Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spitak
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Svirsk
Svirsk (rus. Свирск) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Sviter
Sviter- toxunma vasitəsilə düzəldilən geyim. Bədənin yuxarı hissəsini və qollarını əhatə etmək üçün nəzərdə tutulub. Bütün yaşlarda olan kişi, qadın və uşaqlar arasında populardır.
Spitak rayonu
Spitak rayonu, və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir. Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub.
Spitak zəlzələsi
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
Osip Şpitko
Osip Şpitko (ukr. Осип Степанович Шпитко́; 7 aprel 1869 – 1942, Rio-de-Janeyro) — ukraynalı və braziliyalı yazıçı və publisist. O, Qorodnitsa kəndində (indiki Ukraynanın Ternopil vilayəti, Çortkivski rayonu) anadan olub və Braziliyanın Rio-de-Janeyro şəhərində vəfat edib. 1869-cu il aprelin 7-də Qorodnitsa kəndində (indiki Qusyatinski rayonu; başqa mənbələrə görə, Kopıçinski rayonunun Qovılovi şəhərində, indi Terebovlyanski rayonunun kəndi) anadan olub, hər iki yaşayış məntəqəsi indi Ternopolun daxilində yerləşir. , Ukrayna). Qusyatinski rayonu, Xovılov Veliki şəhərində adi məktəbi bitirib. Ternopolda müəllimlər seminariyasında oxuyub. O, dəfələrlə peşəsini dəyişib, bəzən bilyard və ya kart oynamaqla dolanırdı. Üç il Qalisiyanın əyalət teatrlarında əvvəlcə kiçik şəhərlərdə, sonra isə Lvovda aktyor kimi çalışıb. O, "Monitor" jurnalı üçün polyak dilində şeir yazmağa başladı.
Karolina Svits
Karolina Svits (ing. Carolina Sweets 29 sentyabr 1996, Şampeyn, İllinoys, ABŞ — amerikalı pornoaktrisa.
Vitor Belfort
Vitor Belfort (1 aprel 1977, Rio-de-Janeyro) — Braziliyanı ağır çəkidə UFC-də təmsil edən məşhur idman ustalarından biri. Rio-de Janero şəhərində dünyaya gələn Vitor uşağlığdan Qreysi ailəsinin nümayəndəsi və məşhur ciu-citsu ustası Karlos Qreysinin başçılığı altında adı çəkilən idman növü ilə məşğul olmağa başlamışdır.Beləlilklə ciu-citsu idman növü ilə məşğul olan Vitor qara kəmər,Cüdoda qara kəmər,Şotokan idman növündədə qara kəmər ustası olmuşdur.Həyat yoldaşı Prado Coana,tanınşım tələbəsi Sezar Fereiradır. 9 Yanvar 2004-də Vitorun bacısı Priskila Belfort itkin düşdü və qohumlar onun haqqında heç bir informasiya almadı.2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi,lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Vitor Roke
Vitor Huqo Roke Ferreyra (28 fevral 2005, Braziliya) — Vitor Roke kimi də tanınan, Braziliya A Seriyası təmsilçilərindən olan "Atletiko Paranaense" klubunda və Braziliya millisində hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu. O, 2024-cü ilin yanvar ayında La Liqa təmsilçilərindən olan "Barselona" klubuna transfer olacaq. Vitor Minas-Jerays ştatının Timoteo şəhərində anadan olmuşdur. 10 yaşı olarkən o, "Amerika Mineyro" klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ildə akademiyanın əsas oyunçusu vəziyyətinə gəlmişdir. 2019-cu ilin mart ayında Vitor "Kruzeyro" akademiyası ilə müqavilə imzalamışdır. Bu keçid keçmiş komandasının yeni komandasını Dövlət Əmək Departamentində məhkəməyə verməsinə səbəb olmuşdur. Hər iki klub yalnız may ayında razılığa gələ bildi. "Kruzeyro" klubu oyunçunun səhmlərinin 65%-ni, keçmiş klubu isə yerdə qalan 35%-ni əlində saxlamış oldu. 25 may 2021-ci ildə Vitor "Kruzeyro" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Vladislav İlliç-Svitıç
Vladislav Markoviç İlliç-Svitıç (rus. Владисла́в Ма́ркович И́ллич-Сви́тыч; 12 sentyabr 1934, Kiyev – 22 avqust 1966, Şyolkovo, Moskva vilayəti) — Sovet dilçisi. XIX əsrin əvvəllərindən başlayan müqayisəli-tarixi metod əsasında yaranmış zəngin elmi mənbələr XX əsrin 60-cı illərində Sovet alimi V. M. İlliç-Svitıça daha əsaslı araşdırmalar aparmağa imkan vermişdir. O, 1966-cı ildə "Opıt sravneniə nostratiçeskix əzıkov (semitoxamitskiy, kartvelğskiy, indoevropeyskiy, uralğskiy, dravidiyskiy, altayskiy)" adlı qiymətli əsərini hazırlamış, əsər müəllifin vəfatından bir neçə il sonra — 1971-ci ildə çap olunmuşdur. Ensiklopedik lüğətdəki:"Nostratik dillərin qohumluğu fərziyyəsini Daniya alimi X. Pedersen irəli sürmüş, Sovet alimi V. M. İlliç-Svitıçın işləri onun elmi cəhətdən əsaslı olduğunu sübut etmişdir". — sözləri nostratik nəzəriyyənin doğruluğunu təsdiq etməklə yanaşı, bu sahədə V. M. İlliç-Svitıçın böyük xidmətlərini də göstərir. V. M. İlliç-Svitıç qeyd edilən dil ailələrində işlənən 245 sözün etimoloji təhlilini vermiş, ulu dildən gələn həmin sözlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində xeyli iş görmüşdür. Ciddi fonetik araşdırmalar aparmış, dil ailələri arasındakı səs uyğunluqlarını müəyyənləşdirmək əsasında sözlərin eyni mənşədən törədiyini əks etdirən zəngin faktlar toplamışdır. Qeyd edilən altı dil ailəsi üzrə əvəzliklərin və əvəzliklərdən törəmiş şəxs şəkilçilərinin geniş cədvəlini vermişdir. Lüğət məqalələri alimin hər bir dil ailəsinə necə həssaslıqla yanaşdığını aydın göstərir.
Öjen-Fransua Vidok
Öjen-Fransua Vidok (24 iyul 1775 və ya 25 iyul 1775, Arras – 11 may 1857[…], Paris) — fransalı dedektivdir. On doqquzuncu əsrin birinci yarısında, fransalı polisin dedektivi Öjen-Fransua Vidok, cinayətkarları ələ keçirmək üçün qeyd aparma, ballistik elm və hadisə yerindəki ayaqqabı izlərindən istifadə edərək cinayətkarlıq uğrunda mübarizəsini elmi səyə çevirdi. Vidok'un Fransadakı cinayətlərin faizinin azalmasında dramatik müvəffəqiyyəti, məhkəmə elmi metodlarını populyarlaşdırmağa kömək etdi. Həmçinin Artur Konan Doyl da Şerlok Holms personajını yaradarkən bu adamdan ilham aldı. Vidok, bir çörəkçinin və həyat yoldaşının ilk uşağı olaraq Fransa'nın Arras şəhərində anadan olub. Erkən yaşlarından etibarən xanımlarla münasibət qura bilməyən Vidok, 1790-cı ildə bir qadına görə dueldə bir adamı öldürdü. Yalnız bu zaman gənc yaşında olan Vidok hakimin orduya qatılmasına icazə verdiyinə görə həbsxanadan qurtararaq hərbi xidmətə getdi. Daha sonra, 1795-ci ildə, məzuniyyətdən qayıtdıqdan və sədaqətsiz arvadını başqa bir adamla tutduqdan sonra həyatında dəyişikliklər etməyə başladı. Vidok daha sonra ordudan qaçdı və kart köpək balıqları adında illegal bir qrupa qatıldı. O, bir məhkum üçün ailəsi ilə birlikdə saxta sənəd düzəltdi, tutuldu və həbsə atıldı, Vidok yenidən həbsdən qaçaraq yenə bir qrup qaçaqmalçıya qatıldı, ancaq yenə şəxsiyyət sənədləri olmadığı üçün həbs olundu.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Vito Corleone
Vito Korleone (Vito Andolini) Korleone Mafiya Ailəsinin banisi və ilk donu. Filmdə gəncliyini Robert de Niro, qocalığını Marlon Brando canlandırmışdır. 1901-ci ildə Don Ciccionun atası, anasını öldürməsinin ardından yaxınları vasitəsilə Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Su çiçəyi xəstəliyinə görə Ellis Adasında 3 ay karantində keçirmişdir. "Genco İdxalat" adlı bir şirkət qurmuş və İtaliyadan zeytun yağı idxal etmiştir. 4 uşağı, Santino , Fredo, Maykl, Coni, olmuşdur. Karmela Korleone ilə evlidir, belə ki, bu qadın ən çətin vaxtlarında yanında olaraq Vitonun hörmətini qazanmışdır. Məlum olan qeyri-qanuni əlaqəsi və uşağı yoxdur. İş dünyasında isə aldığı məntiqli qərarları, zəkası vardır. Don Vito Korleone personajı mafiya tərzi filmlərlə inteqrasiya olunmuş bir aktyordur.
Vito Fabris
Vito Fabris (20 sentyabr 1954 – 10 aprel 2021, Pistoya, Toskana) — İtalyalı peşəkar basketbolçu. Vito Fabris 20 sentyabr 1954-cü ildə İtaliyanın Emiliya-Romanya regionunda anadan olub. 1971-ci ildə başlayan və 1987-ci ilə qədər davam edən aktiv basketbol karyerasında İtalyan Basketbol Liqasında "Libertas Forlì", "Pall Firenze", "Basket Mestre" və "Olimpia Pistoia" komandalarında çıxış etmişdir. Fabris 10 aprel 2021-ci ildə dünyaya gəldiyi Emiliya-Romanyada 66 yaşında ürək tutmasından vəfat etmişdir. 1971-1979 – "Libertas Forlì" 1979-1983 – "Pall.
Vito Korleone
Vito Korleone (Vito Andolini) Korleone Mafiya Ailəsinin banisi və ilk donu. Filmdə gəncliyini Robert de Niro, qocalığını Marlon Brando canlandırmışdır. 1901-ci ildə Don Ciccionun atası, anasını öldürməsinin ardından yaxınları vasitəsilə Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Su çiçəyi xəstəliyinə görə Ellis Adasında 3 ay karantində keçirmişdir. "Genco İdxalat" adlı bir şirkət qurmuş və İtaliyadan zeytun yağı idxal etmiştir. 4 uşağı, Santino , Fredo, Maykl, Coni, olmuşdur. Karmela Korleone ilə evlidir, belə ki, bu qadın ən çətin vaxtlarında yanında olaraq Vitonun hörmətini qazanmışdır. Məlum olan qeyri-qanuni əlaqəsi və uşağı yoxdur. İş dünyasında isə aldığı məntiqli qərarları, zəkası vardır. Don Vito Korleone personajı mafiya tərzi filmlərlə inteqrasiya olunmuş bir aktyordur.
Denni De Vito
Daniel Maykl "Denni" De Vito-oğul (ing. Daniel Michael DeVito Jr.; 17 noyabr 1944, Eşberi-Park, ABŞ) — amerikalı aktyor, ssenarist, prodüser və rejissordur. == Həyatı == Denni De Vito 1944-cü ildə ABŞ-də italyan əsilli ailədə anadan olmuşdur. Onun ilk sənəti bərbər olub. De Vito "Uilfred Bərbər Akademiyası"nı bitirmişdir. Film karyerası 1971-ci ildən başlayır. Denni De Vito ilk uğurunu "Ququ quşu yuvasının üzərindən uçarkən" filmində qazanır. 1984-cü ildə çəkilən "Daş ilə roman" filmindən sonra məşhurlaşır. 1985-ci ildən başlayaraq komediya filmlərində çəkilməyə başlayır. 1992-ci ildə öz kinokampaniyasını yaradır ("Jersey Films" kompaniyası).
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Stok Siti FK
Stok Siti (Stoke City FC) — İngiltərənin futbol klubu. 1863-cü ildə yaranmışdır. 2 dəfə Avropa kuboklarında iştirak edib.