Afrikalı Konstantin
Afrikalı Konstantin (lat. Constantinus Africanus; XI əsr – 1087[…], Montekassino[d], Kassino[d]) - 11. əsrdə yaşamış, tibb sahəsi üzrə ərəb və yunan dilində yazılan mətinləri tərcümə edən şəxs.
== Həyatı ==
Konstantinin doğum tarixi bilinməsə də, tarixi sənədlərə görə Karfagendə dünyaya göz açdığı deyilir. O dövrdə müsəlman ərəblərin idarəsində olan Karfagenin yerli əhalisindən idi. Latın dilini çox yaxşı bilməsi ona tibb sahəsində ərsəyə gətirilmiş ərəb dilindəki əsərləri latın dilinə tərcümə etməyə imkan verdi. 1065-ci ildə Salerno baş yepiskopu I Alforno tərəfindən Salernitana tibb məktəbinə müxtəlif, ərəbcə əl yazmaları tərcümə etmək üçün dəvət edildi. Araşdırmaçılara görə onun tərcümələri yunan tibbinin Qərbi Avropaya tanıdılmasına kömək etdi. Konstantin, həmçinin, kitabı Viaticumda səyahət edənlər və səyyahlar üçün o dövrdəki məşhur ərəbcə bələdçiləri yerləşdirdi.
Konstantin Suriya, Hindistan, Misir, Efiyopiya və İran səyahətləri müddətincə yunanca, ərəbcə, latınca və birçox Şərq dilini öyrənmişdi.