Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinoptik meteorologiya
== Meteorologiya == Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki yunan sözünün birləşməsindən: meteor — atmosfer hadisəsi, yaxud səma hadisəsi və logiya-elm sözlərindən yaranmışdır. Meteorologiya geofizika elmlərinə aiddir. Atmosferdə baş verən proseslərin öyrənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu proseslər üzərində müşahidələr aparılır və alınmış nəticələr sonradan təhlil edilir. Bu zaman fizikada, hidromexanikada, aerodinamikada və termodinamikada qəbul olunmuş ümumi qanunlardan istifadə olunur. == Sinoptik meteorologiya == Sinoptik meteorologiya – proqnoz məqsədilə atmosfer proseslərinin yaranma mexanizmlərini, hava şəraitinin dəyişməsinin səbəblərini öyrənir.
Sinoptik xəritə
Sinoptik xəritə – üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə. Sinoptik xəritə meteoroloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. == Sinoptik meteorologiya == Meteorologiyanın bölməsi. Hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraiti və onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir.
Sinoptik üsul
Sinoptik üsul dedikdə - sinoptik xəritələrin və di-gər aerosinoptik vasitələrin köməyi ilə atmosfer proseslərinin və hava şəraitinin qarşılıqlı təsir və inkişafının məkana - zamana görə fiziki təhlili üsulu başa düşülür.
Azərbaycanın sinoptik-iqlim rayonlaşdırılması
Azərbaycan və onu əhatə edən regionlar üzərində baş verən atmosfer proseslərini, həm də fiziki-coğrafi vilayətlərin ayrı-ayrı hissələrinin iqlim xüsusiyyətlərini nəzərə alaraq respublika ərazisi 10 sinoptik-iqlim rayonuna bölünür. Hava şəraitinin müxtəlifliyi ilə əlaqədar olaraq bəzi sinoptik -iqlim rayonları öz növbəsində yarımrayonlara bölünür (Mədətzadə, 1972). Aşağıda bu rayonların qısa sinoptik səciyyəsi verilir.
Gəncə-Qazax rayonu (sinoptik-iqlim rayonlaşdırılması)
== Sinoptik-iqlim rayonlaşdırılması == Azərbaycan və onu əhatə edən regionlar üzərində baş verən atmosfer proseslərini, həm də fiziki-coğrafi vilayətlərin ayrı-ayrı hissələrinin iqlim xüsusiyyətlərini nəzərə alaraq respublika ərazisi 10 sinoptik-iqlim rayonuna bölünür. Bunlardan biri də Gəncə-Qazax rayonudur. == Gəncə-Qazax rayonu == Gəncə-Qazax rayonu atmosfer proseslərinin təkrarlanması ehtimalına görə Zaqatala-Şəki rayonu ilə analoq təşkil edir. Ancaq burada tropik havanın əraziyə daxil olması əsasən subtropik antisiklonla bağlıdır. Bu, rayonda fyon hadisələrinin yaranmasına gətirib çıxarır. Halbuki fyonlar Zaqatala-Şəki rayonunda demək olar ki, olmur. Bundan başqa cənub siklonlarının təsiri xeyli böyükdür.
Sinopsis
Sinopsis - təhsil, elm və ya incəsənətdə bütöv bir mövzunun qısa icmalı. 19-cu əsrdə ənənəvi qrammatikanın öyrədilməsi üçün istifadə olunan sinif məşqi idi. Müasir dövrdə sinopsis kitablar, məqalələr, fimlər, televiziya şouları, hətta vdeo oyunları kimi çox müxtəlif məhsullar üçün yazıla bilər. Sinopsisin əsas məqsədi əsərin mövzusu ilə maraqlanan rejissor və prodüserə ssenari haqqında məlumat verməkdir. Sinopsis film ssenarisinin giriş, inkişaf və nəticə hissələrini yığcam formada əks etdirir. Ortalama olaraq 1-3 səhifə həcmində olan sinopsisdə dialoqlar yer almır. Sinopsis əksər hallarda ssenari tam hazır olmadan yazılır və loqlayndan daha iri həcmlidir. Sinopsis vasitəsilə ssenari tam oxunmadan hekayə əsas xətləriylə anlaşılır.
Diogen Sinopski
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop – təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Sintetik hürmə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Sintetik yağlar
Sintetik sürtkü yağları -porşenli və qazturbinli mühərriklərdə кompressor və soyuducu maşınlarda , dişli ötürücü reduktorlarda (ilk növbədə vintli), dəqiq cihazlarda , hidravlik sistemlərdə və başqa mexanizmlərdə, həmçinin də istilik daşıyıcısı kimi və elektroizolyasiya, konservasiya sürtkü yağlarının alınmasında və yüksək keyfiyyətli texnoloji, plastik qatı yağların alınmasında baza əsası kimi tətbiq olunan üzvi (o cümlədən element-üzvi) birləşmələrdir. == Sintetik yağların tarixi == Sintetik yağların istehsalının inkişaf tarixi bir amerikan tədqiqatçısının sözünə görə, sərt rus qışında Stalinqrad döyüşlərində meydanda alman texnikasının hərəkətinin donduğu( iflic etdiyi) vaxta təsadüf edir. Döyüş texnikasının soyuqda hərəkət edə bilməməsi almanları təcili olaraq aşağı temperaturlarda donan sürtkü yağları işləıyib hazırlamağa təhrik etdi. Bunun üçün Almaniyanın Düsseldorf şəhərində sintetik sürtkü yağı istehsal edən zavod tikilmişdi. Almanlar sintetik yağ almaq qərarına bir neçə min kimyəvi birləşmələr sintez edərək sınaqdan keçirdikdən sonra gəlmişdilər. Seçim isə dikarbon turşularının efirləri(Diizooktilsebasinat)olmuşdur. Buna baxmayaraq, yeni sintetik yağları aviasiyada tətbiq etmək almanlara nəsib olmamışdı. Düsseldorf şəhəri amerikalılar tərəfindən işğal edilmiş, zavod isə Amerikaya köçürülmüşdü. Sovetlər ölkəsində sintetik yağlar və bu yağlara aid məsələlərlə əsasən, aviasiya sənayesi, istehsalla isə Neft Kimya sənayesi nazirliyi məşğul idi. Keçən əsrin 60-cı illərinə yaxın təcrübi-sənaye miqyasında pentaeritrit efiri bazası əsasında sintetik yağ buraxılmışdı.
Sintetik qida boyaları
Sintetik qida boyaları Sintetik qida boyalar – elə üzvi birləşmələrdir ki, süni şəkildə sintez olunurlar. Təbii qida boyalarından fərqli olaraq sintetik qida boyaları bioloji aktiv deyillər, dadsız və vitaminsiz birləşmələrdirlər. Sintetik qida boyaları geniş miqyasda qida sənayesində və dərman kimyası sənayesində istifadə olunur. Sintetik qida boyalarının 20-yə qədər növü məlumdur. Sintetik qida boyaları suda yaxşı həll olan, toz halında və ya hissəcik halında, rəngli üzvi birləşmələrdir. Sintetik qida boyaları 80-85%-i qayda üzrə əsasən üzvi boyalardan ibarətdir.Əsas üstünlük təşkil edən boyalar: Azoboyalar (E102, E 110, E122, E124, E 129) Indiqo boyaları (E132)Azoboyalardan ən çox tərkibində naftalin halqası digər naftalin həlqəsi ilə azoəlaqəylə birləşən boyalar geniş istifadə olunur. Müəyyən edilmişdir ki, azoəlaqə bağırsaq mikroflorasında reduksiya olunaraq aminlər əmələ gəlir və insanın böyrək,q araciyərinə mənfi təsir edir.Sintetik qida boyaları azo, nitro, triarilmetan, ksantonit və xinolen birləşmələrdən ibarətdir. Bəzi E102, E 104 boyaları bir çox həssas insanlarda allergiya yaradır. Sintetik qida boyaları bədəndə uzun müddət toplanaraq disbakterioz, onkoloji xəstəliklər əmələ gətirir. Bir çox sulfazo-boyaları mutagen xassəlidirlər.
Sumqayıt sintetik kauçuk zavodu
Sumqayıtda "Sintezkauçuk" sintetik kauçuk zavodu (azərb-kiril. Синтезкаучук) — Azərbaycan SSR-də sintetik kauçuk istehsal edən yeganə və Cənubi Qafqazda ilk belə sənaye müəssisəsi. Sintetik etil spirti butadien rezin kombinatından ibarət tikintinin birinci mərhələsi 1940–1941-ci və 1945–1952-ci illər arasında baş tutmuşdur. İkinci mərhələ 1955–1957-ci illərdə n-butandan butadien sintetik kauçuku kombinatı tikilmişdir. Son hissə Oneşti Sintetik Kauçuk və Neft-Kimya Məhsulları Kombinatı ilə eyni layihəyə uyğun olaraq hazırlanmışdır. Beləliklə, "Sintezkauçuk" SSRİ-də neft əsaslı kauçuk istehsalı ilə ilk kombinatı olmuşdur. == Tarixi == === Etil spirtindən rezin kombinatı === Cənubi Qafqazda ilk, Azərbaycan SSR-də ən böyük neft-kimya müəssisəsi olan Sumqayıt "Sintezkauçuk" sintetik kauçuk zavodu 1939-cu ildə layihələndirilmiş və tikinti işlərinə 1940-cı ildə başlanmışdır. İkinci Dünya müharibəsinin başlaması 1941-ci ildə tikinti prosesinin dayandırılmasına səbəb olmuşdur. 1944-cü ilin fevralında yenilənmiş layihələr hazırlanmış və 1945-ci ilin sentyabrında butadien-stirol rezin istehsalı üzrə ixtisaslaşmış müəssisənin tikintisi davam etdirilmişdir. Burada Sergey Lebedeyevin üsuluna əsasən etilenin sulfat turşusu ilə nəmləndirilməsi reaksiyası ilə etil spirtindən butadien alınmışdır.