ARAMAQ

f. Axtarmaq.
Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət.
Mühəndis yenə də öz dəftərçəsinin neft ilə yağlanmış vərəqlərini aramağa başladı. B.Talıblı.

□ Arayıb axtarmaq – maraqlanmaq, soruşub bilmək, xəbər tutmaq.
Yar məgər yarını yadına salmaz; Arayıb axtarmaz, qəminə qalmaz? Q.Zakir.

Синонимы

  • ARAMAQ axtarmaq — yoxlamaq
  • ARAMAQ aramaq bax axtarmaq

Антонимы

  • ARAMAQ ARAMAQ – TAPMAQ Bəs fikri nə idi? Kimi arardı? (S.Vurğun); Onun şöləsindən şəfa tapırlar (S.Vurğun)
ARAMA
ARAMCA

Значение слова в других словарях