antiinhisarçılıq
antikariyes
OBASTAN VİKİ
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Normalda hər bir uşaq bunu bilməlidir ki kimsə dəyişib Antik dedikdi tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XXXI əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Antik dünya
Antik latınca anticius sözündən götürülmüşdür. Mənası qədim, köhnə olmaqdadır. İnsanlıq tarixinin başlanğıcından orta əsrlərə kimi davam edib (XV-XVI). Şumer mixi yazısının kəşf edilmiş ən köhnə yazı növü olduğuna görə, qeydə alınmış tarixin müddəti təxminən 5.000-5.500 ildir. Genetik dəlillərə görə isə, insanın ilk ortaya çıxışı təxminən 1,5 milyon il əvvəldir. Ayrıca, Homo Sapiensin Afrikanı təxminən 60.000 il əvvəl tərk etdiyinə dair inkişaf edən bir düşüncə və dəlillər vardır. == Antik dünyanın incələnməsi == Antik dünyanın incələməsindəki ən əsas problem, yalnız bir qisminin qeydə alınması və sənədləşdirilmiş olması və bu sənədləşdirilmiş qisimindən yalnız bir hissəsinin günümüzə çatmış olmasıdır. Antik dünyanın sonundan çox sonraya qədər savadlılıq hər hansı bir mədəniyyətə yaygınlaşmamıştır, beləcə tarixi yazma fürsətinə sahib olmuş insan sayı az idi. Yazılmış tarixlər belə yayılmamış, dağılamamıştır, çünki o dövrlərdə mətbəə maşını olmadığı üçün bir əsəri çoxaltmaqın tək yolu əl ilə surətini çıxartmatqdi.Antik Qərbin elm dərəcəsi ən yüksək olan Roma imperiyasının ən dahi və tanınmış alimlərinin əsərlərinin çoxu dövrümüzə gəlib çatmamışdır. Tarixçilərin antik dünyaya dair məlumat əldə etmələrinin iki ana yolu vardır; arxeologiya və əsas qaynaqların araşdırılması.
Antik filosoflar
Antik fəlsəfə — antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatə edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır. == Dövrləşməsi == Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı problemləri maraqlandırırdı; Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdirlər; Klassik dövr.
Antik fəlsəfə
Antik fəlsəfə — antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatə edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır. == Dövrləşməsi == Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı problemləri maraqlandırırdı; Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdirlər; Klassik dövr.
Antik Misir fəlsəfəsi
Saab 17 — Saab şirkətinin istehsal etdiyi İsveç bombardmançı-kəşfiyyat təyyarəsidir. Layihə əvvəlcə 1930-cu illərin sonlarında ASJA tərəfindən L 10 kimi başlandı və 1937-ci ildə şirkət Saab ilə birləşdikdən sonra Saab 17 adlandırıldı. Qanadları şığıyıcı bombardmançı kimi istifadə edilmək məqsədi üçün gücləndirildi. Mühərrik çatışmazlığı üzündən təyyarələrin mühərrikləri çıxarıldı və gələcək çatdırılma məntəqələri istiqamətində uçuruldular. Təyyarə müxtəlif mühərrik modeli ilə üç fərqli modeldə istehsal edilmişdir. Təyyarə ilk uçuşunu 18 may 1940-cı ildə etmişdir və 1942-ci ildə İsveç Hərbi Hava Qüvvələrinin xidmətinə qəbul edilmişdir.
Antik Misirdə fəlsəfə
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Antik Olimpiya oyunları
Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi. == Oyunların yaranması == Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır. Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə.
Antik Şərq Kilsəsi
Qədim Şərq Kilsəsi Şərq Xristian məzhəbidir. 1964-cü ildə Mar Toma Darmonun rəhbərliyi altında Şərqin Assur Kilsəsindən şaxələnmişdir. Bu, Şərqin tarixi Kilsəsi (qədim Selevkiya-Ktesifon Patriarxal vilayəti) ilə davamlı varislik iddiasında olan üç Aşşur Kilsəsindən biridir, digərləri Şərqin Assur Kilsəsi və Xaldey kilsəsidir. Qədim Şərq Kilsəsi baş ofisi İraqın Bağdad şəhərində yerləşir. 1972-ci ildən 2022-ci ilin fevralında ölümünə qədər kilsəyə Katolikos-Patriarx Mar Addai II Givargis rəhbərlik edirdi.
Dan (antik şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. == İdentifikasiya və adları == İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var.Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir.19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi. Üç il sonra Edvard Robinson eyni eyniləşdirməni etdi və bu eyniləşdirmə indi etibarlı şəkildə qəbul edilir. Tel Dan orijinal Bibliya adına əsaslanan yerin müasir İsrail adıdır.
Dövlət antik kolleksiyası
Dövlət antik kolleksiyası (alm. Staatliche Antikensammlungen‎) (köhnə adı — Kiçik formalı antik incəsənət kolleksiyası) Qədim Yunanıstan, Roma və etruriya mədəniyyətinə aid Almaniyada ən böyük kolleksiyalardan biri. == Muzey binası == Dövlət antik kolleksiyası muzeyinin binası Bavariya əyalətinin paytaxtı Münhen şəhərində, Köniqpalas meydanında Qliptotek muzeyi ilə üzbəüz yerləşir. Bina 1838–1848-ci illərdə bavar kralı I Lüdviqin göstərişi ilə memar Georq Fridirix Çibland tərəfindən Korinf orderi stilində inşa edilmişdir. 1869–1872-ci illərdə binada kral antikbariumu yerləşmişdir. 1898-ci ildən 1912-ci ilə kimi binada Münhen Sesessionu — Münhen Rəssamlar Birliyi , 1919-cu ildən Yeni dövlət qalereyası yerləşmişdir. İkinci dünya müharibəsi zamanı dağılmış bina 1967-ci ildə bərpa edilərək Dövlət antik kolleksiyası muzeyinin ixtiyarına verilmişdir. Kolleksiya əsasən Vittelsbaxların yığmış olduqları, xüsusən I Lüdviqə məxsus antik eksponatlar daxildirlər. 1831-ci ildə kral müşaviri Martin fon Vaqner Etruriya mədəniyyətinə aid Vulçi şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapılmış keramik əşyaları əldə etmişdir. Fridrix fon Tirş hərracda Lüsyen Bonaparta məxsus mirasdan antik incəsənət nümunələrini almışdır.
Ermənistan Krallığı (antik)
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq.Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır. == Sparta tərbiyə sistemi == Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi.Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir". == Tərbiyə sisteminin mərhələləri == Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi: a) 7 yaşdan 14 yaşadək; b) 14 yaşdan 20 yaşadək; c) 20 yaşdan 30 yaşadək.Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi. === I mərhələ === Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar. === II mərhələ === Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi. Likurq pul sikkəsini hörmətdən salsa da "söz sikkəsi" ilə başqa cür davrandı.O,istəyirdi bir neçə sadə sözdə çox dərin məna ifadə olunsun.Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib,dərin mənalı cavab verməyə alışırdılar.Ona görə də belə yığcam danışan adamların vətəninin adından "lakonik danışıq " anlayışı yaranmışdır.Sonralar spartalılar bu xüsusiyyəti daha da inkişaf etdirirdilər.Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşıyır,sərt fiziki və hərbi tərbiyə əsas yer tutur,savad təliminə,təhsilə də kifayət qədər diqqət yetirilmirdi.Fiziki tərbiyədə dövlət üçün möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu.Spartada mükəmməl şəxsiyyət dedikdə,fiziki cəhətdən möhkəm döyüş çü nəzərdə tutulurdu.Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim dövrlərdə formalaşmış dövlət sistemi ilə şərtlənirdi.Dövlətin əsas vəzifəsi isə qulları itaətdə saxlamaq idi. == Afina tərbiyə sistemi == Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzifəsi qarşıya qoyulmuşdu.Onlar həm fiziki,əxlaqi,həm də əqli cəhətdən inkişaf etmiş,gözəl zövqə malik insanlar olmalı idilər.Bu cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nəzərdə tutulurdu.Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarış prinsipi (aqonistika) təşkil edirdi.Uşaqlar,yeniyetmələr və gənclər həmişə gimnastikada,rəqsdə,musiqidə yarışır,öz bilik,bacarıq və vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər. Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar.Bundan sonra oğlan uşaqları məktəbə gedir,qızlar isə ailədə tərbiyə almaqla ev işlərinə alışdırılırdı.Varlı ailələrdən olan oğlanlara xüsusi peda qoq nəzarət edirdi.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Qəbələ (antik şəhər)
Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır.
Antikafe
Antikafe (həmçinin taym-kafe, taym-klub) — Rusiya və MDB-də sürətlə populyarlıq qazanan məkanların sosial yönümlü yeni formatı. Antikafe sözü son dövrlərdə meydana gəlmişdir. Məlumdur ki, "anti-" hissəciyindən nəyisə inkar etmək, nəyəsə qarşı qoymaq mənasında istifadə olunur, fransız mənşəli kafe sözü isə hər kəsə yaxşı məlumdur. Bu sözlərin birləşməsindən adət etdiyimiz kütləvi iaşə müəssisəsi kimi fəaliyyəti inkar edən məkan yaranmış olur. İlk dəfə bu anlayışdan 2011-ci ilin sentyabrında "Siferblat" ("Циферблат") müəssisəini açmış yazıçı İvan Mitin istifadə etmişdir. Antikafe dedikdə isti çay və kofe içmək mümkün olan, amma kafe olmayan görüş məkanı başa düşülür. Mahiyyətinə görə burada dəqiqələr satılır. Antikafenin təyinatı qidalanmaq deyil, ünsiyyətdir. Bütün antikafeləri sərinləşdirici içkilərə, kofeyə, çaya, desertlərə, dost və tanış olmayan insanlarla oyunlara, kovorkinq, filmlərin baxılmasına təminat verir. Bunlara görə heç bir haqq alınmır.
Antikamalizm
Antikamalizm və ya antikamalçılıq — Türkiyə milliyyətçi düşüncəsi olan kamalizmi inkar edən və bu ideologiyanın lehinə araşdırmaların yayılmasını azaltmağa çalışan prinsiplərdən ibarət ideologiya. Bəzi antikamalistlər dünyəvilik prinsipinə görə kamalizmi rədd edir, digərləri isə bunu kamalizmi burjua ideologiyası kimi gördükləri, onun həddindən artıq milliyətçilik və hətta irqçilik ehtiva etdiyini düşündüyü üçün edirlər. 1980-ci ildə və sonrakı illərdə vətəndaş cəmiyyəti və antikamalizmlə bağlı müzakirələr intensivləşmişdir.
Antikitera mexanizmi
Antikitera mexanizmi (yun. Μηχανισμός των Αντικυθήρων) — təqvim və astroloji məqsədlərə görə tutulmaları, həmçinin Olimpiyadaları, Qədim Olimpiya oyunlarının mərhələlərini, astronomik vəziyyətləri proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş qədim analoq kompüter. Tapıntı 340 mm × 180 mm × 90 mm taxta qutuda yerləşirdi. Bu qurğu bir-birinin üstünə geydirilmiş ən azı 30-a yaxın tunc dişli çarxdan yaradılmış mürəkkəb saat mexanizmidir. Onun qalıqları 82 ayrı-ayrı fraqmentlər şəklində tapılıb, onlardan yalnız yeddi hər hansının dişli çarxları və əhəmiyyətli yazıları olduğu müəyyən edilib. Ən böyük dişli çarxın diametri təxminən 140 mm-dir və ilkin olaraq 223 dişi var idi. Artifakt Andikitira adasının kənarında eramızdan əvvəl birinci əsrin 2-ci yarısında baş vermiş gəmi qəzasının 1900-1901-ci illərdə kəşf olunması ilə bərpa edilib. Cihazın Yunan alimləri tərəfindən işlənib hazırlanması və qurulması və tarixinin eramızdan əvvəl 100-150-ci illərə və ya son araşdırmalara görə eramızdan əvvəl 205-ci ilə aid olması güman edilir.Bu texnologiyaya aid biliklər çox qədim zamanlarda müəyyən hadisələr zamanı məhv olub. On dördüncü əsrdə Avropada mexaniki astronomik saatların inkşafına qədər, onun mürəkkəbliyinə və ustalığına yaxınlaşan texnoloji artifaktlar mövcud olmayıb. Antikitera mexanizminin bütün məlum fraqmentləri Afina Milli Arxeologiya muzeyində saxlanılır.
Antiklerikalizm
Antiklerikalizm (qəd. yun. άντι — əksinə, əleyhinə və κληρικός — din) — dini təşkilatların, ruhaniliyin, həmçinin siyasi, iqtisadi, mədəni, elm və təhsil sahəsində dini hakimiyyətin əleyhinə istiqamətlənmiş sosial hərəkatdır. XVIII əsrdə maarifçiliyin çiçəklənməsi dövründə Avropanı ateizmin birinci dalğası bürüdüyü zaman, kilsə əleyhinə yönələn istənilən hərəkat antiklerikalizm adlandırılırdı. == Ateizmdən fərqi == Antiklerikalizm ateizmə bənzəsə də özünün xarakterik xüsusiyyətləri mövcuddur: Antiklerikalizm müxtəlif dinlər tərəfindən təklif edilən allahın və ya digər fövqəlgücün mövcudluğunu inkar etmir Antiklerikalizm dinin həqiqiliyini inkar etmir, yalnız kilsənin ictimai həyatdakı rolunun artırılması qarşı çıxır. == Antiklerikalizmin tarixi == Müxtəlif növ Antiklerikal fikirlər hələ qədim filosoflar tərəfindən söylənilmişdir. Antiklerikalizm orta əsrlərdə Avropada dini həyatın dünyəvi həyatdan üstün olmasıilə bağlı kilsə ideyaların qarşı mübarizə üsulu olmuşdur. Orta əsrlərdə antiklerikalizmin əsas istiqaməti feodal kilsələrin,bəzən də bütövlükdə cəmiyyətin tənqid olunmasından ibarət idi. Kəndli Antiklerikal hərəkatların əsası iqtisadi məqsədlər təşkil etsə də, həmin hərəkarlar dini baxımdan əsaslandırılır. Kilsə tərəfindən müəyyən edilmiş qaydaların dəyişilməz saxlanılması, bu qaydaları əsaslandıran ideologiyaya şübhələri artırdı.
Antiklinal
Antiklinal (yun. anti - aks va klino - ayrılıram) — Yer qabığında süxurların qabarıq yatım forması, yəni qıvrımlı strukturların yüksəkdə qalan hissəsi. Antiklinal adətən təbəqəli çökmə, yaxud effuziv, o cümlədən metamorfikləşmiş süxurların yatım forması, eləcə də ardıcıl təbəqələşən layların qabarıq tərəfi yuxarıya yönəlmiş qırışığıdır. Antiklinal nüvəsində qədim, qanadlarında isə cavan süxurlar yatırlar. Qırışığın büküş yeri kilid adlanır. Antiklinal təşkil edən layların büküş yerini birləşdirən səth ox müstəvisi, yan hissələr isə qanadlar adlanır. Ox müstəvisinin vəziyyətindən asılı olaraq antiklinal düz və ya normal, çəp, aşırılmış, çevrilmiş və i. olur. Sinonim: Antiklinal qırışıq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Antiklinori
Antiklinori- (antiklinal sözündən və yun.oros.dağ, yüksəklik) -yer qabığının iri və mürəkkəb qırışıq kompleksi. Mərkəzi hissənin ümumio qalxması, bəzən də nəhəng intruziv kütlənin daxil olması və qanadlarında üstəgəlmə xarakterli pozulma zonalarının inkişafı ilə səciyyələnir.
Antiklinorium
Antiklinorium - geosinklinal sistemlərində Yer qabığının qırışıqəmələgəlmə prosesləri ilə müşayiət olunan qalxması nəticəsində əmələ gələn iri mürəkkəb antiklinal quruluşlu strukturdur. İntensiv qırışıqlıq antiklinorium mərkəz hissəsində müşahidə olunur. En kəsiyi bir neçə antiklinal və sinklinal qırışığın növbələşməsindən ibarətdir. Uzunluğu yüz, eni on km-lərlə ölçülür. Antiklinorium oxu boyu qədim çökəklərə, bəzən böyük intruziya çıxışlarına təsadüf edilir. == Həmçinin bax == Yer qabığı Antiklinal Çökək == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Antikoaqulyasiya
Antikoaqulyasiya - Qanın ekstrakorporal konturda laxtalanması. == Haqqında == HD prosesində xəstənin qanı iynə və ya kateterlə, qan magistralları ilə, hava tutucusu ilə, dializator membranı ilə təmasda olur. Bu səthlər trombogen olub qanı laxtalandıra bilərlər. Trombun əmələ gəlməsi ekstrakorporal konturun fəaliyyətini pozur. Ekstrakorporal konturda laxtanın əmələ gəlməsi hər hansı səthə qan plazmasının çökməsi ilə başlayır, sonra isə trombositlərin adheziya və aqreqasiyası baş verir, tromboksan A2 əmələ gəlməsi, laxtalanma kaskadı aktivləşir, trombin və fibrin depozitlərinin əmələ gəlməsi baş verir. == Ekstrakorporal konturda qanın laxtalanmasına səbəb olan faktorlar == Qanın hərəkət sürətinin azlığı; Yüksək hematokrit; Yüksək ultrafi ltrasiya; Damar yolunda resirkulyasiya; Dializ zamanı qan yaxud onun komponentlərinin infuziyası; Yağ məhlulların dializ zamanı infuziyası; Hava tutucularının olması.Ekstrakorporal konturda qanın laxtalanmasının qarşısını almağa və dializ aparmağa imkan verən heparinin təyini indi standart bir üsul sayılır. Heparin müsbət yüklənmiş, sulfatlanmış mukopolisaxarid (molekul kütləsi müxtəlifdir) olub donuzların bağırsağından və ya inəklərin ağciyərindən alınır. Heparin dövr edən antitrombin III birləşdirir və sonra I, IX, XI və XII koaqulyasiya faktorlarının serin proteazaları ilə kompleks əmələ gəlməsi səbəbindən sürətli dezaktivasiya baş verir. Heparinin yarımparçalanma müddəti 30-120 dəq-yə bərabərdir və antitrombin III, yaxud heparini neytrallaşdırmaq üçün istifadə olunmuş protamin sulfat kompleksindən azad olduqda bu dövr uzanır. Heparinin arzuolunmaz yanaşı təsirlərindən dəri qaşınması, allergiya, osteoporoz, hiperlipidemiya, trombositopeniya və qanaxmanın artmasını qeyd etmək lazımdır.
Antikomintern paktı
Antikomintern paktı (alm. Antikominternpakt‎, yap. 日独防共協定) — 25 noyabr 1936-cı ildə kommunizmdən müdafiə olunmaq üçün bağlanmış Almaniya-Yaponiya razılaşması, müqavilənin bağlandığı yer — Berlin) — dünyada kommunist ideologiyasının daha da genişlənməsinin qarşısını almaq məqsədilə Kommunist İnternasionalı (Komintern-paktın adı buradan yaranmışdır) ölkələrinə qarşı Almaniya ilə Yaponiya arasında yaradılmış ikitərəfli ittifaq. == Tarixi == 1937-ci ilin noyabrında Benito Mussolininin şəxsində İtaliya da Antikomintern paktına qoşuldu. Sonralar hakimiyyətə yeni gələn və ideologiyaları alman nasionalizmi və italyan faşizmi ilə səsləşən bir sıra hökumətlərin və SSRİ-yə və bütövlükdə kommunizmə düşmən münasibət bəsləyən bir sıra dövlətlər də Antikommuntern paktına qoşuldular. 1939-cu ildə Almaniya ilə İtaliya arasında bağlanmış ikitərəfli "Polad pakt"ını və 1940-cı ildə Berlin paktını imzalayan dövlətlərlə birlikdə Antikomintern paktının üzvləri də hərbi ittifaqın üzvlərinə çevrildilər. 24 fevral 1939-cu ildə pakta Macarıstan və Mancjou-qo dövlətləri də qoşuldular. 26 mart 1939-cu ildə Almaniyanın təkriki ilə vətəndaş müharibəsi şəraitində olan general Franko hökuməti də Antikomintern paktını imzaladı. 25 noyabr 1941-ci ildə Antikomintern paktının müddəti 5 il müddətinə uzadıldı, elə həmin dövrdə bu pakta Finlandiya, Rumıniya, Bolqarıstan, həmçinin faşistlər tərəfindən işğal edilmiş ərazilərdə — Xorvatiyada, Danimarkada, Slovakiyada təşkil olunmuş marionet hökumətlər və yaponlar tərəfindən işğal olunmuş Çin ərazisində yaradılan Van Szin-veya hökuməti də daxil oldular. == Mənbə == Command Decisions.
Antikommunizm
Antikommunizm ya da kommunizm düşmənliyi — kapitalist düşüncələrə qarşı olan və əksinin reallaşa biləcəyini təklif edən kommunizm düşüncəsinə qarşı olaraq, kommunist sistem və düşüncələrin yayılmasına mane olmağa verilən ad. Bununla bərabər Marksist-leninist siyasətin XX əsrdə dünyada söz sahibi olmasından sonra, bu siyasətə qarşı olan düşüncələrin cəminə deyilən termindir. Başlanğıcı fikirsəl olaraq Karl Marks və Fridrix Engelsin kommunizm ilə əlaqəli düşüncələrini açıqladığı dövr olsa da, əsas olaraq, Rusiya Sovet Federativ Sosialist Respublikasının və yeni sistem axtarışında olan Asiya dövlətlərinin işğalı ilə, 1917-1922-ci illər aralığında qurulan Sovet İttifaqı dövründə təşəkkül etmişdir. II Dünya müharibəsindən əvvəl və müharibə dövründə Adolf Hitler, Benito Mussolini kimi millətçi liderlər anti-kommunist siyasət yürütmüş, müharibədən sonra isə ABŞ bu siyasəti davam etdirmiş, NATO-nun qurulmasında əsas rol oynamış, bütün dünya ölkələrində anti-komunist fəaliyyətlərə dəstək vermişdir. Bu hadisələrdən sonra sosialist ölkələr də Varşava paktı adlı hərbi və siyasi birlik yaratmışdılar. Anti-kommunist siyasət Avropada hələ də zəif də olsa davam etməkdədir. Məsələn Avropa Şurası Parlament Assambleyası 25 yanvar, 2006-cı ildəki iclasında "totalitar kommunist rejimləri qınadığını" açıqlamışdır. Bununla bərabər Avropa Parlamenti 2000-ci ilin, 23 avqustunda "XX əsr nasist və kommunist günahlar üçün Avropa miqyasında anma günü" təyin olunmasını təklif etmişdi. == Tarixi == === Başlanğıc === "Anti-kommunizm" və "anti-sosializm" qavramları termin olaraq 1840-cı illərdə ilk dəfə istifadə olunmağa başlamışdır. Dövrün mülk sahibi təbəqələri və mühafizəkarları, mülkiyyətin yenidən paylaşılmasının lazım olduğunu deyənlərə qarşı ilk dəfə bu cərəyanı formalaşdırmışdırlar.
Antikosti
Antikosti (fr. Île d'Anticosti, ing. Anticosti Island mənası hindu dilindən tərçümədə "Ayının ovlandığı ərazi" — Kanadanın Kvebek əyaləti ərazisində yerləşir. Adaların dünyada sahəsinə görə sıralamasında 90-cı, Kanadada isə 20-ci yeri tutur. == Coğrafiyasi == Ada 49° və 50° şimal enliyi, 61°40′ və 64°30′ qərb uzunluğunda yerləşir. Adanın sahillərini Müqəddəs Lavrentiya körfəzinin soyuq suları yuyur. Şimaldan (materikdən) Jak Karte boğazı cəubdan isə Qaspe yarımadasından isə Qonqedo boğazı ilə ayrılır. Sahəsi 7892,53 km² təşkil edir. Səthi düzəndir. Ən hündür nöqtəsi 192 metrdir.
Azərbaycan antikorrupsiya kampaniyası (2011)
2011-ci il Azərbaycanda antikorrupsiya kampaniyası — Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində və kökünün tamamilə kəsilməsi üçün həyata keçirilmiş tədbirlərin ən mühümü. == Yaranma səbəbləri == 2011-ci ilə qədər Azərbaycanda korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilmişdir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilmişdir. Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliyinin təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsi məqsədilə "Korupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004–2006-cı illər)" uğurla icra olunmuşdur. Proqramın icrası dövründə əhəmiyyətli qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış institutlar fəaliyyətə başlamış, dövlət orqanlarında islahatlar aparılmış, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlər ratifikasiya edilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmuş və olunmaqdadır. Azərbaycanda bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Bu sahədə çoxsaylı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər.
Beynəlxalq Antikorrupsiya Akademiyası
IACA (ing. International Anti-Corruption Academy) — hökumət üzvləri və digər vəzifəli şəxslərə antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən, qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat. Təşkilata üzvlük BMT-yə üzv olan dövlətlər və beynəlxalq hökumətlərarası təşkilatlar üçün açıqdır. Təşkilata üzvlük haqqının ödənilməsi məcburi deyil. == Tarixi == === Zəmin === Antikorrupsiya təhsilinə yönəlmiş beynəlxalq təşkilatın yaradılması prosesi 2005-ci ilə təsadüf edir. Belə ki, İnterpolun işçi qrupu həmin dövrdə bu təşəbbüslə bağlı müzakirələrə başlayır. İnterpolun 2006-cı ilin sentyabrında keçirilən 75-ci iclasında üzv dövlətlər yekdilliklə "dünya üzrə dövlət xidmətləri sektorunda korrupsiya problemi ilə mübarizə aparmaq məqsədi güdən" akademiyanın qurulmasının lehinə səs verirlər. İclasın ardınca, 9 oktyabr 2006-cı ildə Avstriyanın Daxili İşlər naziri Liza Prokop, İnterpolun baş katibi Ronald Noubl və Daxili İşlər İdarəsinin direktoru Martin Krutner Avstriyanın paytaxtı Vyanada IACA-nı yaratmaq istədiklərini rəsmi şəkildə bəyan etdilər.2007-ci ilin iyulunda Noubl və Avstriyanın Daxili İşlər naziri Günter Platter Vyanada görüşərkən IACA-nın Laksenburqda yaradılması ilə əlaqədar saziş imzaladılar. Saziş 2007-ci ilin noyabrında İnterpolun 76-cı iclasında təsdiq edildi. 2008-ci ilin oktyabrında Noubl və BMT‐nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) icraçı direktoru Antonio Mariya Kosta 2005-ci ilin dekabrında qüvvəyə minmiş Korrupsiya əleyhinə BMT Konvensiyasının "daha effektiv icrasını təmin etməkdə" IACA-ya kömək etmək məqsədilə əməkdaşlıq sazişi imzaladılar.

Значение слова в других словарях

бря́кнуть выу́живание женихо́в ксено́новый лебя́жий по-худо́жнически регули́ровать се́рживаться нала́дить отмыка́ть партсобра́ние повремени́ть похристо́соваться рекру́тский реформи́стка схвати́ть эликсир жи́зни рюшка Dutchman's laudanum respecter trouser stripe перестраиваться поджелудочный складчатый форель