altdan yuxarı süzmək

bax altdan yuxarı baxmaq
altdan yuxarı baxmaq
altı-beş danışmaq
OBASTAN VİKİ
Altdan subasma (rütubətlənmə)
Yuxarı Leninabad
Yuxarı Leninabad— Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun tərkibində kənddir. Yuxarı Leninabad GEOnet Names Server-də.
Yuxarı Luara
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Yuxarı Ləgər
Yuxarı Ləgər — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə(?) yaradılmışdır. Yuxarı Ləgər oyk., mür. Qusar r-nunun Xuray i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonimin əvvəlinə yuxarı sözü kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün əlavə edilmişdir. Oykonimin əsasım təşkil edən Ləgər Dağıstan xalqlanndan lakların adını bildirir. Kənd ağsaqqallarının istianadən vaxtı ikən orada Çar ordusunun qusar alayının düşərgələri yerləşdirilmişdir.Rus dilində Верхний лагерь, нижний лагерь adlandırılmışdır...Yuxarı ləgər termini "Верхний лагерь"-Yuxarı Düşərgə(Lager)sözünün rus dilindən təhrif edilmiş formasıdı... 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 565 nəfər əhali yaşayır. Yuxarı Ləgər kəndinin əhalisi azərbaycanlılardan ibarətdir.
Yuxarı Ləki
Yuxarı Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Ləki kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Ləki kəndi Orta Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ləki kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Yuxarı Maralyan
Yuxarı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə kənd erməni işğalçılarından azad edilib. Yuxarı Maralyan Cəbrayıl rayonunun Karxulu inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şm.-a köçərək məskunlaşması nəticəsində yaranmış iki kənddən nisbətən yüksəklikdə yərləşənidir. Oykonim "yüksəklikdə yərləşən maraluylular” mənasındadır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Yuxarı Marna
Yuxarı Marna (fr. Haute-Marne) — Fransa şimal-şərqində yerləşən, Qrand Est regionun departamentlərindən biri. Sıra nömrəsi — 52. İnzibati mərkəzi — Şomon. Əhalisi — 191 004 nəfər (departamentlər arasında 91-ci yer, 2010-cu ilin məlumatları). Ərazi 6.211 km² əhatə edir. Departamentin ərazisində Marna çayı axır. Departamentə 3 rayon, 32 kanton və 432 kommun daxildir. Yuxarı Marna — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Şampan-Ardenn bölgəsinin ərazisində yerləşir.
Yuxarı Misir
Ta-Şemau (q.misir tA-Smaw), Fivaida, Tebais (q.yun. θηβαίς, lat. Thebais), Yuxarı Misir (lat. Aegyptus Superior) — Afrikanın şimalında Misir ərazisində tarixi vilayət. Ta-Şemau (q.misir tA-Smaw) "Qamışlıq ölkə", "Qamışlıq" mənasındadır.
Yuxarı Mollu
Yuxarı Mollu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd. Xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı Həcər burada anadan olmuşdur. Kəndin ərazisi əvvəllər Mollu (indiki Aşağı Mollu) kəndinin binə yeri olmuşdur. XVIII əsrin axırları-XIX əsrin əvvəllərində Mollu kəndindən ayrılmış ailələr keçmiş binə yerində məskunlaşaraq Yuxarı Mollu kəndini salmışdılar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Yuxarı Mollu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Yuxarı Mollu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Yuxarı Mollu kəndi Həkəri çayının sahilindədir.
Yuxarı Mərcanlı
Yuxarı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Yuxarı Məzrə
Yuxarı Məzrə — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Cəbrayıl rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd idi. 5 dekabr 2023-cü il tarixli Qanunla Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndi Şükürbəyli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 5 dekabr 2023-cü il tarixli Qanunla Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Yuxarı Necili
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Yuxarı Nemətabad
Yuxarı Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. Kəndin bünövrəsinin 1170-ci ildə qoyulduğu guman edilir. Sonralar Nemətabad (indiki Yuxarı Nemətabad) kəndindən köçmüş ailələr eyni adlı bir kən salmış və bu yaşayış məntəqəsi Aşağı Nemətabad adlandırılmışdır. Yuxarı və aşağı sözləri kəndin coğrafi mövqeyini göstərir. Əvvəllər bu kənd övliya kəndi adlandırılmışdır. 12-ci əsrin 20-ci illərində islam dininin təbliği ilə əlaqədar ərəb əsilli Seyid Həsən adlı şəxs göndərilmişdir. O, bu kənddə yaşamış və böyük nüfuz sahibi olmuşdur. Seyid Həsən ağa öz xərci ilə bu əraziyə su çəkdirmiş, əhalinin suyun ətrafında yaşamağa təklif etmişdir. Seyid Həsən baba bu kənddə dünyasını dəyişmişdir. Sonralar Sovetlər dönəmində kəndin adı "Nemətabad" adlandırılmışdır.
Yuxarı Normandiya
Yuxarı Normandiya (fr. Haute-Normandie, IPA: [ot nɔʁmɑ̃di]) Fransanın 27 bölgələrindən biridir. 1984-cü ildə Sen-Maritim və Ör departamentlərdən yaranıb.
Yuxarı Noxudlu
Yuxarı Noxudlu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Yuxarı Növcü
Yuxarı Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir.
Yuxarı Nüsüs
Yuxarı Nüsüs — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Yuxarı Nüsüs kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən azad edilmişdir.
Yuxarı Nüvədi
Yuxarı Nüvədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Nüvədi kəndi Lənkəran rayonunun Səpnəkəran kəndinin inzibati ərazi vahidinə daxildir. Xəzər dənizi sahilində, Lənkəran ovalığındadır. "Nüvədi" talış dilində Nüyə di-"Yeni kənd", "Təzə kənd" mənasını verir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir.
Yuxarı Oratağ
Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ — "Aşağı Oratağ") yarandığına görə kənd Verin (erm. "Yuxarı") Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, "şiş təpə" mənasındadır.
Yuxarı Oruzman
Yuxarı Oruzman — Dumanis (Başkeçid) rayonunun böyük və qədim kəndlərindən biri. Hazırda kənddə 205 ailə yaşayır və kəndin 1100 nəfər sakini var. Kənddəki orta məktəb 200-ə qədər şagird və 20 müəllim heyətinin istifadəsindədir.
Yuxarı Oseredok
Yuxarı Oseredok — Xəzər dənizində okean səviyyəsindən aşağıda yerləşir. Onun uzunluğu 22 km, maksimal eni isə 11 km təşkil edir. Materikdən eni 300 m olan kanalla ayrılır. Ən yaxın yaşayış məntəqəsi Tişkova kəndidir. Adanın şimal-qərb hissəsində Biosfer zənginliyi ilə seçilən Tryexizben adlı yer vardır. Ən ucqar qərb nöqtəsi Kosinski burnudur.
Yuxarı Pfalts
Yuxarı Pfalts (alm. Oberpfalz‎) Bavariya vilayətinin şərqində yerləşən inzibati dairə. Regensburq şəhəri Aşağı Bavariyanın inzibati mərkəzidir.
Yuxarı Pireney
Yuxarı Pireney (fr. Hautes-Pyrénées, oks. Hauts Pirenèus, Auts Pirenèus) — Fransanın cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 65. İnzibati mərkəzi — Tarb. Əhalisi — 237 945 nəfər (departamentlər arasında 84-ci yer, 2010-cu ilin məlumatları). Sahəsi — 4464 km². Əsasən dağlıq ərazidir. Departamentə 3 rayon, 34 kanton və 474 kommun daxildir. Yuxarı Pireney — 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentdən biridir.
Yuxarı Pirtikan
Yuxarı Pirtikan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «yuxarı» sözü ilə «dini məbəd» mənasında işlənən pir sözünün qıpçaqların tikan etnoniminə yanaşması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkasar qoyulmuşdur.
Yuxarı Qanlıca
Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qanlı qədim türk tayfasının adına -ca şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.lV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaşen qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Onlar 1828-ci ildə deportasiya olunmuş, 1828-30-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.