Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abbas
Abbas — kişilərə verilən şəxsi ad. Azərbaycanda bu addan geniş istifadə olunur. I Abbas — Səfəvilər dövlətinin hökmdarı (1587–1629). II Abbas — Səfəvilər dövlətinin hökmdarı (1642-1666). III Abbas — Səfəvilər dövlətinin sonuncu — XI şahı, II Təhmasibin oğlu. Abbas ağa Abbasağa Azərtürk — şair, pedaqoq (1934-1998). Abbas ağa Nazir — azərbaycanlı şair, tərcüməçi və maarif xadimi. Abbas ağa Təbrizi — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. Abbas Ağalarov — azərbaycanlı boksçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim. Abbas Ağamirov — azərbaycanlı boksçu, SSRİ-nin əməkdar idman ustası.
Abzas
Abzas (və ya Sətirbaşı) — hər hansı mətnin sətrin əvvəlindən sonrakı sətrin əvvəlinə qədər olan hissəsi. Abzas hekayə üsullarından və düşüncə inkişaf yollarından istifadə etməklə bir duyğu, düşüncə, xahiş, vəziyyət, təklif, hadisənin bir tərəfini, yalnız bir cəhətini təsvir edən yazı növüdür. Sözlər vasitəsilə cümlələr, cümlələr vasitəsilə abzaslar, abzaslar vasitəsilə məqalələr, mətnlər yazılır. Abzas bir neçə cümlədən ibarətdir. Sətir başlanğıcı; Mətnin bir sətirbaşından digər sətirbaşına qədər olan hissəsi; Çap və ya əlyazması mətnlərində sətirbaşında verilən ara, sətirbaşı; Mətnin iki sətirbaşı arasındakı məzmunca bağlı hissəsi; Mətnin hər hansı bir hissəsinin əvvəlində boş yer (sətirbaşı); Mətnin sətirbaşı ilə ayrılmış, məna baxımından nisbətən tamamlanmış hissəsi. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2009, 201 s.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q. Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Fərhad Abbas
Fərhad Abbas (ərəb. فرحات عباس‎) (24 avqust 1899[…] – 24 dekabr 1985[…], Əlcəzair) — Əlcəzair siyasətçisi, ölkənin müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri. O, mülayim milliyətçi fikirlərə sahib idi. == Həyatı == Fərhad Abbas 24 avqust 1899-cu ildə Fransanın bir hissəsi olan Əlcəzairin Tahir şəhərində anadan olmuşdur. O, Sətifdə əczaçı olaraq çalışırdı. Abbas 1938-ci ildə Əlcəzair Xalq İttifaqını təsis etmişdir. O, 1943-cü ildə "Əlcəzair xalqının manifesti"ni yayımlamış və Əlcəzair Bəyannaməsinin Demokratik Birlik Partiyasını təsis etmişdir. Abbas İkinci Təsis Məclisi, daha sonra 1948-ci ildə Əlcəzair Məclisinin üzvü olmuşdur. O, iğtişaşlar başlayandan sonra ölkəni tərk etmiş və Misirə getmişdir. Abbas 1958-ci ildə Qahirədə yaradılmış "Əlcəzair Müvəqqəti Hökuməti"nin rəhbəri olmuşdur.
Göyər Abbas
Göyər Abbas, Göyərabas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Göyər Abbas kəndi Bərgüşad silsiləsinin yamacındadır. Oykonimin birinci komponenti Göyərcik sözünün ellipsiyaya uğramış variantıdır. İkinci komponent isə vaxtilə həmin məntəqənin adı çəkilən şəxsin tabeliyində olduğunu göstərir. Kəndin adı "Abbasa məxsus Göyərcik kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Göyərabas kəndi Qubadlı rayonunun ən ucqar kəndlərindən biridir. Kiçik ərazisi olan bu kənd 4 tərəfdən dağlarla əhatələnmişdir. Kəndin çox heyrətamiz təbiəti, dağ havası və saf bulaq suları var.
Həmid Abbas
Həmid Abbas — şair, jurnalist, tərcüməçi, əməkdar incəsənət xadimi, Azərbaycan KP MK-da məsul işçi (1970-1981), Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1981-1999), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Həmid Məmmədəli oğlu Abbasov 10 oktyabr 1935-ci ildə Qazax rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsindən məzun olub. Həmid Abbas 19 noyabr 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəaliyyəti == Əmək fəaliyyətinə 1960-cı ildə tərcüməçilik edərək başlasa da səyyar müxbirlik, redaktorluk kimi vəzifələrdə də çalışmışdır. İlk əsəri, ,,Dilican’’ adlı şeiridir (1957). Ayrıca ,,Gəncliyin səsi’’ adlı ədəbi külliyətində ve dönəm mətbuatlarında şeirləri yayımlanmışdır. ,,Tarla qızları’’ adlı ilk şeir kitabı Abbas Həmid təxəllüsü ilə nəşr edildi. 1978-ci ildə Ali Partiya Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan Jurnalistlər Birliyinə, 1983-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv oldu.
III Abbas
III Şah Abbas və ya III Abbas (tam adı: Abbas Mirzə Təhmasib oğlu Səfəvi; yanvar 1732, Qoçan, Rəzəvi Xorasan ostanı – fevral 1740, Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər İmperiyasının XI şahı (avqust 1732—21 mart 1736). II Şah Təhmasibin Şahpuri sultandan olan oğlu. == Həyatı == Abbas Mirzə yanvar 1732-ci ildə Səfəvilər İmperiyasında anadan olmuşdur. 1732-ci ilin avqustunda Nadir xan Əfşar Xorasandakı qiyamı yatırdıqdan sonra öz tərəfdarları olan feodal əyanlarının köməyi ilə Səfəvilər İmperiyasının hökmdarı II Şah Təhmasibi hakimiyyətdən devirərək, Abbas Mirzəni hakimiyyətə gətirir. II Təhmasib isə Nadir xan tərəfindən Xorasanın Səbzivar şəhərində həbs edilir. 7 sentyabr 1732-ci ildə Abbas Mirzə III Şah Abbas adı ilə nominal şah elan edilir və tacqoyma mərasimi keçirilir. Və beləliklə dövləti onun adından Səfəvi ordusunun baş komandanı Nadir xan idarə etməyə başlayır. 21 mart 1736-cı ildə Nadir xan Suqovuşanda özünü şah elan edir və III Abbası Səbzivar şəhərinə atası II Təhmasibin yanına həbsə göndərir. 1738-ci ildə Nadir şah oğlu Rzaqulu xan Əfşarı naibus-səltənə təyin edib Əfqanıstan və Hindistana yürüşə gedir. H.Q. 1752-ci ilin baharında İraqda şayiə yayılır ki, Hindistanda Əfşar ordusuna qorxulu xəstəlik düşüb və Nadir şah özü də həlak olub.
II Abbas
II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır. Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir.
I Abbas
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat – 19 yanvar 1629, Behşəhr, Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur. Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəstlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı. Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi.
Katolikos Abbas
Katolikos Abas (erm. Աբաս, bilinmir, Mets-İrank, Arsak – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Mahmud Abbas
Mahmud Abbas (ərəb. محمود عباس‎) və ya Əbu Mazen (ابو مازن‎‎; 15 noyabr 1935, Safed, Britaniya Fələstini) — Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin (FƏTH) sədri.
Məşədi Abbas
Məşədi Abbas Məşədi Həşim oğlu Rzazadə (1878-1954) 1878-ci ildə, Şuşada Məşədi Həşim Rzazadənin evində dünyaya gələn körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızdan sonra oğlunun doğulmasına çox sevinir. O, Ağdam və Şuşa bazarlarında bal satırmış, ailəsini çox çətinliklə dolandırırmış. Uşaqlıq illərində varlıların mal-qarasını otaran Abbas sonra dərzi yanında şagirdlik eləyirmiş. Ancaq 6 nəfərlik ailə yenə sıxıntı içindəymiş. Həşimin qardaşı Məşədi Səlimsə varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə qurduğundan heç nəyə ehtiyacı yoxmuş, pula-pul demirmiş. Amma qardaşına və onun ailəsinə heç kömək etmirmiş. Məşədi Həşim yay-payız ona meyvə sovqatı göndərər və umurmuş ki, bəlkə Səlim zənbili pay-püşlə qaytara. Ancaq kiçik Abbas hər dəfə evə əliboş qayıdarmış. Bir dəfə oğlunu yenə qardaşıgilə göndərən Həşim ona deyir: "Əminə de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin".
Nazim Abbas
Nazim Hüseynqulu oğlu Abbasov (14 dekabr 1938, Lənkəran – 16 sentyabr 2000) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Nazim Abbas 1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-ci ildə ADTİ-nin (indiki ADMİU) teatr və kino fakültəsini, 1972-ci ildə LDTM və Kİ-nin televiziya rejissorluğu fakültəsini bitirmişdir. 1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. 1979–1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru olmuşdur. 1993–2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olmuşdur. Yüzdən artıq televiziya filminə rejissorluq edib. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının qızıl fondunda qorunub saxlanılır. Nazim Abbas işlədiyi 37 il ərzində 5 bədii, 17 musiqili və 127 sənədli filmlərin rejissoru və bəzilərinin ssenari müəllifidir. Nazim Abbasın çəkdiyi 12 film mükafat və prizlərə layiq görülüb.
Nizami Abbas
Abbasov Nizami Vəli oğlu (Nizami Abbas) (1 yanvar 1957, Şamxor rayonu) — Azərbaycan operatoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü. Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsini bitirmişdir. 1974–1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyir. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olub. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası"nın bədii rəhbəri olub. Çəkdiyi "Balaban" sənədli filmi 2015-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.
Radə Abbas
Soltan Abbas
Soltan Abbas (tam adı:Soltan İsrafil oğlu Abbasov; d.7 yanvar 1933, Neftçala, Ballıcalı k.) — şair, publisist, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1988). 1933-cü ildə yanvarın 7-də Azərbaycanın Neftçala rayonunun Ballıcalı kəndində anadan olub. Burada 1952-ci ildə ibtidai məktəbi, Boyat kəndində yeddiilliyi, Xıllı rayonunun Xıllı kəndində isə orta məktəbi bitirmişdir. 1951-53-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlamışdır. 1953-55-ci illərdə Boyat kənd sovetinin katibi və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləmişdir. 1955-57-ci illərdə Bakı pedaqoji məktəbində təhsil almışdır. 1957-60-cı illərdə Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960-73-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik etmişdir. 1973-74-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirdikdən sonra Boyat kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir. 1991-2006-cı illərdə həmin kənddə inzibati ərazi nümayəndəsi olmuşdur.
Abbas Muradov
Abbas Həmid oğlu Muradov (fr. Abbasse Mouradoff, 19 oktyabr 1899, Şuşa – 4 iyun 1991, Şalon-an-Şampan, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Ağdam rus-tatar (Azərbaycan) məktəbini (1912) və Peterburq realnı məktəbini bitirdikdən (1918) sonra bir müddət Ümumrusiya Müsəlmanlar ittifaqının icraiyyə komitəsində işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti himayədarlıq nazirliyinin qaçqınlarla iş şöbəsində çalışmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti quralduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–22-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923–25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Abbas bəy Muradov 1929-cu ildə Paris Universitetində "Oynaq revmatizmi hallarında natrium salisilatının terapevtik dəyərinin öyrənilməsinə təcrübi töhfə" adlı dissertasiyanı müdafiə etmiş və sonralar həkim kimi işləmişdir. Qabriel Busenqo (1910–2007) ilə ailə qurmuşdu. Onların Jak və Münir adlı iki oğlu və Lezli adlı qızı var idi. Abbas bəy Muradov 1991-ci ildə vəfat edib.
Abbas Səhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi. == Həyatı == Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.
Abbas İbrahimov
Abbas Məmmədəli oğlu İbrahimov (11 iyul, 1981) - "ABB" ASC-nin İdarə Heyətinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü, Azərbaycan Banklar Assosiasiyası-nın vitse-prezidenti, Əmanətlərin Sığortalanması Fondu-nun Himayəçilik Şurasının üzvü. == Həyatı == Abbas İbrahimov 1981-ci ildə Bakı şəhərində anadan olub. == Təhsili == 1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. 2003-cü ildə Ankara Universitetində Biznes iqtisadiyyatı ixtisası üzrə bakalavr, 2005-ci ildə İstanbul Texniki Universitetində İqtisadçı-menecer ixtisası üzrə MBA dərəcəsi alıb. == Təcrübəsi == Abbas İbrahimov bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə “Bank of Baku” ASC-də Tədqiqat və inkişaf departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda Ödəniş kartları bölməsinin rəhbəri, Məhsulların yaradılması və idarə edilməsi departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub. 2015-2016-ci illərdə “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri olub. 2017-cı ildə "ABB" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2018-ci ilin dekabrından "ABB" ASC-nin İdarə Heyətinin sədridir.
Abbas gölü
Abbasgölü — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd. == Toponimi == Kəndin digər adı "Güllücə"dir (dəqiqi: "Göllücə"). 1828–1832-ci illərdə kənddə gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1988-ci ildə azərbaycanlılar qovulmuşdur. Tam adı Abbasgöl-qışlaq. Qışlaq gölün adı ilə adlanmışdır.
Hiram Abbas
Mustafa Hiram Abas (1932, İstanbul — 26 sentyabr 1990, İstanbul). 1932-ci ildə İstanbulda doğuldu. 1957-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsini bitirdi. Müfəttişlik vəzifəsindən sonra ehtiyat zabit olan və M İ T-də işə başlayan Hiram Abas 12 mart dövründə M İ T-də böyük vəzifələrdə olan Abbas, 1978-ci ildə Namiq Kamal Ersun'un tasfiyesiyle əlaqəli olaraq öz istəyiylə təqaüdə ayrıldı. 1983-cü ildə ikinci dəfə Milli İstihbarat Təşkilatına dönən Abbas, 1988-ci ildə nümayiş olunan MİT hesabatı hadisəsində məsul görülərək, hesabatı qələmə alan Mehmet Eymür'le passiv vəzifəyə alınmaq tələb edilib, ikinci dəfə təşkilatdan öz istəyi ilə ayrıldı. Qorqud Eken ilə abi qardaş, köhnə M İ T məsləhətçisi və general-leytenant Mehmet Fuad Doğu ilə ata oğul əlaqəsi içində olduğu müxtəlif kitablarda belrtilmiştir. Amerika silah firmalarının Türkiyə nümayəndəliyini edən bir şirkətdə çalışarkən 26 sentyabr 1990 səhəri işinə getmək üçün yola çıxdığında uğradığı sui-qəsddə həyatını itirdi. Evinin yaxınlığında, bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas, hadisə yerində öldü. Cinayəti DEV-SOL üstlense də, Hiram Abasın faili məchul iddiası tozlu rəflərdə çürüyüb getmişdir. Kurtlar Vadisindəki köhnə xarakterlərdən Aslan Akbeyin (Aslan Amca-serialdakı gerçək adı: Abbas Ustaoğlu) Hiram Abası təmsil etdiyi irəli sürülür.
Abbas Əhməd
Abbas Allahverdi oğlu Əhmədov, musiqi ləqəbi Abbas Əhməd (25 dekabr 1960, Moskva) — Azərbaycan ballada müğənnisi. 1990-cı illərin əvvəlində "Ürəyim yanar" adlı mahnıyla məşhurlaşdı. == Həyatı == 1960-cı ildə Rusiyada doğulub, amma əsili Şamaxıdandır. Rusiyada məktəbə getmişdir. Dördüncü sinifdə oxuyanda bir müddətə Bakıya köçdü. 1989-cu ildə "Qızıl payız" mahnı müsabiqəsində birinci yeri tutdu. 1988-ci ildən 2002-ci ilə qədər "Qaya" musiqi qrupunda işləmişdir. 1992-ci ildə "Ürəyim yanar" mahnısını Elçin Mirzəbəylinin sözlərinə yazdı. Mahnını həyat yoldaşıma həsr etdi. 2003-cü ildən Rusiyada yaşayır, Moskvadan 15–20 kilometr kənarda.
Abzas Media
AbzasMedia — Azərbaycanda fəaliyyət göstərən qeyri-kommersiya müstəqil media orqanı. 2016-cı ildə Ülvi Həsənli daxil olmaqla bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilib. Fəaliyyəti əsasən korrupsiya araşdırmaları ilə bağlıdır. Sayt hər gün daxili siyasət və insan haqları ilə bağlı beş-altı xəbər, həmçinin dövri köşə yazıları və araşdırmalar dərc edir. AbzasMedia martın 19-da Çexiyada "People in Need" təşkilatının "Homo Homini" insan hüquqları mükafatına layiq görülüb. 23 avqust 2024-cü ildə "Azad Media" mükafatına layiq görülüb.
Çiçək Abbas
Çiçək Abbas (türk. Çiçek Abbas) — Sinan Çətinin rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1982-ci ildə çəkilən Türkiyə filmi. Çiçək Abbas (İlyas Salman), Şakir adında (Şənər Şən) bir minibus sürücüsünün yanında müavindir. Şakir şorgözün biridir. Abbas isə tam tərsinə saf-sadə biridir. Tək xəyalı minibusçu olmaq və aşiq olduğu və patronunun da evlənmək istədiyi qızla (Pəmbə Mutlu) evlənməkdir. Abbas sınıq-salxaq bir minibusu sələmçidən borclanaraq alır və çalışaraq borcunu ödəməyə başlayır. Bu sırada patronun ayrıldığı nişanlısı ilə bir-birlərinə aşiq olurlar. Şakir bunu həzm edə bilmir və Abbasın minibusunun təkərlərini və motorunu oğurlayır. Zor duruma düşən Abbas borcunu ödəyə bilmir və sələmçi minibusu geri istəyir.
Abbas Ağazadə
Abbas Ağazadə (10 fevral 1999, Azərbaycan) — Azərbaycanın Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Karyera == 9 iyul 2019-cu ildə Ağazadə "Sabah" klubu ilə 3 illik müqavilə imzalayıb. O, Azərbaycan Premyer Liqasında debütünü avqustun 19-da "Neftçi" ilə 1:1 hesablı heç-heçə ilə başlayıb.
Abad (Ağdaş)
Abad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Abad kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1765 nəfərdir (2008). == Etimologiyası == 1809-cu ildə Avat, 1917-ci ildə Avad şəklində qeydə alınmışdır. Yerli sakinlərin dilində Avat kimi tələffüz olunur və "təmiz və bol məhsul verən yer" mənasında izah edilir. Mənbələrin verdiyi məlumata görə, avat qırğız tayfalarından birinin adıdır. Tümen vilayətində Abat, Gürcüstanda Abatxevi, Qazaxıstanda Avat, Qafqazda Avat dağ və kənd adları Abad (Ağdaş) oykoniminin avat etnonimi ilə bağlı olduğunu söyləməyə əsas verir. Türklərin Qərb yürüşlərində iştirak edən avatların XI–XIII əsrlərdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmələri ehtimal olunur. == Tarixi == Kəndin əsası 1809-cu ildə qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Avad kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi.
Abbas-Abad briqi
"Abbas-Abad" (rus. «Аббас-Абад») — Rus donanmasının "Erivan" (rus. «Эривань») tipli 12 toplu briqi, bu tipli dörd briqlərdən biri. Ruslar bu adı Abbasabad qalasının 1827-ci il iyulun 6-da zəbt edilməsinin xatirəsinə görə qoyub. == Tarixi == Briqin əsası 4 (16) oktyabr 1824-cü ildə qoyulub. 16 (28) avqust 1827-ci ildə suya buraxıldı və Xəzər donanmasının tərkibinə daxil edildi. "Abbas-Abad" iki müharibədə iştirak etmişdir — Rusiya-İran müharibəsi (1826-1828) (kreyser xidməti göstərirdi) və Rusiya-Osmanlı müharibəsi (1828-1829) (Həştərxandan vəsaitlərin və qoşunların fəaliyyət göstərən orduya çatdırılmasını təmin edirdi). Müharibələr bitəndən sonra briq 1830–1832-ci və 1834–1836-cı illər ərzində Xəzər Dənizində istifadə olunurdu, Həştərxan — Bakı marşrutu, Kürün mənsəb hissəsi və Sara adasına yük daşıyırdı. 1837-ci ildə briq Həştərxanda söküldü. == Komandirləri == "Abbas-Abad" briqin komandirləri müxtəlif vaxtlarda aşağıdaki şəxslər olmuşdur: 1827–1828 — Y. D. Mandrika 1829–1830 — A. P. Doroxov 1832 — A. T. Aleksandrovskiy 1834 — iyul 1836 — V. T. Alenikov с июля 1836 — S. S. Palitsin == Ədəbiyyat == Чернышёв А. А. Российский парусный флот.
Abaşa
Abaşa (gürc. აბაშა) — Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Abbat
Abbat (lat. abbas, ivr. ‏אבּא‏‎ — ata) — VI əsrdən Qərbi Avropa xristian ənənəsində monastrın baş keşişi, abbatlığı idarə edən. Geniş mənada, katolik kilsəsində çalışan din xadimlərini bildirir. Şərqi xristian monastrlarında Abbat iqumen vəzifəsinə uyğun gəlir. Abbat ömürlük seçilir və ya təyin edilir. Kilsə iyerarxiyasında yepiskopdan sonra gəlir. Qadın ruhanilərinə analoji olaraq abbatisa adı verilirdi. Sonrakı dövrlərdə bütün gənc ruhanilərə nəzakət xatirinə bu adla müraciət edilməyə başlandı.
Abbay
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir. 2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Abpəxş
Abpəxş — İranın Buşehr ostanının Dəştistan şəhristanının Abpəxş bəxşində şəhər və onunn mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15 302 nəfər və ya 3 216 ailədən ibarət idi.
Abzak
Abzak (Baymak)
Alpan
Alpan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Arpad
Arpad — Macar knyazı. Almosun oğlu idi, anası bilinmir. Arpad 10 Onoqur tayfasını idarə edirdi. Hakimiyyətə gəldikdən sonra Kurşanla birlikdə imperator VI Leo ilə Bulqarlara qarşı müqavilə imzaladı. 901-ci ildə Pannoniyaya qədər gedib çıxmışdı. == Övladları == Liüntika - vəliəhd şahzadə, Kəbərlərin tayfa başçısı. Tarxos - şahzadə. Üllö - şahzadə. Yutaş - şahzadə. Zoltan - növbəti knyaz.
Arpağ
Arpağ — türk və altay mifologiyasında və xalq kültürlerinde əfsun mənasını verir. Sirrli söz, mistik dua, sehr deməkdir. Arbağ (Arba) və ya Arvağ (Arva) olaraq da deyilər. Yenə eyni kökdən törəyən Arvas, Arbaş, Arbış, Arbuz sözləri də eyni mənaları ehtiva edir. Arbağçı deyilən efsuncular tərəfindən oxunur. Xəstələrə yaxşılaşdırmaq, pislikləri və pis ruhları savuşturmak üçün edilən dua. Məsələn ilanın zehrinin təsirini yox etmək və ya ilan, əqrəb kimi heyvanların sokmasını qarşısını almaq üçün edilən və oxunan arpağlar vardır. Bu arpağlar nəticəsində ilanın və ya əqrəbin soxmadığı inancı Anadoluda bu gün belə geniş yayılmışdır. Arbamak və ya Arvamak (əfsun etmək) feli Anadoluda xalq ağzında istifadə davam etməkdədir. Göz boyamaq (göz rəngləmək), gözbağı etmək, sehr etmək deməkdir.
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Ağbaş
Ağbaş (Şabran)
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsində şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. == Həmçinin bax == Zəngilan Dərəkənd-Parçenis mahalı == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Aşpaz
Aşpaz — peşəsi yemək bişirmək olan insan. Bu iş tənəffüs orqanları, ürək-damar sistemi, qidalanma orqanları, böyrək və sidik yolları, dayaq-sümük aparatı, əsəb sistemi xəstəlikləri, əllərində dəri xəstəliyi və bakteriya daşıyıcılığına malik insanlara tövsiyə olunmur. Aşpazın işi üçün sanitariya kitabı tələb olunur. Aşpaz yalnız müəyyən yeməklərin hazırlanmasında praktik bacarıqlar tələb etmir, həm də qida istehsalının təşkili, məhsulların xüsusiyyətləri haqqında dərin nəzəri biliklər tələb edir.
Ağdaş bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abies abies
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
ABAD
ABAD — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir.
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Aban
Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir. Q. Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər == Aban sözü ilə bağlı coğrafi adlar == Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır.
Abar
Abar - qədim türk mənşəli tayfanın adıdır. Bu tayfa adının avar variantı da məlumdur. Eramızın II-III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması ədəbiyyatda göstərilir. V əsr erməni müəllifi Yeqişenin Balasakanda aparan adında tayfanın yaşadığını qeyd etmişdir(21, 96). Etnonim av+ar formasında düzəlmişdir. Tədqiqatçılar ar, ər sözünün türk dillərindəki ər "kişi, qəhrəman, igid" mənasında olduğunu qeyd edirlər. Etnonimin birinci hissəsi olan av elementinə gəlincə isə onun ab variantının işlənməsi türk dilləri üçün xarakterik olan bv keçidi ilə əlaqədardır. Beləliklə, qədim türk tayfasının adı abar(avar) olmuş və bu tayfa Qafqazın müxtəlif regionlarında, o cümlədən də Ermənistan ərazisində yaşamışdır. == Abar sözü ilə bağlı coğrafi adlar == Ermənistanda türk mənşəli abar(avar) tayfasının adından düzəlmiş Aşağıdakı etnotoponimlər qeydə alınmışdır: ABARAN- Irəvan xanlığında mahal adı; Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı; İrəvan qəzasında çöl adı, İrəvan xanlığının Abaran mahalında çay adı 1728-ci ildə Irəvan əyal ətinin Karbi nahiyyəsində kənd adı; ABARANOĞLU – 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyyəsində kənd adı; AVARAN-Irəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı; BAŞ ABARAN - Irəvan xanlığında mahal adı. Əsasında abar(avar) tayfasının adı duran etnotoponimlər yalnız Ermənistan ərazisində yayılmamışdır.