AMBULANS

is. \[fr. ambulance < lat. ambulō "mən gedirəm"\] Təcili yardım maşını.
AMBALAJ
AMENOREYA
OBASTAN VİKİ
Ambulans
Təcili tibbi yardım maşını və ya ambulans— xəstələri xəstəxanalara nəql edən tibbi cəhətdən təchiz olunmuş nəqliyyat vasitəsi. Bəzi hallarda xəstəyə xəstəxanadan kənar tibbi yardım göstərmək üçün istifadə olunur. Ambulans ilk dəfə təcili nəqliyyat vasitəsi kimi 1487-ci ildə İspaniyada istifadə olunmuşdur. XIX və XX əsrdə müasir variantları yaranmışdır. Ambulans kimi əsasən furqonlu maşınlardan istifadə olunsa da, motosiklet, velosiped, vertolyot, qayıq, avtobus, at qoşqusu formasında olan ambulans növləri də mövcuddur. Qayıq ambulanslar ada ərazilərində istifadə olunur. Vikianbarda Ambulans ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə