AG

= Abk. für Aktiengesellschaft səhmdarlar cəmiyyəti
Aftershave
Agenda
OBASTAN VİKİ
.ag
.ag — Argentinanın internet kodu.
BMW AG
Bayerische Motoren Werke AG, qısaca olaraq BMW — baş ofisi Bavariyanın Münhen şəhərində yerləşir. Alman maşın və motosiklet istehsalçısıdır. == Tarixi == BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir. İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır. Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi — beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu. 1922-ci ildə BMW Münhendə özünün bugünkü əsas binasını tikir.
Continental AG
Continental AG — 1871-ci ildə Almaniyanın Hannover şəhərində qurulan təkər və avtomobil hissələri istehsal edən firmadır. Təkər istehsalı sayına görə Avropada 2-ci, dünyada 4-cü yeri tutur.
Daimler AG
Daimler AG (alm. Daimler AG‎) — Almaniya konserni; minik avtomobillərinin, keçid qabiliyyəti yüksək olan minik və yük-sərnişin avtomobillərinin, həmçinin avtobuslar da daxil olmaqla kommersiya avtomobillərinin dünyada aparıcı istehsalçılarından biri. == Tarixi == Mənzil qərargahı Ştutqartda (Almaniya) yerləşir. Konsern indiki adını 2007-ci ilin oktyabrından daşıyır. Konsernin tarixi 1886-cı ildən, Q. Daymler və K. Bens bir-birindən asılı olmayaraq daxili yanacaq mühərriki ilə işləyən ilk nəqliyyat vasitələrini ixtira etdikləri vaxtdan başlanmışdır. Bu ixtiralar "Benz & Cie AG" (1883) və "Daimler Motoren Gesellschaft" ("DMG"; 1890) iki avtomobil şirkətinin yaranmasına səbəb olmuşdur. 1926-cı ildə "DMG" və "Benz & Cie AG" birləşərək "Daimler-Benz AG" konserninə çevrilmişdir. Onun loqotipi üç sferada – yerdə, göydə və dənizdə motorlaşdırılma rəmzi hesab edilən üç -şüalı ulduz şəklində olmuşdur. "Chrysler Corpo ration"u 1925-ci ilin iyununda U. P. Kraysler yaratmışdır. 1930-cu illərdə şirkət avtomobil istehsalı həcminə görə yalnız "Ceneral Motors" konsernindən ge ri qalırdı.
SAP AG
SAP — mərkəzi Almaniyanın Ualldorf şəhərində yerləşən Avropanın ən böyük proqramlaşdırma şirkəti. SAP 1972-ci ildə IBMin beş keçmiş işçisi tərəfindən "Systemanalyse und Programmentwicklung" (azərb. Sistem Analizi və Proqramlaşdırma‎) adı altında Almaniyanın Mannheym şəhərində yaradılmışdır. Rəsmi sayt Yahoo!
Siemens AG
Siemens AG — Simens səhmdar cəmiyyəti dünya Simens-Konsernlərini birləşdirən, 190 ölkədə təmsil olunan alman konqlomeratı. 1847-ci ildə Verner fon Simens tərəfindən, Berlində yaradılmışdır. Hal-hazırda şirkətin 480.000 nəfərdən artıq işçisi və 87,325 Mlrd. avro ticarət balansı vardır. Şirkətin mərkəzi Almaniyanın Berlin şəhərində yerləşir. "Bloomberg.com".
Volkswagen AG
Volkswagen AG — alman avtomobil konserni (şirkətlər qrupu). Şirkətin baş ofisi Volfsburqda yerləşir. Şirkət Volkswagen markasının adını daşıyır (tərcüməsi — "xalq maşını"). Bəzi Alman dilli mənbələrdə rəsmi addan əlavə, bəzən İngilis dilli mənbələrdə — Volkswagen Konzern, Volkswagen Qrupu, bəzən VW Qrupu və ya sadəcə VAG olaraq xatırlanır. Volkswagen, avtomobil istehsalı və əlaqəli xidmətlər istehsalı ilə məşğul olan 342 şirkətdən ibarətdir. 2011-ci ilin sentyabr ayına olan məlumata görə, Porsche Automobil Holding SE (həmçinin Porsche SE kimi də tanınır) Volkswagen AG-nin səsvermə səhmlərinin 50,73% -nə sahibdir. Öz növbəsində, Volkswagen AG aralıq holdinq şirkəti Porsche Zwischenholding GmbH-nin 49,9% -i (qalan 50,1% birbaşa Porsche SE-yə məxsusdur), Porsche Zwischenholding GmbH isə nüfuzlu avtomobillər istehsalçısı Porsche AG-nin 100% səhmlərinə sahibdir.
ECORES - Ekoloji Analitik İnformasiya Agentliyi
Ekoloji Analitik İnformasiya Agentliyi ECORES (ing. ECORES - Information Analytic Environment Agency) - Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatı (1995). == Haqqında == ECORES Agentliyi Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatıdır 1995-ci ildə təsis edilmişdir. ECORES qeyri-kommersiya, qeyri-hökumət ekoloji təşkilatıdır. Təşkilat Azərbaycanda ekoloji vəziyyətin təhlili ilə məşğul olur və əsas məqsədi ictimaiyyəti ətraf mühit və ölkənin resursları barədə məlumatlandırmaqdır. Onun missiyası ümumi ictimaiyyətin məlumatlılığını artırmaqla Azərbaycanın ətraf mühitini qorumaqdır. == Məqsəd == Ətraf mühitin yaxşılaşdırılması, real ekoloji vəziyyət, ölkənin resursları, inkişaf etmiş dünyada ekoloji problemlərin həlli təcrübəsi və Azərbaycanda ən yaxşı beynəlxalq təcrübənin tətbiqi məqsədlərinə nail olunması ECORES təşkilatının əsas məqsədidir. == Vəzifələr == Təşkilat məqsədlərinə nail olmaq üçün aşağıdakı vəzifələri həll etmək niyyətindədir: Ətraf mühit və resurslar haqqında məlumat toplamaq, təhlil etmək və yaymaq. Azərbaycan ətraf mühitinin coğrafi informasiya sistemlərinin (GİS) yaradılması. Müstəqil ekoloji auditin təşkili və həyata keçirilməsi.
Eduardo Agnelli
Rusiya Müdafiə Nazirliyi (rus. Министерство обороны Российской Федерации) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin inzibati və funksional rəhbərliyini həyata keçirən rəsmi qurumdur. Bu təşkilatda nazir; silahlı qüvvələrin üzərində gündəlik inzibati və əməliyyat səlahiyyətlərini yerinə yetirir. Müdafiə Nazirliyinin icra orqanı olan Baş Qərargah; müdafiə nazirinin əməliyyatlar ilə əlaqədar olan əmr, təlimat və tapşırıqlarını yerinə yetirir. Dövlət Şurası vasitəsilə Müdafiə Nazirliyi üzərindəki qanunverici səlahiyyətdən istifadə edərək, Rusiya hökuməti silahlı qüvvələri lazımi səviyyədə hazırlamaq üçün qismən məsuliyyət daşıyır.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (Azərbaycan)
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA və ya EMTA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Republikasında Mərkəzi Bankdan sonra yaradılmış ikinci dövlət Tənzimləmə qurumu olmaqla yanaşı, Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür. Eyni Fərmanla Agentliyin Nizamnaməsi təsdiq olunmuşdur. Agentliyin fəaliyyəti üçün Azərbaycan Respublikasının "Energetika haqqında" 1998-ci il (05.12.2023-cü il tarixlində qüvvədən düşüb), "Elektroenergetika haqqında" 1998-cı il (01.01.2024-cü il tarixindən qüvvədən düşüb), "Qaz təchizatı haqqında" 1998-ci il və "Elektrik və istilik stansiyaları haqqında" 1999-cu il (01.01.2024-cü il tarixindən qüvvədən düşüb) qanunlarına dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında" Energetika Nazirliyi Kollegiyasının 5 mart 2018-ci il tarixli, 2 nömrəli Qərarı ilə müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır. Nizamnaməsinə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Agentliyin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanılaraq aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanının 5.4-cü bəndinin icrası qaydasında Agentliyin əmlakının dəyəri dəqiqləşdirilmiş və 22 may 2018-ci il tarixli, 88 nömrəli Fərmanla Agentliyin Nizamnamə fondu 1000 manatdan 7.914.367,3 manata qaldırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası qaydasında Nazirlər Kabinetinin qərarları ilə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq təsdiq edilmiş (o vaxta qədər SSRİ-də qəbul olunmuş qanunvericilik qüvvədə olub) aşağıdakı qaydalarda Agentliyin texniki nəzarət istiqamətində səlahiyyətləri daha da dəqiqləşdilrilmişdir: elektrik qurğularının quraşdırılması qaydası elektrik və istilik qurğularının texniki istismar qaydası elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası; elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası; yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydası. Agentliyin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı fəaliyyət göstərir.
Eucalyptus agglomerata
Eucalyptus agglomerata (lat. Eucalyptus agglomerata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Eucalyptus aggregata
Eucalyptus aggregata (lat. Eucalyptus aggregata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus rydalensis R.T.Baker & H.F.Sm.
Eugenia aggregata
Eugenia aggregata (lat. Eugenia aggregata) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Eupatorium ageratifolium
Tamaulipa (lat. Tamaulipa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Tamaulipa azurea (DC.) R.M.King & H.Rob. === Sinonim === Eupatorium azureum DC. Eupatorium ageratifolium Coulter Eupatorium ageratifolium var. acuminatum J.M.Coult.
Eupatorium ageratifolium var. acuminatum
Tamaulipa (lat. Tamaulipa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Tamaulipa azurea (DC.) R.M.King & H.Rob. === Sinonim === Eupatorium azureum DC. Eupatorium ageratifolium Coulter Eupatorium ageratifolium var. acuminatum J.M.Coult.
Eupatorium ageratoides var. angustatum
Ageratina altissima (lat. Ageratina altissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Ageratina ageratoides (L.f.) Spach Ageratina altissima var. altissima altissima Ageratina altissima var. angustata (A.Gray) Clewell & Wooten Ageratum altissimum L. Batschia nivea Moench Eupatorium aboriginum Greene Eupatorium ageratoides var. angustatum A.Gray Eupatorium altissimum (L.) Murray [Illegitimate] Eupatorium angustatum (A.Gray) Greene Eupatorium boreale Greene Eupatorium cordatum var. fraseri (Poir.) DC. Eupatorium deltoides E.L.Braun [Illegitimate] Eupatorium eurybiaefolium Greene Eupatorium frasieri Poir. Eupatorium frasieri Poiret Eupatorium odoratum Walter [Illegitimate] Eupatorium roanense Small Eupatorium rugosum Houtt. Eupatorium rugosum var. angustatum (A.Gray) S.F.Blake Eupatorium rugosum var.
Eupatorium agrigaudium
Heterocondylus reitzii (lat. Heterocondylus reitzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin heterocondylus cinsinə aid bitki növü.
FARS Xəbər Agentliyi
Fars Xəbər Agentliyi (fars. خبرگزاری جمهوری اسلامی‎‎‎, ing. Fars News Agency), 2003-cü ildə yaradılmış , mərkəzi İranda yerləşən xəbər agentliyidir. Fars Xəbər Agentliyi özünü “İranın ən birinci müstəqil xəbər agentliyi” olaraq adlandırır, bununla bərabər digər media qurumları onu İran Dövlətinin “yarım-rəsmi” xəbər agentliyi olaraq qiymətləndirirlər. Fars Xəbər Agentliyi farscadan başqa, türkcə, ingiliscə və ərəbcə də xəbərlər verir.
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istifadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Ficus aguaraguensis
Ficus aguaraguensis (lat. Ficus aguaraguensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Fritillaria agrestis
Fritillaria agrestis (lat. Fritillaria agrestis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Galium agreste
Galium agreste var. echinospermum
Galium agreste var. leiospermon
Galium spurium (lat. Galium spurium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Galium spurium subsp. africanum Verdc. Galium spurium subsp. ibicinum (Boiss. & Hausskn.) Ehrend. Galium spurium subsp.
Grevillea agrifolia
Grevillea agrifolia (lat. Grevillea agrifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea agrifolia (A.Cunn. ex R.Br.) Christenh. & Byng == Yarımnövləri == Grevillea agrifolia subsp. agrifolia Grevillea agrifolia subsp.
HMS Agamemnon (1781)
"Əlahəzrətin gəmisi Aqamemnon" (ing. HMS Agamemnon - Her or His Majesty’s Ship Agamemnon (1781) — üçdorlu, 64 döyüş topuna malik Böyük Britaniya Kral Donanmasına məxsus III ranq xətt gəmisi, "yelkən əsrinin" bir çox döyüşlərinin iştirakçısı, Horatsio Nelsonun sevimlisi. 1777-ci ilin mayında tikintisinə başlanılmış və 10 aprel 1781-ci ildə Hempşir qraflığının Buklers Hard şəxsi liman tərsanəsində suya salınmışdır. Gəmi İliadanın qəhrəmanı Aqamemnonun şərəfinə adlandırılmışdır. == ABŞ İstiqlal müharibəsində == 1781 ci ildə Uessan və Le Sent adsı uğrunda döyüşlərdə iştirak etmişdir. 1782 ci ildə gəmi kapitan Bencemin Kolduell (ing. Benjamin Caldwell) rəhbərliyində Martinika çıxış üçün Fransız donamasına qarşı döyüşdə iştirak etmişdir. Bu zaman Aqmemnon 14 ölü, 24 yaralı canlı itki (leytenant İnkoldon (ing. Incledon) və Brays (ing. Brice) daxil olmaqla) verir.
HMS Agincourt (1913)
HMS Agincourt və ya Sultan I. Osman zirehli döyüş gəmisi, Birinci Dünya Müharibəsində Kral Donanmasına bağlı olaraq vəzifə yerinə yetirmiş və Yutland Müharibəsində də tapılmışdır. Gəmi ilk olaraq Braziliya tərəfindən sifariş edildi, lakin sonra kreditlər ödənilmədi və gəmi, İngiltərənin əlində qaldı. Layihəni Osmanlı Dövləti götürdü və adını da Sultan I. Osman olaraq istifadə etdi. Birinci Dünya Müharibəsi əvvəlində Britaniya hökuməti, Osmanlı Dövlətinin döyüşə Alman İmperatorluğu yanında girib gəmini də bunun üçün istifadə etməsindən narahatlıq duydu, pulu verilmiş olan gəmiyə əl qoyuldu -Digər əl qoyulan dreadnought isə Reşadiye idi (HMS Erin' ') -. Gəmi, 1921-ci ildə vəzifədən ayrıldı və ardından da parçalanıb donanmadan çıxarıldı.
Hacı Abbas Agah
Hacı Abbas Hacı Məhərrəm oğlu Hüseynov (1841, Şuşa, Kaspi vilayəti – 1892, Şuşa) — şair, II gildiya tacir. == Həyatı == Hacı Abbas Hacı Məhərrəm oğlu 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Ticarətə məşğul olmuş, II gildiya dərəcəsini almışdı. Hacı Abbas Şuşa ədəbi mühitində tanınmış şairlərdən idi. Agah təxəllüsü ilə ruhsar şeirlər qələmə alırdi. Şəhərdə fəaliyyət göstərən "Məclisi-üns" ədəbi yığnaqı onun evində qərar tuturdu. O, 1892-ci ildə vafat edib. Əli adlı oğlu vardı.
IV Agis
IV Agis (q.yun. Ἄγις; e.ə. 265, Sparta – e.ə. 241, Sparta) — e.ə. 245–241-ci illərdə Sparta padşahı. Spartada islahatçı hökmdar olaraq tanınmışdır. Borcların ləğvi, torpağın azad əhali arasında bölüşdürülməsi və s. yollarla ölkədəki narazılığı zəiflətməyə, Spartanın keçmiş hərbi qüdrətini bərpa etməyə çalışmışdır. İri torpaq sahibləri onun islahatlarını ləğv etmişdir. IV Agis hakimiyyətdən salınaraq edam olunmuşdur.
I Agel (Korinf çarı)
Agel (q.yun. Ἀγέλας) — yunan mifologiyasında personaj. O, Korinf çarı İksionun oğlu və davamçısıdır. Korinf çarı Agel Heraklın övladlarından, Aletin nəvəsi idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər Agelin e.ə. 1029-ci ildən 992-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Primnis olmuşdur.
Innovasiyalar Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 1885 nömrəli Fərmanı ilə "Elektron hökumət" portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilib. Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir. Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları arasında "bir pəncərə" prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir. Portal vasitəsilə həm vətəndaş (G2C), həm sahibkar və biznes qurumları (G2B), həm də digər dövlət qurumları (G2G) istiqamətlərində xidmətlər həftənin bütün günləri fasiləsiz şəkildə həyata keçirilir. Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (abbr. KOİKA, KOICA) — Koreya Respublikası hökumətinin xarici yardım təşkilatı == Tarix == Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991-ci ilin aprel ayında Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) himayəsi altında yaradılmışdır. Koreya dünyanın ən yoxsul ölkələrinin birindən iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrdən birinə çevrilməkdə unikal təcrübəyə malikdir. Koreyanın bu keçid zamanı əldə etdiyi bilik və təcrübə KOİKA-ya əməkdaşlıq etdiyi ölkələrin davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə və onlara daha yaxşı bir dünya üçün perspektiv vəd etməyə imkan verən qiymətli keyfiyyətlərdir. KOICA-nın məqsədi tərəfdaş ölkələrdə Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq, habelə bərabər və davamlı inkişaf təşviqinə kömək etmək vasitəsilə daha yaxşı bir dünya qurmaqdır. KOICA həmçinin yoxsulluğun aradan qaldırılması və həyat səviyyəsinin yaxşılaşdırılması üçün xalqların və şəxslərin potensialının artırılmasına yönəlmiş qlobal fəaliyyətdı fəal iştirak etmək istəyir. Koreyanın inkişaf təcrübəsi və bacarığına əsaslanaraq KOİKA öz yardım proqramlarını aşağıdakı sahələr üzərində cəmləşdirmişdir: == Azərbaycandakı fəaliyyəti == === Azərbaycan Nümayəndəliyi === KOİKA proqramının Azərbaycanda tarixi 1994-cü ildə KOİKA-nın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 000 ABŞ dolları məbləğində yardım etdiyi zaman başlamış və 1996-cı ildən 2005-ci ilə qədər KOICA 65 nəfər üçün təlim proqramları (300 000 ABŞ dolları dəyərində) təşkil etmişdi. 2006-cı ilin martında Koreya Respublikasının Səfirliyi açıldı və Koreya Respublikasının Prezidenti cənab Mu-hyun Roh həmin ilin iyun ayında Azərbaycana səfər etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2007-ci ilin aprelində Koreyada rəsmi səfərdə oldu. Bu zəmində, 2009-ci ilim fevral ayında KOİKA-nın Azərbaycan Nümayəndəliyi açıldı.