AREAL

(yun. Area - sahə) hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən ya-yılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. A-ı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. A.-ın mü-qayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiy-yətə malikdir. – Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal. – Təbii areal – insan fəaliyyətilə dəyişməyən areal. – Qışlama arealı – növün soyuq mövsümünü keçirdiyi re-gion. – Kosmopolit areal – qurunun və ya akvatoriyanın geniş ərazilərində yayılan növ və ya başqa sistematik qruplar. – Relikt areal – hər hansı bir ərazinin müasir coğrafi şəritinə yad olan növün arealı. Adətən kiçik ölçülü sahələrdə olur. – Müasir areal – digər sistematik qrupun növü və ya tipinin hazırki sərhədləri. – Qısalan areal – hər hansı bir sistematik qrupun və ya növün təbii və ya antropogen səbəblər nəticəsində azalması. Ekoloji areal regionun harada yerləşməsindən asılı olmayaraq hər hansı bir növ üçün əlverişli olan şəraitdə məskunlaşması.
ARAN
AREALŞÜNASLIQ
OBASTAN VİKİ
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Areal dilçilik
Areal dilçilik (və ya dilçilik coğrafiyası) – dil hadisələrinin yayılma məkanını öyrənən dilçilik sahəsi. XIX əsrdə meydana gəlmişdir. Areal dilçiliyin yaranması, əsasən, alman alimi İ.Şmidtin adı ilə bağlıdır. J.Jilyeron, M.Bartoli, C.Bon Fante, K.Yaberq, Y.Yud və başqalarının da bu sahədə sanballı tədqiqatları var. Areal dilçilik nümayəndələrinin fikrincə, dildə hər cür yeniliyin meydana gəlməsi dillərin qarşılaşmasının nəticəsidir və buna əsasən dünyanın dilçilik xəritəsini tərtib etmək, dillərin yayılma coğrafiyasını müəyyənləşdirmək mümkündür. Areal dilçilik daha çox dialektləri və şivələri öyrənir.

Digər lüğətlərdə