mənbələrə görə 2819 m) olan aşırım. Gürcüstan (Cənubi Osetiya) və Rusiya sərhədlərinin qovşağında olan keçid Mamikdon çayı vadisindən Çançaxı çayı vadisinə aparır. Tarixi Osetiya Hərbi Yolu Gürcüstan (Kutaisi) ilə Rusiyanı (Karcin) birləşdirən keçiddən keçir. Sərhəd keçidi hazırda bağlıdır və yol istifadədə deyil. == Tarix == Böyük Vətən müharibəsi illərində keçid mühüm rol oynamış və 1942-ci ilin iyunundan 1942 -ci il avqustun 15-dək olan dövrdə 46-cı Ordu qüvvələrinin bir hissəsi şimaldan Baş Qafqaz silsiləsindən - Mamison keçidini əhatə edərək müdafiəni təşkil edirdi. 10 iyun 2009-cu ilədək Gürcüstan sərhədçiləri Cənubi Osetiyadan keçid üzərində nəzarəti həyata keçirirdilər. Onların Çançaxi çayının vadisinə geri çəkilmədən sonra Rusiya və Cənubi Osetiya sərhədçiləri ərazini nəzarətə götürür, nəticədə bütün keçid faktiki olaraq Cənubi Osetiyanın nəzarətinə keçir. 2009-cu ilin iyun ayının əvvəlində partladılmış Nikolaevski körpüsünün bərpasından sonra, məlumat gəlir ki, Gürcüstan yenidən Çançaxi çayı boyunca yerləşən Hərbi-Osetiya yolunun bir hissəsinə nəzarəti ələ keçirir.
Qarlı aşırım
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, latın qrafikalı Azərbaycan əlifbası ilə 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
Qarlı aşırım (roman)
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, latın qrafikalı Azərbaycan əlifbası ilə 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
Qezevçek aşırımı
Qezevçek (gürc. გეზევცეკი, oset. Гезей æфцæг, qaraç.-balk. Гезе ыфцыкъ) — Baş Qafqaz silsiləsinin cənub yamacında olan dağ aşırımı. Aşırım Kabardin-Balkariya və Gürcüstan sərhəddində yerlşir. Aşırım Kabarin-Balkariya Respublikasının ən ucqar cənub nöqtəsidir. == Coğrafiyası == Aşırım Baş Qafqaz silsiləsinin ərazisində, Qezetau və Passis-Mta zirvələri arasında yerləşir. Aşırım Çerek və Rioni çaylarının yuxarı axarlarını əhatə edir. Qezevçek Qərbi Ştul buzlağından Passis-Mta zirvəsinin cənub sirkinə doğru uzanır. Aşırımdan 4 km şərqdə Kabardin-Balkariya, Şimali Osetiya və Gürcüstan sərhədləri birləşir.
Qipçi aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir. Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Qudurdağ aşırımı
Qudurdağ aşırımı — Baş Qafqaz silsiləsində yerləşən, Azərbaycannın Zaqatala rayonunu Samurçayın yuxarı axarı ilə birləşdirir. Aşırımın hündürlüyü 3259 m təşkil edir.
Qıpçaq aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir. Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Rikoti aşırımı
Rikoti (gürc. რიკოთის უღელტეხილი) — Gürcüstanı qərb və şərq hissəsinə ayıran Böyük Qafqazın bir qolu olan Lixi silsiləsinin cənub hissəsindəki aşırım. Burada Dzirula çayının sol qolu Rikotuli çayı axır. Gürcüstanın iki böyük şəhərini birləşdirən Tbilisi-Kutaisi magistral yolu, 1982-ci ildə inşa edilmiş uzunluğu 1722 m olan qaya tuneli sayəsində aşırımdan keçir. 2010-cu ildə tunel üzərində yenidənqurma işləri aparıldı, 2011-ci il noyabr ayında yenilənmə prosesi başa çatdı. == Ədəbiyyat == M. Utmelidze, Gürcüstan Sovet Ensiklopediyası, 8-ci buraxılış, səh.
Rok aşırımı
Rok aşırımı (oset. Ручъы ӕфцӕг, gürc. როკის უღელტეხილი) — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində, Gürcüstan və Rusiya arasında dağ aşırımı. Aşırım həm də Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirir. Rok aşırımı Rezaxo və Soxs zirvələri arasında yerləşir. Rok aşırımı şimalda Zakka çayı və Sanat dərəsini Rokdon çayı ilə və cənubda Zemo Roca kəndi ilə birləşdirir. Rok aşırımının ən hündür nöqtəsi dəniz səviyyəsindən 2996 metr yüksəklikdə yerləşir. == Tarixi == Arxiv məlumatlarına əsasən Rok aşırımından yolun çəkilməsi ideyyası 1839-cu ilə aiddir. 1931-ci ildə akademik F.Y.Levinson-Lessinq aşırım ərazisində geoloji araşdırmalar aparmışdır. Akademik 70 yaşında öz həyat yoldaşı ilə birlikdə aşırımdan keçmişdir.
Sakon aşırımlı körpüsü
Sakon aşırımlı körpüsü (yun. Τοξωτή Γέφυρα Τσακώνας) — Yunanıstanda, Megalopolis şəhəri yaxınlığında yerləşən və Sakon vadisindən keçən dünyanın ən böyük aşırımlı köprülərindən biri. Körpü son bir neçə on il ərzində çoxlu sürüşmənin baş verdiyi təhlükəli bir ərazidə yerləşir. == Tikintisi == Aşırımlı körpünün ümumi uzunluğu 490 metrdir. Bu Paradeziya-Sakona və Tripolis-Kalamata nəqliyyat xətlərinin tikintisi zəncirində son iş olmuşdur. Tikinti işləri «Moreas» konsorsiumu tərəfindən Yunanıstan hökumətinin dəstəyi ilə aparılmışdır. Layihəni hazırlayan Nikods Donas olmuşdur. O, bu layihəni «Cəsarət» adlandırırdı. Sakon aşırımlı körpüsü Harilaos Trikupis Körpüsündən sonra ən çətin mühəndislik layihələrindən biri hesab edilir. Layihənin ümumi dəyəri tikintidə çıxan problemlərdən dolayı 94 milyondan 131,5 mln avroya qədər artmışdır.
Salavat aşırımı-1
Salavat aşırımı - inzibati cəhətdən Azərbaycanın Şəki rayonu və Rusiyanın Dağıstan Respublikası Rutul rayonu ərazisində yerləşir. Hərbi-Axtı yolunun ən yüksək hissəsidir. Salavat dağı ətəklərində yerləşir. Aşırımın hündürlüyü 2830 metrdir. Aşırımdan nəqliyyat əlaqəsi bu hissədəki hava şəraitindən asılıdır.
Sipahi aşırımı
Sipahi aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 1825,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Parağa kəndindən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında yerləşir.
Toğlugədik aşırımı
Toğlugədik aşırımı - Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2684,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında gəzdək. Parağaçay qəsəbəsindən 3 km şərqdədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş massivin denudasiyası nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında, Kilit-Ağrıdağ antiklinalının şimal-şərq qanadında yerləşir.
Vrşiç aşırımı
Vrşiç (sloven. prelaz Vršič, it. passo della Moistrocca, alm. Werschetzpass‎) – Sloveniyanın şimal-qərbində yerləşən dağ aşırımı. Hündürlüyü 1611 metr olan aşırım Yuli Alplarında yerləşir. Aşırım həm Sloveniyanın, həm də Yuli Alplarının ən hündür aşırımıdır. Aşırım Yuxarı Karniolanı Trenta vadisi vasitəsilə Sloveniya Primoresini birləşdirir. Aşırımdan keçən tarixən Rus yolu kimi tanınır (Ruska cesta). Məhs bu yolun çəkilişində rus əsrlərindən istifadə edilmişdir. Hərbi məqsədlə çəkilən bu yol sonradan ticarət məqsədilə istifadə olundu.
Xuan Qomesin Somosierra aşırımında itkin düşməsi
Xuan Qomesin Somosierra aşırımında itkin düşməsi (isp. La desaparición de un niño de Somosierra.) - 1986-cı ilin 25 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərindən şimalda yerləşən Somosierra aşırımında baş vermiş yük avtomobil qəzası nəticəsində Xuan Perdo Martinez Qomes (isp. Juan Pedro Martínez Gómez) adlı 10 yaşlı İspaniya vətəndaşının itkin düşməsi hadisəsi. İnterpol baş vermiş itkin düşmə hadisəsinin son 30 il ərzində Avropadakı ən mistik və sirri açıla bilməyən itkin düşmə hadisəsi olduğunu bildirmişdir. 1986-cı ilin yayında hadisə baş verən zaman Xuan Pedronun 10 yaşı vardı. Hadisə Madrid şəhərindən şimalda yerləşən Somosierra dağ keçidində baş vermişdir. Xuanın atası Andres Martinez Navvaro şəxsi Volvo F-12 tipli yük maşını ilə yerli neft-kimya şirkətlərindən birində sürücü olaraq çalışırdı. Hadisə günü Martinez Navvaro, həyat yoldaşı və 10 yaşlı oğlu Mursiya bölgəsindən Bilbao şəhərinə doğru səfər etməkdə idilər. Sürücü 20 min litr kükürd turşusu məhlulu daşımaqda idi. Somosierra dağ keçidində irəliləyən zaman yük maşının əyləc sistemində yaranmış problemə görə yük avtomobili dərədən aşağı yuvarlanaraq, qəza törətmişdir.
Zod aşırımı
Zod aşırımı — Göyçə mahalı və Kəlbəcər rayonunu birləşdirən aşırım.Zod dağ aşırımı Zəngəzur silsiləsinin şimalinda, şərqi Göyçə silsiləsindədir. Hündürlüyü 2365 m. Tərtər çayının hövzəsindən Göyçə gölü hövzəsinə yol buradan keçir. == Məzmun == Dağlıq Qarabağın şimalını Ermənistanla birləşdirən Zod aşırımı özünəməxsus yerdir. == Geomorfologiyası == Şahdağ silsiləsinin cənub-şərqdində, Konqur zirvəsi (3043 m) ilə Kəmərqaya zirvəsi (3008 m) arasəndan keçərək, enlik istiqamətində Ermənistan Respublikası əarzisndəki Zod kəndinə enir. Keçidin mütləq yüksəkliyi 2200 m-dir. May-sentyabr aylarında hər cür nəqliyyat vasitələri üçün açıqdır. Qış dövründə isə xüsusi hazırlıqlı nəqliyyatdan istifadə olunur. Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisindəki Dəmirçidam yaşayış məntəqəsinə 6 km-ə qədər məsafə qət edilməlidir. Aşırıma hər iki tərəfdən hərəkət istiqaməti şay dərəsi boyu (Levçayın qolu) olduğundan su ehtiyatı kifayət qədərdir.
Ömər aşırımı
Ömər aşırımı — Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi. Aşırımın hündürlüyü 3261 m təşkil edir. Aşırım Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən biri olan Ömər aşırımı uğrunda döyüşə şahidlik etmişdir. == Geomorfologiyası == Ömər aşırımı Koroğlu (3462 m) və Gamış (3724 m) zirvələri arasındadır. Mütləq yüksəkliyi 3395 metr olan yəhərvari aşırımdan ibarətdir. İstifadə müddəti may ayından sentyabrın ortalarına qədərdir. Ən yaxın yaşayış məskəni — şimal istiqamətində Kürdəlilər və Pirverdilər kəndləridir. Bu istiqamətdə aşırımın 3 km-yində ilk su mənbəyi,2600 m-də Kürəkçayın mənbəyini, sonradan onun qollarından birini təşkil edən bulaqlar mövcuddur. Aşırımdan cənub istiqamətində isə su mənbəyi nisbətən yaxındadır (Maydançayın mənbəyini təşkil edən bulaqlar). Bu istiqamətdə ən yaxın yaşayış yeri Yanşaq kəndidir.
Ömər aşırımı uğrunda döyüş
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir. Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir.
Şimal Aşırımı
Şimal Aşırımı ( çin. 北坳 (Běi Ào), tib. Chang La) - Tibetdəki Everest və Çanqze dağlarını birləşdirən silsilədə buzlaqlar tərəfindən oyulmuş iti kənarlı keçitdir. Şərq Ronqbuk buzlağının başını təşkil edir. Alpinistlər Şimal silsiləsi (Tibet) üzərindən Everestə çıxmağa çalışdıqda, dağın özündə ilk düşərgə (ənənəvi olaraq IV Düşərgə, müasir I Düşərgə) Şimali Kol üzərində qurulur. Bu nöqtədən, təxminən dəniz səviyyəsindən 7,020 metr (23,030 ft) yuxarı alpinistlər Everestin Şimal üzü boyunca tədricən daha yüksək düşərgələrə çatmaq üçün Şimal silsiləsinə qalxırlar. Alpinistlər zirvəyə son təkanlarını VI düşərgədən 8,230 metr (27,001 ft) hündürlükdə edirlər. Şimal Aşırımına ilk dəfə Corc Mallori, Edvard Oliver Vheeler və Gay Bullok 23 sentyabr 1921-ci ildə, İngilis kəşfiyyat ekspedisiyası zamanı qalxdı. Bu, bir qərblinin ilk dəfə Everest dağına ayaq basması idi. Bura Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Mallorinin mövcudluğunu təsdiqləməsindən bir həftə əvvəl Vheeler tərəfindən kəşf edildi.
Bedel aşırımı
Bedel — Tyanşan dağ sistemində, Kakşaal-Too silsiləsi üzərindən keçən aşırım. Qırğızıstan və Çinin Sincan-Uyğur Muxtar Rayonu sərhəddində, dəniz səviyyəsindən 4,284 m yüksəklikdə yerləşir. İssık-Kul gölünün cənub sahilində yerləşən Barskoon kəndi ilə aşırımı birləşdirən yol var. Aşırımın yaxınlığında Yıştık çayının mənbəyidir. Aşırım tarixən mühüm karvan yolu kimi xidmət etmişdir və Böyük ipək yolu üzərində yerləşirdi.
Axırıncı aşırım
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir. == Məzmun == Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.

Значение слова в других словарях