ABRAZİYA SAHİLLƏRİ

ab-raziya prosesləri nəticəsində yaranan sahillər (terraslar).
ABRAZİYA
ADA
OBASTAN VİKİ
Abraziya
Abraziya (geomorfologiya)
Abraziya (geomorfologiya)
Abraziya və ya abrazion proses — dəniz dalğaları və axınların köklü süxurları mexaniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir. Abraziya dalğavə ləpədöyənin ölçülərindən, suyun və süxurların xassələrindən aslıdır və əsasən hövzənin 10-20 metr dərinliynə qədər təzahür edir. == İstinadlar == == Ədəbiyyat == Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Amerikanın İspaniya sahilləri
Amerikanın İspaniya sahilləri — İspaniya imperiyasının Amerika qitəsindəki koloniyalarının Karib dənizi və Meksika körfəzinin sahillərini əhatə edən kontinental əraziyə verilən ad. XLVII və XLVIII əsrlərdə bu sahilyanı ərazilərin cənub hissəsi Tyerra Firme vilayəti və ya "kontinental vilayət" olaraq bilinirdi. == Konsepsiya == Termin ABŞ-nin indiki Florida ştatını, Meksika körfəzinin Texas ştatı və Meksikadakı qərb sahillərini, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal sahillərini əhatə edirdi. XLVII əsrdən XIX əsrə qədər Amerikanın İspaniya sahilləri Amerikanın qızıl, gümüş, odun və heyvan dəriləri kimi təbii sərvətlərinin İspaniyaya göndərildiyi yer idi. == İstinadlar == == Ədəbiyyat == Karl Zauer. The Early Spanish Main. Berkeley and Los Angeles: University of California Press 1969. == Xarici keçidlər == "Reefs, Wrecks and Rascals". Melfisher.org. Archived from the original on 2012-02-06.
Abraziya sahil tipi
Abraziya sahil tipi- Abraziya dedikdə,dənizin dağıdıcı fəaliyyəti nəzərdə tutulur. Dənizin abraziya fəaliyyəti, akademik D. V. Nalivkinə görə, əsasən küləyin təsirindən əmələ gələn dalğaların dağıdıcı fəaliyyəti ilə əlaqədardır. V. P. Zenkoviçin fikrinə görə, abraziya prosesi uzun müddət dəniz sahilinə təsir edirsə, həmin proses nəticəsində abrazion terras və ya sahil əmələ gəlir və olduqca geniş sahəni əhatə edir. Abrazion sahil tipinin eni maksimum 200–250 metr ola bilər. Abraziya sahil tipinə misal olaraq Qara dənizin şərq sahilini və bəzi başqa sahilləri göstərmək olar.
Qafqazın Qara dəniz sahilləri
Qafqazın Qara dəniz sahilləri(bəzən — Qara dəniz Qafqazı), antik adı — Kolxida) — Gürcüstanın, Abxaziyanın və Rusiyanın (Krasnodar diyarı) Qara dəniz sahillərindəki coğrafi və tarixi ərazisi. Zonanın böyük bir qismi turizm bölgəsi hesab olunur. Qafqazın Qara dəniz sahilləri 42°—45° şimal enlikləri arasında yerləşir. Bu hardasa Adriatik dənizi, Fransanın Lacivərd sahili və İtaliyanın Riverası ilə eyni enlikdir. İqlim xüsusiyyətlərinə görə də yetərincə oxşarlıq var. Regionun şimal sərhəddi Taman yaramadasıdır. Bu zonanı bəzən Anapa adlandırırlar. Bu bölgəni turizm xüsusiyyətinə görə digərlərində fərləndirirlər. Bu zonaya bəzən əlavə olaraq Qafqazın Azov dənizi sahillərini də birləşdirirlər.. Bölgənin cənub sərhəddi Gürcüstanın Türkiyə ilə olan sərhəddi ilə üst-üstə düşür.