Acnaur
Bu şivə sözü “ac” və “naur” sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Ac” sözünün “yuyulmuş, təmizlənmiş” mənaları vardır. “Naur” sözü isə güman ki, udin dilində “bağırsaq” deməkdir. Çünki bu söz hazırda “kolbasa” mənasında Zaqatala şivəsində işlənməkdədir: Bu il bolluca acnaur doldurmuşam. (1, 46)
Bu o deməkdir ki, bu il yuyulmuş, təmizlənmiş mal və yaxud qoyun bağırsağının içərisinə döyülmüş (qiymə formalı) ət doldurmuşam. Müxtəlif ədviyyatlar (duz, istiot, sarımsaq və s.) vurmaqla kolbasa da bu cür düzəldilir. Qeyd etməliyik ki, “kolbasa” sözü “qol” və “bas” sözlərinin birləşməsindən yaranmış, türk dilindən rus dilinə keçmişdir. “Kolbasa” sözünü rusmənalı hesab edənlər yanılırlar.