ARAN

Azərbaycanda tarixi-coğrafi ərazi məfhumudur; yaylanın və dağlıq ərazilərin əksinə olaraq, ovalıq-düzənlik sahələrə deyilir. Yayı isti, qışı yumşaq-mülayim iqlimə malikdir. (Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi, Gəncə-Qazax və Arazboyu düzənlikləri və s.). Mal-qara üçün təbii qış otlaqları və əsasən pambıq tarlaları A.-dadır.
ARALIQ DƏNİZİ İQLİMİ
AREAL
OBASTAN VİKİ
ARB Aran
EL TV — 2009-cu ildə Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. EL Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu il tarixində isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "EL TV" kanalının efir vaxtı 19 saatdır. Yayımının 73,3%-ni şəxsi istehsalı olan, 8,3%-ni digər yerli telekanallar və prodüser mərkəzləri tərəfindan istehsal olunan, 18,4%-ni isə xaricdə istehsal olunan proqramlar təşkil edir. Xəbər verilişlərin sayi, vaxtı, uzunluğu – 5 dəfə, 09:00 (səhər proqramının içində, 15 dəq.), 13:30, 16:30, 20:30 (əsas buraxılış, 30 dəq), 23:30 buraxılışları 15 dəqiqə həcmindədir. Kanalın efir vaxtının 6 %-i xəbərlərdən, 17,6%-i musiqili ə əyləncəli verilişlərdən, 33,1%-i idrak və informasiya verilişlərindən, 2,2 %-i postprodakşn proqramlarından, 1,8%-i seriallardan, 18,4 %-i xarici bədii filmlərdən, 1,1 %- Azərbaycan filmlərindən, 3,7 %-i sənədli filmlərdən, 7,5 %-i İctimai – siyasi və sosial proqramlardan, 1,5 %-i uşaq verilişləridən, 3,3 %- cizgi filmlərdən, 1,1 %-i idman proqramlarından, 2,7 %-i isə digər proqramlardan ibarətdir. 19 sentyabr 2016-cı il tarixində "EL TV" olan telekanalın adı dəyişdirələrək "ARB Aran" olmuşdur.
Səyyad Aran
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladıdr. 1958–1968-ci ilərdə İmişli şəhər 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Yanoş Aran
Yanoş Aran (mac. Arany János; 2 mart 1817[…], Salonta[d], Bihor judeçi – 22 oktyabr 1882[…], Budapeşt) — Macarıstan jurnalisti, yazıçısı, şairi və tərcüməçisi. Ona tez-tez "balladaların Şekspiri" deyə xitab edirdilər – ən məşhur əsəri olan "Toldi trilogiyası" da daxil olmaqla yazdığı 102-dən çox ballada 50-yə yaxın dilə tərcümə edilmişdir. Avstriya imperiyasının Macarıstan Krallığında Salonta şəhərində anadan olmuşdur. Evin 10 övladından ən balacası idi, lakin ailədə mövcud olan vərəm xəstəliyinə görə bu uşaqlardan yalnız ikisi sağ qaldı. Anadan olanda böyük bacısı Sara artıq ailəlidi idi və valideynləri Aran və Sara Meqyerin 60 və 44 yaşları vardı. Yanoş erkən yaşlarında yazmağı və oxumağı öyrənmişdi; deyilənlərə görə kiçik yaşlarından macar və latın dilində oxumağı bacarırdı. Ailəsinin ehtiyac içində olduğu üçün 14 yaşından müəllim köməkçisi kimi işləməyə başladı. 1833-cü ildə Debreçen Universitetində alman və fransız dillərində təhsil almağa başladı, lakin tezliklə elmi həyatdan yoruldu və müvəqqəti olaraq bir aktyor truppasına qoşuldu. Daha sonra isə Salonta, Debreçen və Budapeşt şəhərlərində müəllim, qəzet redaktoru və katib vəzifələrində fəaliyyət göstərdi.
Yuxarı Aran
Yuxarı Aran (əvvəlki adı: Komsomol) — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Beyləqan rayonunun Komsomol qəsəbəsi Yuxarı Aran qəsəbəsi adlandırılmışdır.
ARB Aran TV
EL TV — 2009-cu ildə Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. EL Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu il tarixində isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "EL TV" kanalının efir vaxtı 19 saatdır. Yayımının 73,3%-ni şəxsi istehsalı olan, 8,3%-ni digər yerli telekanallar və prodüser mərkəzləri tərəfindan istehsal olunan, 18,4%-ni isə xaricdə istehsal olunan proqramlar təşkil edir. Xəbər verilişlərin sayi, vaxtı, uzunluğu – 5 dəfə, 09:00 (səhər proqramının içində, 15 dəq.), 13:30, 16:30, 20:30 (əsas buraxılış, 30 dəq), 23:30 buraxılışları 15 dəqiqə həcmindədir. Kanalın efir vaxtının 6 %-i xəbərlərdən, 17,6%-i musiqili ə əyləncəli verilişlərdən, 33,1%-i idrak və informasiya verilişlərindən, 2,2 %-i postprodakşn proqramlarından, 1,8%-i seriallardan, 18,4 %-i xarici bədii filmlərdən, 1,1 %- Azərbaycan filmlərindən, 3,7 %-i sənədli filmlərdən, 7,5 %-i İctimai – siyasi və sosial proqramlardan, 1,5 %-i uşaq verilişləridən, 3,3 %- cizgi filmlərdən, 1,1 %-i idman proqramlarından, 2,7 %-i isə digər proqramlardan ibarətdir. 19 sentyabr 2016-cı il tarixində "EL TV" olan telekanalın adı dəyişdirələrək "ARB Aran" olmuşdur.
Məhəmməd Azər Aran
Məhəmməd Azər Aran (1911, Qarabağ – 8 aprel 1993, Ankara) — Müsavat Partiyası başqanı. Məhəmməd Azər Aran 1911-ci ildə Azərbaycanın Qarabağ bölgəsində anadan olub. Atası və bütün qohumları Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycanın istiqlal və hürriyyətə qovuşmasını, Azərbaycan Milli Cumhuriyyətinin qurulmasını istəyən Milli Müsavat Xalq Partiyasına mənsub olub. M. Azər Aran gənc yaşlarından kommunistlərin Azərbaycanda törətdiyi ölümləri, cinayətləri gördüyü üçün mövcud rejimə dərindən nifrət edib. 1920-ci ildə məktəbi bitirdikdən sonra M. Azər Aran Türkiyəyə getmək qərarına gəlir. Sərhədi keçərkən Əli Aran adlı bir riyaziyyat müəllimi ilə tanış olur, birlikdə İrana, oradan isə Türkiyəyə gəlirlər. Azər Aran İstanbulda əsgəri tibb fakültəsini bitirib. İstanbulda olarkən Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə ilə yaxından tanış olub. Sonradan nevrologiya sahəsində ixtisas alaraq mütəxəssis həkim kimi fəaliyyət göstərən, polkovnik rütbəsinə qədər yüksələn Azər Aran Əsgəri xəstəxanalarda Baş həkim olub, sonrakı illərdə öz arzusu ilə təqaüdə çıxıb. Azər Aran Tibb fakültəsinin üçüncü kursunda oxuyarkən, M. Ə. Rəsulzadə və bir çox siyasi mühacirlər Türkiyədən getmək məcburiyyətində qaldılar.
Məmməd Sadıq Aran
Mirzə Məmmədsadıq Axundzadə (türk. Mehmet Sadık Aran; dekabr 1895, Urud, Zəngəzur qəzası – 28 may 1971, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, yazıçı. Həyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Mehmet (Məhəmməd) Sadıq Aran olub. Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi. Xatirələrdən də göründüyü kimi, Mehmet Sadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq bəlli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı. Mirzə Sadıq Axundzadənin parlamentdə məhz Zəngəzuru təmsil etməsini parlamentin 11 oktyabr 1919-cu il tarixli 82 nömrəli stenoqramındakı aşağıdakı fikir sübut edir: "İclası açmadan bərayi-məlumat xəbər verirəm ki, bugünkü iclasda Zəngəzur nümayəndəsi Cəlil bəy Sultanov iştirak edir. Keçən iclasda yenə haman qəzanın nümayəndəsi olan Mirzə Sadıq Axundzadə iştirak edirdi". . Mehmet Sadıq Aran 1924–1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə. Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, X. Xasməmmədli, Ş. Rüstəmbəyli, N. Şeyxzamanlı, C. Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu.
Vaqan Dərbət Aran
Vaqan Dərbət Aran — Yuxarı Qarabagın Xacın nahiyəsində kənd adı Vaqan Dərbət Aran — Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. XIII əsrdə gəlmiş monqol mənşəli Dərbət tayfası Qarabağda məskunlaşdıqda iki Dərbət adlı kənd yaranmışdı. Onlardan biri Dərbət-Aran (yəni Aran kəndi yaxınlığında Dərbət kəndi), digəri isə Cinli-Dərbətli (yəni Cinli kəndi yaxınlığında Dərbət kəndi) adlandırılmışdır. Daha sonra Dərbət-Aran kəndindən Daş-Dərbət Aran və Vaqan Dərbət Aran kəndləri yaranmışdır. Bax: Aran və Aran-Daş. Qarabağ Ədəbiyyat Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Yuxarı Aran bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Val-d'Aran
Val-d'Aran Kataloniyanın şimal-qərb hissəsində yerləşən bir dairədir. Dairənin ərazisi 620.5 km², əhalisi isə 7130 nəfər təşkil edir. Regionun rəsmi dili Aranes dilidir. Paytaxtı isə Vielha e Mijaran şəhəri hesab edilir.
Aran
Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd. Aran (film, 1985) — Aran bölgəsi haqqında 1985-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. Aranlı Arançı Aranilər Arran Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı.
Aran (Ağcabədi)
Aran (əvvəlki adı: Kuybişev) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Kuybişev kəndi Aran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aran kəndi Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aran kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin daha qədim adı Qaradolaq olmuşdur. Yaşayış məntəqəsi kəngər tayfalarının bir qolu tərəfindən salındığı üçün belə adlandırılmışdı. 1935-ci ildən kənd SSRİ partiya və dövlət xadimi V. V. Kuybışevin (1888–1935) xatirəsinə Kuybışev adlandırılmışdır. Memorial toponimdir. Bu kəndin adı ərazinin coğrafi mövqeyi ilə əlaqədar belə adlanmışdır. Vaxtilə düzəngah, susuz sahələr olan bu ərazilər ötən əsrin əvvəllərində məşhur Gavur arxının əsasında böyük Orçenikidze adına kanalın çəkilməsi ərazinin təsərrüfata yararlılığını artırdı. XX əsrin 30-cu illərin sonunda Kürün daşıb, məcrasından çıxması nəticəsində Kürqırağı ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndi indiki olduğu əraziyə köçürülüb, Aran kəndi salınmışdı.
Aran (Lerik)
Aran — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir.
Aran (Tovuz)
Aran — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Kənd yerli əhali arasında Aran Yanıqlı kimi tanınır. Vaxtilə Yanıqlı kəndinin Aran adlı ərazisində əkin sahələri olmuş, İkinci Dunya müharibəsindən sonra isə həmin kənddən ayrılmış əhali burada yeni yaşayış məntəqəsi salmışdır. Oykonim "Aranda yerləşən Yanıqlı kəndi" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir. Heydərov Vasif Nazim oğlu (1997-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Aran (Yevlax)
Aran (əvvəlki adı: 28 Aprel) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Yevlax rayonunun 28 Aprel qəsəbəsi Aran qəsəbəsi adlandırılmışdır. Qəsəbə 1935-ci ildə qurulub. Yevlax rayonunun ən böyük yaşayış məntəqəsidir. Aran qəsəbəsi sovet vaxtlarında maldarlıqla ad göstərib. Aran qəsəbəsində 7.263 nəfər yaşayır. Onlardan 4.103 kişi, 3.160 qadındır. Qəsəbədə Seyid Maral Seyid Bayram qızının ziyarətgahı vardır. Aran qəsəbəsi Yevlax rayonunun ən böyük qəsəbəsidir və iki hissədən ibarətdir: Aran 1 və Aran 2, Aran qəsəbəsində 2 tam orta məktəb və 1 ümumi tam ora məktəb var 1-№-li ümumi tam orta məktəb Aran-1 ərazisində yerləşirə, 2-№-li orta məktəb isə Aran-2 ərazisində yerləşir. Yaxın gələcəkdə isə Aran-Duzdağ yolunun çəkilməsi gözlənilir.
Aran (Şəki)
Aran — Azərbaycan Respublikasının Şəki rayonunun Şəki kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aran kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kəndin əhalisi 501 nəfər təşkil edir ki, onun da 242 nəfəri kişi, 259 nəfəri isə qadındır.
Aran Borçalı
Aran Borçalı — qədim Borçalı mahalı vilayətinin alçaq dağlıq və aran zonası. Borçalının əsasən Gürcüstan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır. 1929-cu ildə Borçalıda qəza üsul-idarəsi ləğv edildikdən sonra Aran Borçalı 6 rayona (Sarvan (hazırkı Marneuli), Çörük Qəmərli (hazırkı Bolnisi), Başkeçid (hazırkı Dmanisi), Qaratəpə (hazırkı Qardabani), Ağbulaq (hazırkı Tetritskaro) və Barmaqsız (hazırkı Tsalka və ya baqa adı ilə Salka ) rayonları) parçalanmışdır. Gürcüstan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 90-cı illərdə bu rayonlar mərkəz şəhəri Rustavi olmaqla Kvemo Kartli adlı yeni inzibati-ərazi vahidi – mxare (quberniya) çərçivəsində birləşdirildi. Gürcüstanın cənub-şərqində yerləşən Aran Borçalı Qaraxaç və Cocer silsilələri, eləcə də Gürcüstanın Ermənistan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır. Paytaxt Tiflisdən cənubdadır. Borçalının bölüşdürülməsindən sonra sahəsi 4360 kv. km. təşkil etmişdir.
Aran Film
Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum. Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb. Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur. Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.
Aran Sarvan
Aran Sarvan Marneuli rayonunda kənd adı. Aran Sarvan- Marneuli rayonunda kənd adı. Kənd Sarvan elinin və Qızıl Hacılı elindən bir qrup ailənin aranda (düzdə, yəni, qışlaq yerində) məskunlaşması nəticəsində yaranmışdır.
Aran Yanıxlı
Aran — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Kənd yerli əhali arasında Aran Yanıqlı kimi tanınır. Vaxtilə Yanıqlı kəndinin Aran adlı ərazisində əkin sahələri olmuş, İkinci Dunya müharibəsindən sonra isə həmin kənddən ayrılmış əhali burada yeni yaşayış məntəqəsi salmışdır. Oykonim "Aranda yerləşən Yanıqlı kəndi" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir. Heydərov Vasif Nazim oğlu (1997-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Aran bölgəsi
Aran — Azərbaycanda tarixi — coğrafi məfhumdur. Yayla və dağlıq ərazilərin əksinə olaraq, respublikanın ərazisində isti və quru iqlimə malik olan bütün düzənlik sahələrinə aran deyilir. Toponimi qıpçaqların uran tayfasının adı ilə bağlayırlar. Türk dillərində aran sözü "düzənlik, isti yer, qışlaq yeri, tövlə" mənalarında işlənir. Azərbaycan ərazisində bu sözlə bağlı butun coğrafi obyekt adlarında həmin məna özünü doğruldur. Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir. Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min km² olmaqla ölkə ərazisinin 24,7 %-ni, əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir.
Aran bələdiyyəsi
Aran bələdiyyəsi (Ağcabədi) — Ağcabədidə bələdiyyə
Aran xalçaları
Aran xalçaları — Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü. Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran (Aran) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub-qərb rayonlarını əhatə edən (Kür və Araz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX–X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı üçün onu "Cəbrayıl" adlandırırlar. "Aran" xalçalarının orta sahəsindəki kompozisiyanın bəzəyi "Qotazlı buta"dan ibarətdir. Bu butalar – əsas elementlər – orta sahədə tək – tük, lakin butalı xalçalar üçün səciyyəvi olan qaydada yerləşdirilmişdir. Butanın arasında quş və müxtəlif formalı elementlərin təsviri verilir.
Aran xalçası
Aran xalçaları — Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü. Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran (Aran) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub-qərb rayonlarını əhatə edən (Kür və Araz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX–X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı üçün onu "Cəbrayıl" adlandırırlar. "Aran" xalçalarının orta sahəsindəki kompozisiyanın bəzəyi "Qotazlı buta"dan ibarətdir. Bu butalar – əsas elementlər – orta sahədə tək – tük, lakin butalı xalçalar üçün səciyyəvi olan qaydada yerləşdirilmişdir. Butanın arasında quş və müxtəlif formalı elementlərin təsviri verilir.
Aran İyesi
Aechmea araneosa
Aechmea araneosa (lat. Aechmea araneosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Altinu Arantis binası
Altinu Arantis binası və ya Banespa binası (port. Edifício Altino Arantes) — Braziliyanın ən yüksək göydələnidir. San-Pauluda yerləşir. 161 metr yüksəkliyə malikdir və 40 mərtəbədən ibarətdir. Binada Banespa muzeyi yerləşir.
Cuspidia araneosa
Dinoseris salicifolia var. araneosa
Echinops araneosus
Echinops araneosus (lat. Echinops araneosus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Eupatorium baccharoides var. araneotectum
Ageratina baccharoides (lat. Ageratina baccharoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Hörümçəklər (Aranea)
Ölçüləri 0.8 mm - 11 sm intervalında dəyişən, çox geniş rəngarəng çalarlara, mürəkkəb naxışlara malik hörümçəklər yırtıcı canlılar olub, Yer kürəsinin hər yerində və müxtəlif şəraitlərdə - Afrika və Amerika səhralarında, Qrenlandiya buzlaqlarında, dəniz səviyyəsindən 7 min metrə qədər yüksəkliklərdə yaşayır. Hörümçəklərin bədəni baş-döşdən və qarıncıqdan ibarətdir.Baş-döşdə 6 cüt ətraf vardır. Öndə yerləşən 2 cüt ətraf – xeliser və pedipalplar qidanı tutmağa və xırdalamağa xidmət edir. Qalan 4 cüt baş-döş ətrafları gəzici ayaqlar rolün oynayır. Səfil hörümçəklər ovunu güdür, hoppanan hörümçəklər şikarın üzərinə öz ölçülərindən 75 - 80 dəfə böyük məsafədən hoppanır. Bu xüsusiyyət şikara qədər olan məsafənin çox dəqiq hesablanmasını tələb edir. Bu funksiyanı baş-döşün ön hissəsində yerləşən 6-8 ədəd göz təmin edir. Digər buğumayaqlılardan fərqli olaraq hörümçəklərin gözləri faset yox, linza tiplidir. İki orta (əsas) gözlər digərlərinə nisbətən iri olur. Yan gözlər hər hansı bir hərəkəti fiksə etmək üçündür.
Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu
Kür- Araz ( Mərkəzi Aran) fiziki- coğrafi rayonu — rayon ərazisi Kür-Araz çökəkliyinin mərkəzi ovalıq hissəsini əhatə edib, Xəzər dənizi sahillərindən başlamış 0 m-lik mütləq yüksəkliklərə kimi olan bütün sahələri - Muğan, Salyan, Cənub-Şərqi Şirvan düzlərini tam, Şirvan, Qarabağ, Mil düzlərini isə qismən əhatə edir. Landşaftın litoloji əsasını mərkəzdə və qərbdə alüvial, alüvial-göl, prolüvial, alüvial-prolüvial, şərqdə dəniz çöküntüləri təşkil edir ( Şirinov, 1973). Ərazinin landşaftı yeknəsəng olub, əsasən düzənliklərin yarımsəhra kompleksindən ibarətdir. Kür və Araz çaylarının kənarlarında Tuqay meşələri və çəmənliklər inkişaf etmişdir. Kür-Araz rayonu respublikanın əsas əkinçilik sahəsi olub, pambıq, taxıl, üzüm, quru subtropik bitkilərin becərilməsində və heyvandarlığın inkişafında mühüm rola malikdir. Lakin pambıqçılıq burada əsas yer tutur.
Məmməd Aranlı
Məmməd Aranlı (tam adı: Ağayev Məmməd Salman oğlu; d.22 oktyabr 1922, Azərbaycan SSR, Ağcabədi rayonu — 7 oktyabr 1950, Bakı şəhəri) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi Ağayev Məmməd Salman oğlu 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir(1932—1935).Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır. 1937—1938-ci illərdə "Pioner" jurnalında,1939—1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır. 1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır.
Mərkəzi Aran iqtisadi rayonu
Mərkəzi Aran iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab inzibati rayonları və Mingəçevir şəhəri daxildir. 1991-ci ildən 2021-ci ilə qədər yuxarıda adı çəkilən inzibati rayonların ərazisi bir hissəsi idi. Mərkəzi Aran iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur. İqtisadi rayon şimal-qərbdən Şəki-Zaqatala iqtisadi rayonu, cənub-qərbdən Qarabağ iqtisadi rayonu, şərqdən Şirvan-Salyan iqtisadi rayonu, cənubdan Mil-Muğan iqtisadi rayonu, qərbdən Gəncə-Daşkəsən iqtisadi rayonu və şimal-şərqdən Dağlıq Şirvan iqtisadi rayonu ilə həmsərhəddir. İqtisadi rayonun cənub hissəsinin relyefi düzənlikdir. İqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,619 min kv. km, əhalisi 792,027 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7,6%-ni, əhalisinin isə 7,8%-ni təşkil edir.
Zəyəm aranı nahiyəsi
Zəyəm aranı nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Gəncə sancağının nahiyəsi
Çalon Aranq
Çalon Aranq — İndoneziyanın Bali adasında orta əsrlər dövrünə aid edilən Ranqdanın Baronqla mübarizəsini canlandıran tamaşalar. Çalon Aranq tamaşaları Bali mədəniyyətinin ayrılmaz hissəsidir. Bütövlükdə Bali mədəniyyətində Ranqda (əcinə, rakşas tipi) vacib rol oynayır. Bali mifologiyasının Yava ilə sıx əlaqəsi bu dəfə Ranqdanın Yava mənşəli olmasına dair versiyalarda öz təsdiqini tapır. Ranqda ənənəvi Bali mifologiyasında əcinnə leakların (leaklar Bali mifologiyasına görə, hamilə qadınları taparaq onların bətnindəki körpənin, yaxud da dünyaya yeni gəlmiş uşaqların qanını sovuran kanniballardır və daxili orqanları görünən uçan baş kimi təsvir olunurlar) kraliçası sayılır və ifritələr ordusu ilə birlikdə işıqlı qüvvələrin hökmdarı Baronqla arasıkəsilməz müharibələr aparır. Ranqda adətən uzun dilli və iti caynaqlı, pırpız saçları olan yarımçılpaq qarı kimi təsəvvür edilir. Bu əcinnənin mənşəyinə dair tədqiqatçılar müxtəlif fikirlər söyləyirlər. Bəziləri Ranqdanın varlığını hinduizmlə bağlayaraq, onun yerli Kali (hindlilərin dağıdıcı və qoruyucu qara ilahəsi) olduğu qənaətindədirlər. Belə ki, çoxları tərəfindən şər qüvvələri təmsil etdiyi düşünülən Ranqda Balinin bəzi bölgələrində həm də qoruyucu qüvvəyə malik obraz kimi çıxış edir və bu əcinnənin rəmzi rənglərindən olan ağ, qara və qırmızının Kaliyə də xas olduğu vurğulanır. Digər tədqiqatçılar isə Ranqdanı (tərcüməsi "dul qadın" mənasını verir) konkret şəxsin — X-XI əsrlər arasında yaşamış əslən yavalı olan Bali kraliçası Mahendradattanın (əsl adı Qunapriya Dharmapatni) — adıyla bağlamağa çalışırlar.
Araneomorphae
Araneomorf hörümçəklər (lat. Araneomorphae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin hörümçəklər dəstəsinə aid heyvan infradəstəsi. Bu yarımdəstənin nümayəndələri çox iri zəhər vəzilərinə malikdirlər. Araneomorf hörümçəklərin xeliserləri aşağıya doğru əyilmişdir. Hypochilidae fəsiləsi müstəsna olmaqla, araneomorf hörümçəklər bir cüt ağciyərə malikdir. Bu yarımdəstəyə dünya faunasında yayılan 53 fəsiləyə mənsub hörümçək növü daxildir.
Aranes dili
Aranes dili (Qaskon dilində: Aranés; ispan dilində: Aranese; katalan dilində: Aranès; Fransız dilində: Aranais) Kataloniyanın Val-d'Aran regionunun rəsmi dilidir. Bu dil təxmini olaraq 7000 insan tərəfindən ana dili kimi istifadə edilir. Fransada danışılan qaskon dilinin bir ləhcəsi hesab edilir. 1984-cü ildən bəri isə bu dil məktəblərdə tədris olunur.
Gundelia tournefortii var. araneosae
Turnefor qundeliyası (lat. Gundelia tournefortii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qundeliya cinsinə aid bitki növü. Nadir, Ön Asiya növüdür. Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı). Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında. Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları. Növün arealı və ehtiyatı azalır. Mal-qaranın otarılması, biçin və torpaqlardan istifadə edilməsi. Toxumla çoxalır. Məlumat yoxdur.

Digər lüğətlərdə