Ampel

die; -, -n lampa, çıraq
amortisieren
Ampere
OBASTAN VİKİ
Akonityarpaqlı ampelopsis
Ampelopsis aconitifolia (lat. Ampelopsis aconitifolia) — Şimali Çində yabanı halda bitən bitki. == Botaniki təsviri == Hündürlüyü 3 m olan lianadır. Yarpaqları əlvari, növbəli, uzun saplaqlı, sadə və ya mürəkkəbdir, 3–5 hissəyə bölünmüşdür. Çiçəkləri düz, beş, bəzən dörd hissəli, xırda, yaşılımtıldır, uzun saplaqlı salxımlara yığılmışdır. Giləmeyvələri xırda, ağ, açıq- bənövşəyi, narıncı və ya qırmızıdır. Mayda çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. 2–3-cü il yavaş, sonralar isə tez böyüyür. Saçaqlı kök sistemi vardır. Dirəklərə bığcıqların köməkliyi ilə qalxır.
Allium ampeloprassum
Allium ampeloprasum
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Ampelaster
Ampelaster (lat. Ampelaster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ampelaster carolinianus (Walter) G.L.Nesom == Sinonimləri == Aster carolinianus Walter bazionim Aster scandens J.Jacq. ex Spreng.
Ampelaster carolinianus
Ampelaster carolinianus (lat. Ampelaster carolinianus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ampelaster cinsinə aid bitki növü.
Ampeloqrafiya
Ampeloqrafiya (yun. (ἄμπελος, "şərab" + γράφος, 'yazmaq') – mühit və insan fəaliyyətinin təsiri altında üzüm növləri və sortlarının əlamətlərinin dəyişilməsi qanunauyğunluqları haqqında elm. Ümumi və xüsusi Ampeloqrafiya kimi 2 hissədən ibarətdir. Ümumi Ampeloqrafiya. üzümkimilər fəsiləsinin sistematikasını, sortların təsnifatını və mənşəyini, xüsusi Ampeloqrafiya. isə ayrı-ayrı sortların botaniki təsvirini, onların aqrobioloji və texnoloji xarakteristikasını öyrənir. Üzüm sortlarının təsviri Beynəlxalq Ampeloqrafiya Komissiyasının qəbul etdiyi vahid sistem üzrə aparılır. Ampeloqrafiya üzümün seleksiyası və sortlar üzrə rayonlaşdırılması, onun yeni rayonlara yayılması məsələlərini həll edir. Ampeloqrafiya terminini ilk dəfə 1661-cı ildə Polşa alimi F.Y.Saks təklif etmişdir. Ampeloqrafiyanın elmi əsasları isə 1806-cı ildə İspan alimi S.Klemente tərəfindən qoyulmuşdur.
Ampeloterapiya
Ampeloterapiya (ing. Grape therapy) — Xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir. Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu dayandırılmalıdır. Ampeloterapiya prosedurlarına başlamazdan əvvəl xəstə dişlərin müalicə edilməsi məsləhətdir. Üzüm şirəsi içiləndən sonra ağız boşluğu su ilə yaxalanmalıdır. Ampeloterapiya şəkərli diabet, mədənin xora xəstəliyi, xroniki vərəmin kəskinləşmə mərhələsi, piylənmə, hipertoniya və xroniki ishal zamanı aparılmır. Prosedur zamanı əsasən üzümün şasla, rislinq, semilyon, qaus, tağüzüm, ağ kişmiş və çeleki sortlarından istifadə edilir.
Lissotriton vulgaris ampelensis
Adi triton (lat. Lissotriton vulgaris), (Salamandridae) — fəsiləsinin (Caudata) dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədənin uzunluğu 110 mm-ə (adətən 80 mm-ə yaxın) çatır. Dərisi hamar və ya xırda ziyillidir. Bədənin bel hissəsinin rəngi zeytuni-qonur, qarınaltı hissə isə sarımtıl olub, xırda tutqun xallara malikdir. Başında olan tünd uzununa zolaqlardan biri gözlərindən keçir və yaxşı nəzərə çarpır. Çoxalma dövründə erkəklərin rəngi daha parlaq olur və peysərdən quyruğunun ucuna qədər daraq əmələ gəlir. Adətən bu hissədə narıncı haşiyəsi və parlaq rəngli göy zolağı olur. Bu üzgəcvari qırış quyruğun əsasında kəsilmir.
Ampelygonum
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Ampelidaceae
Üzümkimilər (lat. Vitaceae) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Ampelidaceae Leeaceae Dumort.

Digər lüğətlərdə