ABİOTİK AMİLLƏR

Canlı orqanizmlərə təsir göstərən qeyri-üzvi mühit şəraitinin məcmusu. A.a. kimyəvi (atmosferin, dəniz su-larının, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim (temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, kosmik ra-diasiya, günəş radiasiyası və s.) amillərinə bölünür. A.a.-in canlı orqanizmlərə təsirini ekologiya elmi öyrənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir göstərə-rək uzun evolyusiya ərzində orqanizmlərin adaptasiya olunmuş A.a.-ri nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
ABİSSAL SAHƏ
OBASTAN VİKİ
Abiotik amillər
Abiotik amillər (yun. a- inkar, bios- həyat) — cansız təbiət amilləri. == Ümumi məlumat == Abiotik amillər canlı orqanizmlərə təsir göstərən qeyri-üzvi mühit şəraitinin məcmusu kimi başa düşülür. Bu amillər kimyəvi (atmosferin, dəniz sularının, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim (temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, külək, kosmik radiasiya, günəş radiasiyası və s.) amillərə bölünür. Abiotik amillərin canlı orqanizmlərin həyatında rolu çox böyükdür və bu təsiri ekologiya elmi öyrənir. Bu termin, əsasən, ekologiyada işlənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş abiotik amillərini nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
Geomorfoloji amillər
Limitləyici amillər qanunu
Limitləyici (məhdudlaşdırıcı) amillər qanunu — ekologiyanın fundamental qanunlarından biri. == Qanunun kəşfi == Üzvi kimyaçı, aqrokimyanın banilərindən biri Y.Libix (1803–1873) bitkilərin 1840-cı ildə mineral qidalanma nəzəriyyəsini irəli sürmüşdür. O, müəyyən etmişdir ki, bitkilərin inkişafı kifayət qədər olan kimyəvi element və maddələrdən (amillərdən) başqa,eyni zamanda çatışmayan element və maddələrdən də asılıdır. Öz tədqiqatları nəticəsində Libix "minimum" qanununu formalaşdırmışdır. == Qanunun əhəmiyyəti == Qanuna görə, optimal kəmiyyətindən daha çox kənara çıxan amil orqanizm üçün daha əhəmiyyətlidir. Ona görə də, ekoloji şəraiti proqnozlaşdırarkən və ya ekspertiza həyata keçirilərkən, orqanizmin həyatındakı ən zəif həlqəni müəyyən etmək çox əhəmiyyətlidir. Verilmiş konkret anda orqanizmin yaşaması məhz minimal (və ya maksimal) səviyyədəki amildən asılıdır. Başqa zaman kəsiyində digər amillər də məhdudlaşdırıcı ola bilər. Öz həyatı ərzində canlı orqanizmlər onların həyat fəaliyyətinə təsir göstərən ən müxtəlif limitləyici amillərə məruz qalır. == Qanunun tətbiqi == Qanun kənd təsərrüfatı praktikasında daim nəzərə alınır.
Çayların sululuğu və ona təsir edən amillər