ANTİ-EYC

sif. \[lat. anti- "əleyhinə" + ing. age "yaşlanma"\] kosmet. Yaşlanma əleyhinə kosmetik vasitə.
ANTAQONİST
ANTİDEMPİNQ
OBASTAN VİKİ
Eyc (hərf)
Ե, ե (adı: eyc, erm. եջ) — erməni əlifbasının beşinci hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Nyu-eyc
Nyu-eyc (ing. New Age, hərf. Yeni dövr) — psixoloji mövzularla əlaqəli baxışların eklektik yanaşma ilə səciyyələndirən spesifik cərəyan; həm də dünyanın ən sürətlə yayılan dini kimi də təqdim olunur. XX əsrin sonlarında meydana çıxmışdır. "Nyu-eyc" terminini Alisia Beyli adlı bir ingilis xanım yaratmışdır. Minlərlə kilsəsi, külli miqdarda varidatı olan bu cərəyanın 150-dən çox ölkədə 10 milyona yaxın üzvü var. "Nyu-eyc" 1980-ci illərə qədər də submədəniyyət kimi mövcud olmuşdur. Onu bir din kimi isə Ron Habbard adlı amerikalı yazıçı yaratmışdır. Amerikanın yeni dini — "New Age".
Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Anti-detonatorlar
Antidetonatorlar — (antiknok agentləri) motor yanacaqlarının oktan ədədini artırmaq və mühərrikdə səs ehtimalını azaltmaq üçün onlara az miqdada əlavə olunan maddələrdir. Yanacaqların antidetonasiya qabiliyyətini artırmaq imkanı verən maddələrin siyahısı genişdir, lakin onların heç də hamısı texnoloji məhdudiyyət və ya ekoloji səbəblərdən istifadə edilə bilməz. Metil-tret-butil efiri (MTBE) hal-hazırda ən perspektiv antidetonator hesab olunur. Rusiyada onun avtomobil yanacağına 15% əlavə olunmasına icazə verilmişdir. Yol testlərinin nəticələrinə görə, tərkibində 7–8% MTBE olan qurğuşunsuz benzin bütün sürətlərdə etilləşdirilmiş benzindən yaxşıdır. MTBE kəskin qoxulu rəngsiz şəffaf bir mayedir. Qaynama temperaturu 54–55 °C, sıxlığı 0,74 q / sm3 — dir. Tədqiqat üsuluna görə oktan ədədi 115–135-dir. MTBE-nın ümumdünya illik istehsalı on milyon tonlarla ölçülür. Potensial antdetonator kimi etil-tret-butil efiri, tret-amil metil efiri və eləcə də C6-C7 olefinlərindən alınmış metil efirlərindən istifadə etmək mümkündür.
Anti-federalizm
Anti-qloballaşma
Anti-qloballaşma — kapitalizmin qloballaşmasına qarşı tənqidi ictimai hərəkatdır.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir. Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli (əleyhis-salam) onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər. Əməvilərin hakimiyyəti dövründə Şiə azlığını məhv etməyə çalışıblar.Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi.
Anti-marksist
Anti-Livan dağları
Antilivan (ərəb. جبال لبنان الشرقية‎‎ və ya ərəb. الجبل الشرقي‎) — Suriya ilə Livan arasında cənub-qərbdən şimal-şərqə uzanan dağ sistemi. İki ölkə arasında sərhəd silsilənin ən hündür hisssindən keçir. Silsilənin cənubu Colan təpələri ərazisində yerləşir. Livan silsiləsindən şərqdə qərarlaşır. Yunan dilindən törəmədir və «Livanın əksi» mənasını verir. Qərbində Bekaa və cənubunda El-Xasbani çayının vadisi yerləşir. Silsilənin şərqində Şərq platosu yerləşir. Bu platoda Dəməşq şəhəri yerləşir.
Anti-armenia Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.
Anti-ballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Anti-müharibə hərəkatı
Antimüharibə hərəkatı — müharibələri dayandırmaq və sülhün qurulması məqsədli ictimai hərəkat. Bu məqsədə nail olmaq vasitələrinə pasifizmin və antimilitarizmin təbliğatı və müharibəyə qarşı müxtəlif növ etirazlar, o cümlədən, nümayişlər, xahişlər, boykotlar, seçkilərdə müəyyən namizədlərin dəstəklənməsi, hərbi çağırışlardan yayınma, "Die-in" (ölümün təqlidi) kimi qeyri-adi etiraz üsulları daxildir.
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Anti-Hitler koalisiyası
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Valve Anti-Cheat
Valve Anti-Cheat — ilk dəfə 2002-ci ildə Counter-Strike ilə buraxılan Steam platformasının komponenti kimi Valve tərəfindən hazırlanmış anti-hiylə sistemi. Proqram oyunçunun sistemində hiylə aşkar etdikdə orijinal aşkarlamadan günlər və ya həftələr sonra oyunçunu qadağan edir. Sistem yaddaşda və ya cihazda səhvlər aşkar edərsə, oyunçuları oyundan kənarlaşdıra bilər. Aşkarlanma tarixi və ya aşkar edilən hiylə növü kimi heç bir məlumat oyunçuya açıqlanmır. Oyunçuya məlumat verildikdən sonra, oyunçunun hiylə istifadə etdiyi oyunun onlayn "VAC ilə qorunan" serverlərinə giriş həmişəlik qadağan edilir və oyunçunun Steam hesabına əlavə məhdudiyyətlər tətbiq edilir. Sistem 2006-cı ilin noyabr ayının bir həftəsi ərzində 10.000-dən çox hiylə cəhdini aşkar edib. 2018-ci ilin dekabr ayı ərzində 600.000-dən çox hesaba qadağa qoyulub. 2001-ci ildə, "Counter-Strike" və "Half-Life" modları üçün nəzərdə tutulmuş anti-hiylə proqramı olan "PunkBuster"in tərtibatçıları "Even Balance", "Valve"dən heç bir dəstək almadıqları üçün oyunları dəstəkləməyi dayandırdılar. Valve, texnologiyanı birbaşa oyunlarına inteqrasiya etmək üçün edilən iş təkliflərini də rədd etdi. Valve 2001-ci ildə hiylələr üçün "uzunmüddətli həll" üzərində işləməyə başladı.
Anti-armenia Hack Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.
Raad (anti-tank raketi)
Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir. Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür. Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, Livan və Suriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraq və Suriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir. RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır.
Anti-Sosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. 1886-cı ildə yaranmışdır.
Be My Valentine! (Anti-Crisis Girl)
"Be My Valentine! (Anti-Crisis Girl)", (Azərbaycan dilində:Sevgilim ol) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil edən Svetlana Lobodanın ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı Svetlana Lobodanın özüdür. Mahnını sözləri isə Yegeny Matyuşenkoya aiddir. Böyük Britaniyanın 2009 Avroviziya Mahnı Müsabiqəsi təmsilçisi Jade Ewen Svetlana Lobodanın bu mahnısının ailə içi şiddət ilə əlaqədar olduğunu və Svetlana Lobodanın bu mövzuda mesaj vermək istədiyini bildirdi. Mahnı üçün çəkilən video klipi xüsusi olaraq çəkmək yerinə Svetlana Loboda köhnə kliplərinin bir araya gətirərək klipi meydana gətirdi.
Anti-terror əməliyyatında şəhid olan Azərbaycan hərbçilərinin siyahısı