Amitoz
Amitoz — bölünmə hüceyrə bölünmələr arasında enerji sərfinə görə ən səmərəli bölünmə üsulu hesab olunur. Mitoz bölünmədən fərqli olaraq, burada bölünmə vətərlərinin yaranması, xromosomların spiral halında burularaq yoğunlaşması, nüvə pərdəsinin itməsi kimi hallar müşahidə olunmur. Xromosomlarda qısalma və yoğunlaşma baş vermədiyi üçün onlar işıq mikroskopu altında görünmürlər. Amitoz bölünmə zamanı hüceyrə enerjisi bəzi hallarda yalnız DNT-nin ikiləşməsinə kifayət edir. DNT-nin bu cür bir neçə dəfə ikiləşməsi nəticəsində bəzən nəhəng xromosomlar yaranır. Əksər hallarda isə hüceyrə enerjisi DNT-nin ikiləşməsi ilə bərabər, həm də nüvənin bölünmısinı kifayət edir, sitoplazma isə bölünə bilmir. Belə bölünmələr adətən çoxnüvəliklə nəticələnir. Amitoz bölünmənin bəzi formalarında isə nüvə bölünməsindən sonra sitoplazma da bölünə bilir və DNT ilə bərabər digər hüceyrə kompenentlərinin qız hüceyrələr arasında müstəqil paylanması baş verir. Bu zaman əvvəl nüvə, sonra isə sitoplazma ortadan ikiyə bölünür. Əgər irsi məlumatlar və hüceyrə kompenentləri qız hüceyrələr arasında qeyri-bərabər paylanarsa, bu adətən hüceyrənin məhvi ilə nəticələnir.