Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.[1]
Azərməsçid (Həzrəməscid) aşırımı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3474,7 m |
Yerləşməsi | |
39°01′37″ şm. e. 46°04′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|