Soyutma
Qoyun əti - 217q,
baş soğan - 30q,
pomidor - 280q,
xama 30q,
duz,
istiot.
Qoyun əti 0,1-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətinin 2-3 mm qalınlığında doğrayır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.