AQROİQLİM EHTİYATI

k.t.-nın inkişafı üçün tələb olunan iqlim elementlərinin göstəriciləri.
AKVATORİYA
AQROİQLİM RAYONLAŞMASI
OBASTAN VİKİ
Aqroiqlim ehtiyatları
Aqroiqlim ehtiyatları — dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir. Müxtəlif torpaq – iqlim şəraitinə malik olan ərazilərdə çoxsaylı tədqiqatçıların apardığı coğrafi və bioloji tədqiqatlar göstərir ki, havanın orta sutkalıq temperaturunun yazda O°C-dən yuxarı keçməsi ilə bir sıra bitkilərdə ilkin vegetasiya elementləri müşahidə edilir, payızda isə temperaturun həmin həddən aşağı keçməsi ilə bitkilərdə qış sakitliyi dövrü başlayır. Dağlıq ərazilərə doğru getdikcə ərazinin hündürlüyündən, yamacların makro- və eləcə də mikro istiqamətindən asılı olaraq temperaturun 0o-dən keçməsi tarixləri dəyişir. Yüksək dağlıq ərazidə (3000 m-ə qədər) havanın temperaturunun 0o-dən yuxarı keçməsi mayın ortalarına qədər baş verir.
Qızıl ehtiyatı
Qızıl ehtiyatı — Ölkənin xəzinəsinə və ya Mərkəzi Emissiya Bankına məxsus olan, külçə və kəsilmiş pul şəklində saxlanılan ehtiyat qızıl fondu. Bir ton qızıl təxminən 32150.75 unsiyaya bərabərdir.
Su ehtiyatı
Su ehtiyatları – İstifadəyə yararlı sular: çay, göl, kanal, su anbarı, dəniz və okean suları, yeraltı sular, torpaqdakı rütubət, buzlaq suları (buz), atmosferdəki su buxarları daxildir. Su ehtiyatlarının 2%-ə qədəri şirin sulardır ki, bunun da yalnız 0,3%-indən istifadə etmək mümkündür. Şirin su ehtiyatlarından təsərrüfatda (sutəchizatı, suvarma, hidroenergetika, daxili gəmiçilik, balıqçılıq və s.) geniş istifadə olunur. Çayların, göllərin və dənizlərin çirkab sularla xeyli dərəcə çirkləndirilməsi Su ehtiyatlarının keyfiyyətinin azalması təhlükəsini yaradır (1 m³ çirkab su 40-50 m³ təbii çay suyunu çirkləndirir və yararsız hala salır). Azərbaycan respublikasında Su ehtiyatlarının əsas hissəsini çay suları, 10,3 km3 -i yerli çayların suları) təşkil edir.
Azərbaycanda aqroiqlim rayonlaşdırma
Kənd təsərrüfatı məhsulunun istehsalı nöqteyi-nəzərincə fiziki-coğrafi rayonlaşmasının qarşısında duran əsas məqsəd ərazinin müxtəlif sahələrini biri-birindən ayıran təbii fərqləri araşdırıb çıxarmaq və həmin təbii ehtiyatlardan mümkün qədər səmərəli istifadə etməkdən ibarətdir. Bu işdə iqlim şəraitinin nə dərəcədə əlverişli olmasını ərazinin aqroiqlim rayonlaşdırma məsələsi həll edir. Buna görə də aqroiqlim rayonlaşdırma fiziki-coğrafi rayonlaşmanın bir hissəsi olmaqla onu tamamlayır. Aqroiqlim rayonlaşdırma fiziki-coğrafi kompleksin ən mühüm hərəkətverici olan iqlim amilinin xarakter xüsusiyyəti haqqında ilk məlumatlar verir və onun rolunu qəti müəyyən edir. O, bu və ya digər kənd təsərrüfatı obyektinin iqlim şəraitinə uyğunlaşan tələbini əsaslandırır. Yuxarıdakı təhlildən məlum olur ki, aqroiqlim rayonlaşdırılması-ixtisaslaşdırılmış iqlim rayonlaşdırılması deməkdir. Onun məqsədi isə xüsusi üsul və təhlillə müəyyən edilən şəraitini bu və ya digər bitki və heyvan aləmi üçün nə dərəcədə əlverişli olmasını göstərir. Müəyyən ərazinin aqroiqlim rayonlaşdırma məsələsi iqlim rayonlaşdırılması ilə sıxı əlaqıdardır və onun mühüm göstəriciləri əsasında həll edilir. MDB dövlətlərində müxtəlif kənd təsərrüfatı bitkilərinin iqlimə olan tələbatına görə düzgün yerləşdirilməsində F.F.Davitayanın, P.İ.Koloskovun, Q.T.Seliyaninovun, S.Z.Sapojnikovanın, D.Şaşkonun və s. müəlliflərin bu sahədə tədqiqatlarını xüsusilə qeyd etmək lazımdır.
Selus ov ehtiyatı
Selus ov ehtiyatı — Tanzaniyanın cənubunda qorunan ərazidir. Ümumi 50 00 kvadrat kilometr ərazini əhatə edir. Ərazi 1982-ci ildə vəhşi təbiət müxtəlifliyinə və toxunulmamış təbiətinə görə UNESCO-nun Ümumdünya irsi təyin edilmişdir. Qoruqda Afrika savanna fili, qara kərgədan, begemot, şir, Şərqi Afrika vəhşi iti, Afrika kəli, Masai zürafəsi, düzənlik zebri və Nil timsahı kimi heyvanlar yaşayır. Qoruq daxilində daimi insan məskunlaşmasına icazə verilmir. İnsanların bütün girişi və çıxışı Tanzaniya Təbii Ehtiyatlar və Turizm Nazirliyinin vəhşi təbiət bölməsi tərəfindən idarə olunur. Ərazi ilk dəfə 1896-cı ildə, alman Tanqanika qubernatoru Herman fon Visman tərəfindən qorunan bir bölgə olaraq təyin edilmiş və 1905-ci ildə ov ehtiyatına çevrilmişdir. Qoruq, 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı almanlara qarşı döyüşərkən həyatını itirən məşhur ovçu və erkən konservant Frederik Selusun adını daşıyır. Ərazi 2005-ci ildən etibarən Aslan Qoruma Birliyi hesab olunur. Qoruqun sərhədləri Uran yataqlarından istifadəyə icazə verilməsi üçün dəyişdirilib.
ABŞ Strateji Neft Ehtiyatı
ABŞ Strateji Neft Ehtiyatı - (ingilis. Strategic Petroleum Reserve, SPR) ABŞ-də Meksika körfəzi boyunca Texas və Luiziana ştatlarının ərazisindəki dörd təbii yeraltı anbarda (duz qübbələri) saxlanılan neft ehtiyatı. Meksika körfəzinə yaxınlıq həm neft nəqlini asanlaşdırır (idxal və dənizdə), həm də inkişaf etdirilmiş neft boru kəmərləri sistemi və tankerlərdən istifadə imkanları səbəbindən bir çox neft emalı zavodlarına göndərilmənin məsrəfini xeyli azaldır. 1975-ci ildə ABŞ Konqresinin qərarı ilə, 1973-cü il neft böhranından sonra yaradılıb. Neft ehtiyatı ilk dəfə 1991-ci ildə, Fars körfəzi müharibəsi dövründə istismar edilmişdir. ABŞ neft ehtiyatları dünyada bu qəbildən ən böyüyüdür. 2004-cü ilin mayı - 659,5 milyon barel. 2007-2008-ci illərdə ehtiyatlar orta hesabla gündə 70 min barel artırıldı . 2008-ci il 16 may - 702,7 milyon barel. 2009-cu il 11 may - 725.1 milyon barel .