Albuxara aşı

Bu xörək adının birinci komponenti albuxara meyvə adı ilə ifadə olunmuşdur. Aş növlərindən birinin adıdır. Bu növ aşın hazırlanması üçün bolluca albuxara, pomidor, souzi, cəfəri, yarma, düyü və qaragöz lobya lazımdır. Qurudulmuş alçadan da hazırlandığına görə bu xörəyə “alça aşı” da deyirlər. Bu xörək növünə Təbriz mətbəxində daha çox üstünlük verir. (28, 305)
Alanqa
Alma çayı
OBASTAN VİKİ
Albuxara
Albuxara - gavalı sortu. Azərbaycanda iki cür - sarı və qara albuxara yetişdirilir. Ordubad rayonunda geniş yayılmış sarı albuxaranın tərkibində 12 faiz şəkər, 0,8 faiz turşu var. Qara albuxaranın vətəni Şirvan zonasıdır. Onun tərkibində isə 10,6 faiz şəkər, 1,21 faiz turşu olur. Hər iki sortun çəyirdəyi asanlıqla ayrılır. Albuxara yeyilir, qurudulur və xoşab hazırlanmasında istifadə edilir. Bir sıra Milli Azərbaycan xörəklərinin tərkib hissəsidir. Belə güman etmək olar ki, alu (gavalı) və Buxara sözlərindən əmələ gəlib və Buxara gavalısı mənasını verir.
Aşı sumaq
Aşı sumaq (lat. Rhus coriaria L.) — Sumaxkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 2–3 m hündürlüyündə, 15-20 sm diametrində, azbudaqlı, xırda ağac və ya koldur. Yaşlı ağacların gövdəsinin qabığı bozumtul rəngli, dayaz, qeyri-bərabər çatlıdır. Cavan zoğlarının qabığı açıq-şabalıdı rəngli, qumral tükcüklərlə örtülüdür. Yarpaqları təklələkvari, növbəli düzülmüşdür, 12(10)-20 sm uzunluğundadır. Çiçəkləri müxtəlifcinsli xırda, birillik zoğların ucunda ehramşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi çox bərk, qonur-qırmızı rəngli, yumru olub, qırmızımtıl vəzicikli tükcüklərlə örtülüdür, 5–6 mm diametrindədir. ==== Yarpaq ==== Yarpaqlarının uzunluğu 12-22 sm olub, qışda töküləndir, növbəli düzülmüş, tək lələkvaridir, 9-17ədəd yarpaqcıqdan ibarətdir, dar qanadlı oxun yuxarı hissəsində; yarpaqcıqların uzunluğu 3-6 sm olub, oturaqdır, uzunsov-neştərvari, uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkillidir, kənarları mişarvari-dişcikli və ya küt-dişcikli, demək olar ki, dairəvi-dişlidir üst tərəfdən tünd-yaşıl, alt tərəfdən tutqun-yaşıl, bəzən bozumtul-ağ rəngdə olur, hər iki tərəfdən və ya əsasən alt tərəfdən qısa tükcüklü, təpə hissədə sivriləşmiş və ya kütdür. ==== Çiçək ==== Çiçəkləri müxtəlifcinsli, xırda, yaşılımtılağ rəngdədir və təpə hissədə piramidaşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır.
Aşı sumağı
Əvəlik aşı
Ayran aşı (Qəzvin)
Qəzvində bişirilən Ayran aşı Azərbaycanın ənənəvi yeməklərindən biridir ki onda noxud və lobya kimi bitkilər geniş istifadə olunur və bu baxımdan azərbaycanın başqa yerlərində hazırlanan ayaran aşları ilə fərqlənir. Bu yeməyin rəngi yaşıla çalmalıdır.
Ayran aşı (Ərdəbil)
Ayran aşı (Ərdəbil) yaxud Ərdəbil aşı Güney azərbaycan mətbəxinə aid olan ənənəvi yeməklərdən biridir.Bu növ aşın mənşəyi də sırf Ərdəbil şəhəridir. == Ayran aşı (I) == === Lazım olan ərzaqlar === 2 litr ayran 2 litr qatıq 1 ədəd yumurta 1 stəkan düyü 2,3 stəkan çiy noxud 500 qram tərə və keşniş Duz və istiot === Hazırlanma qaydası === İlk olaraq noxudu kifayət qədər su ilə bişirin.Bu şorbanın hazırlanmasında vacib məqam yemək bişirərkən ayran və qatıqdan çəkinməyə çalışmaqdır, buna görə qatığı əl qarışdırıcı ilə qarışdırırıq ki tamamilə vahid olsun.Sonra ayranı yoğurtun üzərinə əlavə edin və qarışdırıcı bərabər olana qədər yenidən əl qarışdırıcı ilə qarışdırın.İndi yumurtanı üzərinə tökün və yumurta tamamilə həll olana qədər əl qarışdırıcı ilə yenidən çalın. Yumurta yemək zamanı mayanı kəsməməyə kömək edir.Şorbanı güclü odun üstünə qoyun və yuyulmuş düyü əlavə edin və qatıq və ayranın kəsilməsinin qarşısını almaq üçün davamlı qarışdırın.Maya qaynadıb sızlamağa başlayana qədər qarışdırmağa davam etməliyik.Bu mərhələdə çox incə və ya çox qaba doğramadığımız tərəvəzləri əlavə edin və odunu biraz azaldın.Tərəvəz bişdikdə, bişmiş noxud əlavə edin və kifayət qədər duz və istiot əlavə edərək, şorbanın hazırlanmasına icazə verin. == Ayran aşı (II) == Bu növ aş ətli küftə ilə yeyilməsinə görə, birinci növ aşdan azda olsa fərqlənir. === Lazım olan ərzaqlar === 1 stəkan düyü 1 ədəd yumurta 2 litr turş qatıq 1,5(bir yarım) stəkan noxud 200 qram çəkilmiş ət 1 doğranmış soğan 2 litr su 0,5 kilo keşniş,tərə və ispanaq (İstəyə görə) 5 ədəd sarımsaq Duz === Hazırlanma qaydası === Əvvəlki aş kimin bişirilir, ancaq ayran və noxudu əlavə edəndən sonra , çəkilmiş ətlər və öncədən doğranıb, qızardılmış soğanları qataraq,kiçik (fındıq qədər) küftə hazırlayıb, şorbaya əlavə etməliyik.