AKADEMİYA

I
сущ. академия:
1. название высших государственных научных учреждений. Azərbaycan Milli Elmlər Akademiyası Национальная Академия наук Азербайджана, Elmlər Akademiyasının rəyasət heyəti Президиум Академии наук, akademiyanın həqiqi üzvü действительный член академии, akademiyanın müxbir üzvü член-корреспондент академии
2. название некоторых учебных заведений. Hərbi akademiya военная академия, kənd təsərrüfatı akademiyası сельскохозяйственная академия
II
прил. академический. Akademiya institutları академические институты
AKADEMİK-KATİB
AKADEMİZM
OBASTAN VİKİ
Akademiya
Akademiya — müəyyən sahə üzrə ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi; eramızdan əvvəl IV əsrdə qədim yunan filosofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağlarda əsası qoyulmuş fəlsəfi məktəbin ilk adı. Bu məktəb yunan mifik qəhrəmanı Akademin şərəfinə salınmış bağda təsis olunmuşdur. Qədim Yunanıstanda idealist fəlsəfənin mərkəzi. Müasir dövrdə bir çox elmi-tədqiqat idarələri, tədris və incəsənət xarakteri daşıyan bir çox müəssisələr akademiya adlandırılır. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Google Akademiya
Google Akademiya (ing. Google Scholar) — bütün format və fənlərin elmi nəşrlərinin tam mətnləri üçün pulsuz axtarış sistemi. Layihə 2004-cü ilin noyabr ayından bəri beta statusunda davam edir. Google Scholar Index, Avropada və Amerikadakı ən böyük elmi nəşrçilərin nəzərdən keçirdiyi onlayn jurnalların əksəriyyətinin məlumatlarını ehtiva edir. Google Scholar funksionallığı baxımından Scirus, CiteSeerX və GetCITED-ə bənzəyir. Ayrıca, Google Scholar, pullu bir abunəlikdən sonra nəşrlərə giriş imkanı verən saytlara bənzəyir, məsələn, Scopus və Web of Science. Google Scholar-un reklam şüarı — "nəhənglərin çiyinlərində durmaq" — İsaak Nyutonun məşhur "Başqalarından daha çox şey görməyimin səbəbi nəhənglərin çiyinlərində dayandığım üçün idi" ifadəsinin bir hissəsidir, elm adamlarına hörmət əsrlər boyu elmin inkişafına töhfə verən və yeni kəşflər və nailiyyətlər üçün zəmin yaradanlar. == Tarixi == Google Scholar layihəsi, Aleks Verstak və daha sonra Google axtarış indeksinin yaradılması üzərində işləyən Anuraq Açarya ilə müzakirə ilə başladı. 2006-cı ildə Microsoft Windows Live Academic Search layihəsini başlatdı. Potensial bir rəqibin ortaya çıxmasından sonra Google Scholar biblioqrafik məlumat idarəetmə proqramlarına (RefWorks, RefMan, EndNote və BibTeX kimi) istinadları idxal etmək qabiliyyətini əlavə etdi.
Britaniya Akademiya Film mükafatı
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
"Sportinq" futbol akademiyası
"Sportinq" futbol akademiyası (port. Academia Sporting) — "Sportinq" (Lissabon) FK-ya aid təlim mərkəzi. Lissabon yaxınlığındakı Alkoşeti qəsəbəsində yerləşir. Bu akademiyanın tikintisinə 1999-cu ildə start verilib və 2002-ci ildə başa çatıb. Ancaq "Sportinq"in akademiyası Alkoşetidəki bazadan öncə də fəaliyyət göstərib. Klub Kriştiano Ronaldo, Luiş Fiqu kimi istedadları dünya futboluna bəxş edəndə, Alkoşetidəki baza hələ tikilməmişdi. Bu bazanın tikilməsiylə birlikdə isə daha çox oyunçunun yetişdirilməsinə şərait yarandı. Akademiyanın ərazisi 250 min kv. metrdir. Burada möhtəşəm təlim-məşq bazası, 4-ü təbii, 3-ü süni örtüklü olmaqla 7 meydança mövcuddur.
ABŞ-ın Hərbi Dəniz Akademiyası
ABŞ-nin Hərbi Dəniz Akademiyası — dünyanın ən nüfuzlu hərbi təhsil ocaqlarından biri. Hərbi dəniz məktəbi kimi 1845-ci ildə təşkil edilmiş, beş il sonra isə Hərbi Dəniz Akademiyasına çevrilmişdir. Akademiyada təhsil müddəti 4 ildir. 1976-cı ildən etibarən akademiyaya qadınlar da qəbul edilir. Akademiya şəhərciyinin sahəsi 338 akrdır. Burada 4 min kursant təhsil alır.
ABŞ Milli Elmlər Akademiyası
Milli Elmlər Akademiyasi (ing. National Academy of Sciences) — 1863 ildə yaradılmışdır. Vaşinqtondadır. Riyaziyyat; astronomiya fizika; texnika; kimya; geologiya;botanika;zoologiya, fiziologiya; mikrobiologiya; antropologiya; psixologiya; geofizika; biokimya; tətbiqi biologiya;tətbiqi fizika-riyaziyyat elmləri; tibb elmləri, genetika; ictimai, iqtisadi vəsiyasi elmlər və s. bölmələri, həmçininelm və texnikanın müxtəlif problemlərinə dair komitələri var. == Haqqında == MEA-nın 2000 həqiqi, o cümlədən 200 Nobel mükafatı laureatı, 350 xarici üzvü var (2008). Akademiyanın işinə prezident başda olmaqla 12 nəfərdən ibarət Şura rəhbərlik edir. Prezident və şuranın üzvləri 6 illik müddətə seçilir; prezident 2 dəfədən çox seçilmir. Şuranın qərarları akademiyanın illik yığıncağında təsdiq olunur. Akademiya Ford, Rokfeller və Slounun fondları, Milli elmi fond və digər fondlar tərəfindən maliyyələşdirilir.
Albaniya Elmlər Akademiyası
Albaniya Elmlər Akademiyası (alb. Akademia e Shkencave e Shqipërisë ) — 1972-ci ildə qurulmuşdur və Albaniyanın ən vacib elmi qurumudur. 1980-ci illərdə Tirana Universitetində başlayan bir neçə tədqiqat institutu Akademiyanın yurisdiksiyasına verildi. Qurumun tərkibində Albaniyadakı və xaricdəki araşdırma mərkəzləri və digər təşkilatlarla əlaqəli olan "akademiklər" adlandırılan ən görkəmli elm adamları da var. 2009-cu ilə olan məlumata əsasən Akademiyanın 23 daimi üzvü, 10 əlaqəli üzvü, 1 uzunmüddətli üzvü və 26 hörmətli üzvü var. Akademiya 1994-cü ildə Yeni Delhi Əhali Sammitində yaradılan Sammit Bəyanatını imzalamaqla təsdiqlənmiş dünyanın bir çox elmi akademiyalarından biri idi. == Təşkilat == Akademiya iki hissədən ibarətdir: İctimai Elmlər və Albanoloji Bölməsi; Təbiət və Texniki Elmlər Bölməsi; Buraya həmçinin aşağıdakı bölmələr də daxildir: Texnoloji və İnnovasiya İnkişafı Layihələri; Xarici və İctimaiyyətlə əlaqələr şöbəsi; Kitabxana; Nəşriyyat evi; Albaniya Elmlər Akademiyası ölkənin ən böyük akademik kitabxanasına malikdir. 1975-ci ildə 10.000 cilddən başlayaraq 1986-cı ilə qədər buaray 812.000 cild daxil edilmişdir. 2008-ci ildə akademiyanın əksər tədqiqat funksiyalarının maliyyələşdirilməsi geri alındı, həmin tədqiqat funksiyaları sonradan universitetlərə və tədqiqat mərkəzlərinə verildi. Akademiyadan ayrılmış dörd tədqiqat institutu Albanoloji Tədqiqatlar Mərkəzini yaratdı.
Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyası
Milli Elmlər Akademiyasi (ing. National Academy of Sciences) — 1863 ildə yaradılmışdır. Vaşinqtondadır. Riyaziyyat; astronomiya fizika; texnika; kimya; geologiya;botanika;zoologiya, fiziologiya; mikrobiologiya; antropologiya; psixologiya; geofizika; biokimya; tətbiqi biologiya;tətbiqi fizika-riyaziyyat elmləri; tibb elmləri, genetika; ictimai, iqtisadi vəsiyasi elmlər və s. bölmələri, həmçininelm və texnikanın müxtəlif problemlərinə dair komitələri var. == Haqqında == MEA-nın 2000 həqiqi, o cümlədən 200 Nobel mükafatı laureatı, 350 xarici üzvü var (2008). Akademiyanın işinə prezident başda olmaqla 12 nəfərdən ibarət Şura rəhbərlik edir. Prezident və şuranın üzvləri 6 illik müddətə seçilir; prezident 2 dəfədən çox seçilmir. Şuranın qərarları akademiyanın illik yığıncağında təsdiq olunur. Akademiya Ford, Rokfeller və Slounun fondları, Milli elmi fond və digər fondlar tərəfindən maliyyələşdirilir.
Amerika İncəsənət və Elmlər Akademiyası
Amerika İncəsənət və Elmlər Akademiyası ABŞ-dakı ən qədim elmi təşkilatlardan biridir. 1780-ci illərdə əsası qoyulan Akademiya üstünlüyü və idarəçiliyi şərəfləndirməyə, disiplinlər və bölümlər arasında işləməyə və ictimai faydanı artırmağa həsr edilib. Akademiyaya üzvlük tam formada olan ərizə, baxılma və seçki prosesi yolu ilə əldə edilir və Amerika inqilabı ərzində qurulduğu vaxtdan üzvlük Con Adams, Con Henkok, Ceyms Boudin və yeni millətin, onun hökumətinin və ABŞ Konstitusiyasının qurulmasında əməyi olan müasirlərinin digərləri tərəfindən elmi və ictimai olaraq yüksək şərəf adı kimi qəbul olunur. Bu gün Akademiyaya ikili funksiya tapşırılıb: hər nəsildən olan elm, təqaüd, iş, ictimai işlər və incəsənət sahələrindən olan ən yaxşı ağılları və ən nüfuzlu liderləri seçmək və cəmiyyətin ehtiyacını qarşılayacaq siyasət tədqiqatları aparmaq. Akademiyanın əsas layihələri indi ali təhsil və tədqiqat, humanitar və mədəni tədqiqatlar, elmi və texnoloji inkişaflar, siyasət, əhali və ətraf mühit və uşaqların rifahına yönəldilmişdir. Akademiyanın rüblük jurnalı olan Dædalus dünyanın aparıcı intellektual jurnallarından biri olaraq qəbul edilir. Akademiya mürəkkəb sosial, siyasi və intellektual mövzularda çoxsaylı təhlillər aparmaq üçün elm adamlarını, alimləri, sənət adamlarını, siyasətçiləri, iş adamlarını və digər mütəxəssisləri bir araya gətirərək tərəfsiz siyasət tədqiqatları aparır. Akademiyanın cari iş sahələrinə İncəsənət və Humanitar elmlər, Demokratiya və Ədalət, Təhsil, Enerji və Ətraf Mühit, Qlobal İşlər və Elm və Texnologiya daxildir. Devid Okstobi təşkilatın prezidenti vəzifəsinə 2019-cu ilin yanvar ayında başladı. Kimyaçı 2003-cü ildən 2017-ci ilə qədər Pomona Kollecinin prezidenti vəzifəsini icra etmişdi.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatı

Azərbaycan Dövlət Dəniz Akademiyası
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir. 2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi — 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi. Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur. Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır. Hadisə yerinə xüsusi təyinatlıların iki avtobusu gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, xüsusi təyinatlılar əməliyyat keçirib, girov götürüldüyü bildirilən şəxslər azad edilib. İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib. Qədirovun üstündən tutumu qırx və yetmiş bir patron olan 3 ədəd patron darağı və iki ədəd maqazin götürülüb.
Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu

Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Energetika fakültəsi (EF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biri. == Tarixi == Azərbaycanda energetika sahəsində mütəxəssislərin hazırlanmasına 1921-ci ildə Bakı Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində başlanıb. Fakültənin yaranması və inkişafında, elmi kadrların və ali təhsilli mütəxəssislərin hazırlanmasında təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq göstərmiş görkəmli alim və pedaqoqlardan professorlar A.A. Axundov, S.N. Usatıy, B.P. Albitskiy, A.Ə. Əfəndizadə, Ç.M. Cuvarlı, B.M. Plyuş, A.A. Spirin, Ə.M. Məmmədov, K.V. Pokrovskiy, K.N. Quluzadə, Z.İ. Kazımzadə, P.B. Rüstəmzadə, F.H. Hüseynov, İ.Z. Makinskiy, Ə.C. Orucəliyev, T.S. Axundov və başqalarının adını göstərmək == Təhsil == Hazırda fakültədə 3 ixtisas üzrə bakalavr, 3 ixtisas üzrə magistr hazırlığı aparılır.
Azərbaycan Dövlət Neft Akademiyasının Neft-mexanika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Neft-mexanika fakültəsi (NMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir. Fakültənin yaranması və inkişafinda yaradıcıhq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professorlar İ.Q.Yesman, N.Y.Bulax, L.S.Leybenzon, P.P.Lukin, K.V.Pokrovskiy, N.L.Vannikov, A.M.Trequbov, İ.S.Quxman, S.M.VoIox, Y.N.Dunin, A.X.Mirzəcanzadə, R.İ.Şişşenko, S.V.Yurkevskiy. R.A.BədəIov, K.S.Əliverdizadə, A.C.Mustafeyev, Y.Ə.Əmənzadə, H.M.Şahmalıyev və başqalarını göstərmək olar. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 –lərlə magistr mühəndis-mexanik hazırlanmişdır. Hal-hazırda fakültəmizdə təhsili alan əyani və qiyabi tələbələrin sayı 1248-dur. Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə İ.İ.Semyanistiy, A.İ.Sevastyanov, R.A.Bədəlov, F.M.Yaroşevskiy, Ə.Q.Mirzəbəyov, Z.H.Əliyev, F.S.Hüseynov, N.M Erivanli, A.R.Cərrahov, S.H.Babayev, V.H.Şərifov, R.İ. Camalov , Q.Ə. Məmmədov, S.H.Abbasov icra etmişlər. == Təhsil == === Bakalavr ixtisasları === Materialşünaslıq mühəndisliyi Enerji maşınqayırması mühəndisliyi Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Mexanika mühəndisliyi Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Sənaye mühəndisliyi === Magistr ixtisasları === Materialşünaslıq mühəndisliyi Materialşünaslıq və materiallar texnologiyası Kompozisiya materialları Alət materialları.
Azərbaycan Dövlət Neft Akademiyasının Qaz Neft Mədən fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Qaz-neft-mədən fakültəsi (QNMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == ADNSU-nun aparıcı fakültələrindən biri olan Qaz-neft-mədən fakültəsində kadr hazırlığı 1920-cı ildən həyata keçirilir. 1920–1930-cu illərdə fakültə "Neft-sənaye", 1930–1936-cı illərdə "Dağ-mədən", 1936–1940-cı illərdə "Dağ-mədən və neft texnologiyası", 1940–1979-cu illərdə "Neft-mədən" adlandırılıb. 1979-cu ildən isə "Qaz-neft-mədən" fakültəsi adı altında fəaliyyət göstərir. Fakültənin inkişafında ADNSU-ya müxtəlif vaxtlarda rəhbərlik etmiş rektorların, görkəmli alimlər akademik L.S. Leybenzon, N.S. Uspenskiy, A.R. Serebrovskiy, professor B.S. Dobrovskiy, akademiklər A.X. Mirzəcanzadə, S.M. Quliyev, M.P. Quluzadə, professorlar M.V. Abromoviç, Q.A. İbatulov, K.B. Şahbazbəyov, Z.M. Əhmədov və başqalarının fəal iştirakı və köməyi olub.
Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == İdarəetmə və sistemlər mühəndisliyi; Kompüter mühəndisliyi; Cihazqayırma mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi. Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 800-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir. == Haqqında == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir. Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir. == Strukturu == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir.
Azərbaycan Dəniz Akademiyası
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir. 2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.
Azərbaycan Elmlər Akademiyası
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. == Tarixi == İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Azərbaycan Film Akademiyası
Azərbaycan Futbol Akademiyası
Azərbaycan Futbol Akademiyası — == Açılış == 2009-cu il Fevralın 23-də UEFA və AFFA-nın maliyyə vəsaiti hesabına inşa olunmuş «Futbol akademiyası»nın açılış mərasimi keçirilib. Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik, FİFA-nın texniki direktoru Jan Mişel Benezet, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvləri, futbol veteranları və digər rəsmi şəxslər iştirak ediblər.Burada eyni zamanda 48 neferdən ibarət komanda məskunlaşa bilər.Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlər arasında futbol infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi prioritet məsələlərdən biridir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası — zabit kadrları və sıravi polis nəfərləri hazırlayan xüsusi ali məktəb. == Tarixi == Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.
M. V. Frunze adına Hərbi Akademiya
M. V. Frunze adına Hərbi Akademiya — 1918-ci ildən 1998-ci ilədək Lenin, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Suvorov ordenli M. V. Frunze adına Hərbi Akademiya. 1998-ci ilin avqust ayından sonra Lenin, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Suvorov ordenli M. V. Frunze adına Hərbi Akademiyada yenidən təşkilatlanma keçirilib və hal-hazırda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümümqoşun Akademiyası adlandırılır.
M.V.Frunze adına Hərbi Akademiya

Digər lüğətlərdə