ANORTOZİT

сущ. геол. анортозит (горная порода, используемая как облицовочный материал)
ANORTOKLAZ
ANOSMİYA
OBASTAN VİKİ
Anortozit
Anortozit (fr. anorthose – plagioklaz) — qabbro qrupu süxuru. Əsas, yaxud orta plagioklazlardan ibarətdir. Tərkibində cüzi miqdarda rəngli minerallara rast gəlinir. İki növü var: 1) bitovnitli anortozitlər; 2) labradorlu, yaxud andezinli anortozitlər. Sinonimləri: labradorit, plagioklazit. İridənəli struktura malikdir. Rəngi – açıq bozdan qarayadəkdir. Anortozitlər 1 milyard il bundan əvvəl formalaşmış iri maqmatik komplekslər (Ukrayna, Kanada, Finlandiya) və əsas-ultraəsas intruziyaların tərkib hissəsini (CAR, Avstraliya, Kanada və s.) təşkil edirlər. Anortozit Ay "materikləri"nin əsas süxurlarındandır.