1. Bir az qaranlıq, yarıişıq, yarıqaranlıq.
Onu [Tanyanı] həbsxananın qalın divarları, alaqaranlıq koridorları sıxır, [o] qaçıb qurtulmağa çarələr düşünürdü.
Qəza icraiyyə komitəsi dəftərxanasında ən dibdəki alaqaranlıq otağa girsəydiniz, bir neçə dolab və bir masa ilə bir kürsü görərdiniz.
2. Səhər çağı, sübh gün çıxmaq üzrə olanda, dan yeri sökülən vaxt. Hava alaqaranlıq ikən biz kəndə girdik.
Kənd təzətəzə oyanırdı.
Cahandar ağa başa düşdü ki, pristav onu alaqaranlıqda boş-boşuna yanına çağırmır.
[Qəhrəman] atası ilə birlikdə səhər ala-qaranlıqdan (z.) dükana gedər, axşam gün batandan sonra evə qayıdardı.