ALKOQOLİZM

(ərəb-uyuşdurucu maye) (alkoqol düşkünlüyü) cəmiyyətin bəzi üzvləri arasında yayılmış, spirtli içkiləri müntəzəm surətdə içmək nəticəsində baş verən və içki hərisliyi ilə xarakterizə olunan xəstəlik və bundan irəli gələn neqativ hallar. A. inzibati və maddi məsuliyyət ilə cəzalandırılır.
ALİ MƏHKƏMƏ
ALOGİZM
OBASTAN VİKİ
Alkoqolizm
Alkoqolizm — spirtli içkilərin istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla "dözməsi"dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır, amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur.

Digər lüğətlərdə