ANTİPASSATLAR
passat sirkulyasiyasının üst halqası olub, hava kütləsini ekvatordan subtropiklərə aparır. A. Şim. yarımkürəsində cənub-qərbdən şimal-şərqə, Cən. yarımkürəsində isə şimal-qərbdən cənub-şərqə gedir. A-ın alt sərhədi orta hesabla 4 km hündürlükdən başlanır və subtropiklərdən ekvatora doğru onun hündürlüyü artır. Habelə yayda qışa nisbətən daha hündürdə hərəkət edir. Atlantik okeanında 100 şm. E.-də onun hündürlüyü orta hesabla yayda 15 km, qışda isə 6 km-dir; 300 şm.e.-də hündürlüyü yayda 5 km, qışda isə 2 km-ə qədərdir.