aber

konj. amma, əmma, ancaq, la-kin, buna baxmayaraq, halbuki, fəqət, leyk; bəs, məgər, bəyəm; (tadelnd) ~ ~! ey-ey!, etmə bu işi!; nun ~ halbuki; oder ~ və yaxud; wohl ~ və fəqət; da gibt es kein Aber əmması-məmmması yoxdur; es ist ein Aber dabei! bu işin bir əmması var!; ~ auch həm(i)də; ~ ja şübhəsiz
Abenteurer
Aberglaube
OBASTAN VİKİ
Aberdin
Aberdin — Böyük Britaniyada, Şotlandiyada şəhər. Aberdin Birləşmiş Krallığın nəhəng liman şəhəridir. Buradan neft buruqlarına xidmət göstərmək üçün xeyli gəmi yola çıxır. Şəhərin və qraflığın əhalisi birlikdə yarım milyondan artıqdır. Bilavasitə Aberdində 200 mindən artıq insan yaşayır. Aberdində iki universitetdən və çox sayda tədris və təhqiqat intstitutlarından ibarət güclü akademik baza var. Şotlandiyada əsas fəaliyyəti bütün sənaye sektorlarının inkişafına və onların əməkdaşlarının ixtisaslarının artırılmasına yönəlmiş bir sıra şirkətlər çalışır. == Tarixi == Şəhərin əsası Qədim Romanın müstəmləkəsi Devanın yerində qoyulub və iki çayın – Di və Donun məcraları arasında uzanır. Bu çaylar şəhəri iki hissəyə — Köhnə Aberdinə (şimal hissə) və Yeni Aberdinə (cənub hissə) ayırır. XII əsrdən başlayaraq XV əsrə qədər Aberdin Şotlandiya krallarının iqamətgahı olub.
Aberdin-Anqus qaramalı
Aberdin-Anqus qaramalı (ing. Aberdeen Angus) — tezyetişən ətlik qaramal cinsi. == Tarixi == Şotlandiyada yetişdirilmişdir. İngiltərə, Yeni Zelandiya, ABŞ, Kanada, Argentina və s. ölkələrdə əsas qaramal cinslərindəndir. 1932-ci ildə SSRİ-yə gətirilmişdir. Rusiyada əsas damazlıq təsərrüfatı Volqoqrad vilayətindədir. Azərbaycanda yerli cinsləri yaxşılaşdırmaq üçün istifadə olunur. == Xüsusiyyəti == Ayaqları qısa, rəngi qaradır. Buynuzsuzdur.
Aberdin Universiteti
Aberdin Universiteti — Şotlandiyada Aberdin şəhərində yerləşən universitetdir. Universitetin təməli 1495-ci ildə qoyulub və St. Andrews və Qlazqo Universitetindən sonra Şotlandiyada üçüncü ən qədim universitetdir. Universitet dünyada ingilis dilli 5-ci ən qədim universitetdir. Hazırkı universitet 1860-cı ildə iki bazlı kollecin-King's College (təməli 1495-ci ildə qoyulub və Aberdin Universiteti kimi hesab olunur) və Marischal College (1593-cü ildə təməli qoyulub və hazırda Aberdin şəhər mərkəzinə aid edilir). Bu gün Aberdin Universiteti mərkəzləşdirilmiş tədqiqat universiteti kimi fəaliyyət göstərir və dünyanın ilk 150 universiteti arasında mövqe tutur. Hazırda Aberdin universiteti Aberdin şəhərində yerləşində yerləşən 2 universitetdən biridir(digəri Robert Gordon Universitetidir). Universitet Aberdin şəhərinin simbolu olan rəmzi binaları ilə şəhər həyatında mühüm yer tutur. Universitetin 2 əsas şəhərciyi var: əsas tədbirlər və dərslər əsasən Old Aberdin Kings College şəhərciyində (əsasən 20-əsrdə tikilmiş binalar və qədim orjinal binalar yerləşir) baş verir.
Aberfan faciəsi
Aberfan faciəsi — 21 oktyabr 1966-cı ildə baş verən kütlə sürüşməsi nəticəsində kütləvi insan ölümü ilə nəticələnən hadisədir. Qurbanların sayı 116-sı uşaq olmaqla 144 nəfər idi. == Fəlakətin səbəbləri == Cənubi Uelsin Aberfan kəndi kömür mədəninə yaxın yerləşirdi. Mədən böyük qaya yığınlarını yer səthinə tullayırdı. Bu zibilliklərdən biri ətəyində yerli məktəbin yerləşdiyi dağın yamacında idi. Onun hündürlüyü 34 metrə çatırdı. Sonradan məlum olur ki, tullantı qismən qrunt suları ilə yuyulan əraziyə də atılır. Qəti qadağan edilməsinə baxmayaraq Milli Kömür Şurasının işçiləri buna məhəl qoymurlar. 1966-cı ilin oktyabr ayının Uelsdə çox yağışlı keçməsi fəlakət üçün son təkan olur. == Fəlakət == Oktyabrın 21-i səhər saat 9:15 radələrində dağın zirvəsi yerindən tərpənir və təxminən 110 min kubmetrə yaxın süxur aşağı doğru sürüşür.
Aberia
Dovyalis (lat. Dovyalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Tropikal və Cənubi Afrika, Şri-Lanka ərazilərində yayılmışdır. == Sinonimləri == === Heterotipik sinonimləri === Aberia Hochst. Ateleste Sond.
Aberia caffra
Dovyalis caffra (lat. Dovyalis caffra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin dovyalis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aberia caffra Hook.f. & Harv.
Aberrantia
Acianthera (lat. Acianthera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Echinops aberdaricus
Echinops aberdaricus (lat. Echinops aberdaricus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Echinops oehlerianus O.Hoffm.
Haplopappus aberrans
Herman Abert
Hermann Abert (alm. Hermann Abert‎; 25 mart 1871[…], Ştutqart – 13 avqust 1927[…], Ştutqart) — Almaniya musiqişünası. O, qədim və orta əsrlər musiqisi, opera tarixi üzrə tədqiqatlar aparmışdır. Abert Volfqanq Amadey Motsart haqqında monoqrafiyanın müəllifidir.
Kampimodromus aberrans
Kampimodromus aberrans (lat. Kampimodromus aberrans) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
L'Aberjeman-Klemansya
L'Aberjeman-Klemansya (fr. L’Abergement-Clémenciat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01097. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 784 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda L'Aberjeman-Klemansya ilə əlaqəli mediafayllar var.
Le-Petit-Aberjman
Le-Petit-Aberjman (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Le-Qrand-Aberjeman
Le-Qrand-Aberjeman (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lesli Patrik Aberkrombi
Ser Lesli Patrik Aberkrombi (6 iyun 1879[…] – 23 mart 1957[…]) — İngiltərə memarı, şəhərsalanı, memarlıq nəzəriyyəçisi. O, Qərbi Avropada şəhərlərdə rayonların funksional sərhədlərinin müəyyənləşdirilməsi, peyk şəhərlərin yaradılmasında birincilərdən olmuşdur. Aberkrombi 1944-cü ildə "Böyük London"un inkişafı layihəsini hazırlayarkən onun ərazisini məhdudlaşdıran "yaşıl zolağ"ın yaradılmasını təklif etmişdir. O, 1915–1935-ci illərdə Liverpul və London Universitetlərində dərs demişdir. Aberkrombi 1946–1957-ci illərdə Beynəlxalq Memarlar İttifaqının prezidenti olmuşdur. == Əsərləri == Sir Patrick Abercrombie, The Preservation of Rural England, Hodder and Stoughton Ltd, London, 1926. J. H. Forshaw and Patrick Abercrombie, County of London Plan, Macmillan & Co. 1943. Edwin Lutyens & Patrick Abercrombie, A Plan for the City & County of Kingston upon Hull, Brown (London & Hull), 1945. Sir Patrick Abercrombie, Revised by D.Rigby Childs, "Town and Country Planning", ThirdEdition, Oxford University Press, 1959, Reprinted 1961 and 1967.
Lobelia aberdarica
Lobelia aberdarica (lat. Lobelia aberdarica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü.
Macronema aberrans
Mixail Aberbax
Senecio aberrans
Senecio aberrans (lat. Senecio aberrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sideranthus aberrans
Drosera whittakeri subsp. aberrans
Drosera aberrans (lat. Drosera aberrans) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Drosera whittakeri subsp.
Aberistuin Universiteti
Aberistuin Universiteti — Aberistuində (Uels qraflığı) ictimai-tədqiqat universiteti. Universitet keçmiş Uels Federal Universitetinin qurucularındandır. Aberistuin Universitetində 3 akademik fakültə və 17 şöbədə 8000-dən çox tələbə təhsil alır. == Tarixi == Universitet 1872-ci ildə Uels Universitet Kolleci kimi qurulmuşdur. Universitetdə ​​Hüquq, Tətbiqi riyaziyyat, Botanika və s. fənlərdən kurslar keçirilirdi. Beynəlxalq Siyasət Departamenti 1919-cu ildə yaradıldı. == Akademik strukturu == === İncəsənət və Sosial Elmlər fakültəsi === === Biznes və Fizika Elmləri fakültəsi === === Yer və Həyat Elmləri fakültəsi === == Reytinqləri == Universitet Milli reytinqlərdə Böyük Britaniyanın ən yaxşı 40 universiteti sırasında yer alır. O, 2023-cü il üçün The Times/Sunday Times Good University Guidenin reytinqində Böyük Britaniyanın 132 universiteti arasında 38-ci yerdədir və 2 il ardıcıl olaraq 2018-2019- cu illərdə "Tədris keyfiyyətinə görə ilin universiteti" nüfuzlu mükafatına layiq görülən ilk universitetdir.
Aberdin Dağı
Aberdin Dağı (Mount Aberdeen) — Kanadanın Alberta vilayətində, Banff Milli Parkının ərazisində yerləşən dağ. == Tarixi == Dağın adı 1897-ci ildə Kanadanın 7-ci General Qubernatoru Lord Aberdinin şərəfinə adlandırılmışdır. Zirvəyə ilk yüksəliş 1894-cü ildə Samuel E.S. Allen, L.F. Frissel və Uolter D. Uilkoks tərəfindən olmuşdur. Dağın adı rəsmi olaraq 1952-ci ildə Kanadanın Coğrafi Adlar Şurası tərəfindən elan edilmişdir. == Coğrafiyası == Aberdin dağı Banff Milli Parkının Luiz gölünə yaxın yerləşən 3,152 metrlik (10,341 fut) dağ zirvəsidir. Dağın ən yaxın yüksək zirvəsi Cənub-Qərbdən 2,9 km (1,8 mil) məsafədə yerləşən Lefroy dağıdır. Haddo zirvəsi Aberdin dağı ilə eyni massivdə, Aberdin buzlaqı isə iki zirvə arasında yerləşir. == Geologiyası == Banff Parkındakı digər dağlar kimi, Aberdin dağı da Kembridən əvvəl Yura dövrünə qədər uzanan qayalıqlardan ibarətdir. == İqlimi == Dağ qışı soyuq, qarlı və yayı mülayim keçən Subarktik iqlim zonasında yerləşir. Temperaturu -20°-4° və küləyin soyuma dərəcələri -30°-22°-ə qədər enə bilər.
Aberia edulis
Dovyalis caffra (lat. Dovyalis caffra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin dovyalis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aberia caffra Hook.f. & Harv.
Abertay Universiteti
Abertay Universiteti — Şotlandiyanın Dandi şəhərində Britaniya universiteti. == Tarixi == Universitet Dandi Texnologiya İnstitutu kimi 1888-ci ildə yaradılıb. 1992-ci ildə Şotlandiya Təhsil Nazirliyi tərəfindən təhsil mərkəzi kimi tanınıb və Mərkəzi qurum statusunu alan ilk universitetlərdən olub. 1994-cü ildə universitet statusu alıb. Universitet 1997-ci ildə dünyada "Kompüter oyunları" üzrə mütəxəssis dərəcəsi təklif edən ilk universitetdir və kompüter oyunları startapları üçün biznes dəstək proqramı ilə əlaqələndirilir. 2014-cü ildən universitet özünü Abertay Universiteti kimi tanıtdı. 1 sentyabr 2019-cu ildə universitetin adı rəsmi olaraq Abertay Universiteti olaraq dəyişdirildi. == Kampusları == Abertay Universiteti Dandi şəhərinin mərkəzində yerləşir. Kampus binalarına Dandi Biznes Məktəbinin tarixi binaları, Bernard King Kitabxanası, Təlim mərkəzləri, Böyük Britaniya Kompüter oyunları Mükəmməllik mərkəzinin ən müasir kompüter oyunları laboratoriyaları daxildir. Abertay Kiberkvartal ​​kampusu 2022-ci ilin iyun ayında açıldı və qlobal kibertəhlükəsizlik problemlərini həll etmək üçün tələbələri, alimləri və təşkilatları bir araya gətirməyə kömək edir.