AMENOREYA

is. \[fr. amenorrhoea < а- + yun. κήλαο "ay" + πνξεία "ərzində"\] Bir neçə aybaşı tsikli (dövrü) ərzində aybaşıdan kəsilmə.
AMBULANS
AMORTİZASİYA
OBASTAN VİKİ
Amenoreya
Amenoreya ― qadınlarda 6 ay və daha uzun müddət ərzində menstruasiyanın baş verməməsi. Amenoreya orqanizmin təbii halı ola bilir və ya orqanizmdə gedən genetik, biokimyəvi, fizioloji, psixoloji pozğunluqların əlaməti kimi özünü büruzə verir. == Təsnifatı == Amenoreyanın iki tipi ayrılır: yalançı amenoreya (psevdoamenoreya) və həqiqi amenoreya. === Yalançı amenoreya === Yalançı amenoreya zamanı yumurtalıq və uşaqlıqda dövri və hormonal dəyişikliklər saxlanılır, lakin anatomik maneələr səbəbindən aybaşı axıntısı baş vermir. Bu maneələrə cinsi orqanların anadangəlmə inkişaf qüsurları: uşaqlıq yolu, uşaqlıq boynu və qızlıq pərdəsinin atreziyası aiddir. Anatomik qüsurdan asılı olaraq yalançı amenoreya zamanı aybaşı qanı uşaqlıq borularında (hematosalpinks), uşaqlıq boşluğunda (hematometra) və ya uşaqlıq yolunda (hematokolpos) toplana bilər. === Həqiqi amenoreya === Həqiqi amenoreya üçün aybaşı qanaxmaları və orqanizmdə onun bağlı dövri dəyişikliklərin olmaması xarakterikdir. Həqiqi amenoreya zamanı ovulyasiya olmur və hamiləliyin baş tutması qeyri-mümkün hesab olunur. Yaranma səbəbindən asılı olaraq həqiqi amenoreya fizioloji və ya patoloji olur. ==== Fizioloji amenoreya ==== Fizioloji amenoreya xəstəlik sayılmır və orqanizmin təbii halı və ya qadınların yaş dövrləri ilə bağlı olur.

Digər lüğətlərdə