Alligator
Alliqator (lat. Alligator) — Alliqatorlar fəsiləsinə aid cins. Alliqator cinsi özündə 2 müasir: Amerika və ya Missisipi alliqatoru (Alligator mississippiensis) və Çin alliqatoru (Alligator sinensis) növlərini birləşdirir.
“Alliqator” sözü Azərbaycan dilinə ingilis dilindəki “alliqator” sözündən gəlmişdir. İngilis dilinə isə ispan dilindən tərcümədə kərtənkələ mənasını verən "el lagarto" sözündən daxil olmuşdur. Timsah sözü isə ərəb sözüdür. Peçeneqlər, kumanlar, qıpçaqlar, basmıllar, oğuzlar, qarluqlar, türkeşlər, xəzərlər, göytürklər, uyğurlar, dunay bulqarları, kiməklər isə timsaha alavan demişdirlər.
Alliqatorlar timsahlardan və qaviallardan küt, dairəvi ağız quruluşları ilə seçilir.
İki alt növ vardır
Amerika alliqatoru (Alligator misisipiensis)
Çin alliqatoru (Alligator sinensis)
Hər 2 növün bədəninin rəngi daha tünddür (demək olar ki, qaradır) və yaşadığı suyun rəngindən asılı olaraq dəyişilir. Ən iri Missisipi alliqatorunun bədən uzunluğu 4,5 m-ə yaxın olmuşdur.